Ötən il Azərbaycanda özünüməşğulluq proqramına 17 min 362 nəfər cəlb olunub VİDEO
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycanda 2023-cü ildə özünüməşğulluq proqramına 17 min 362 nəfər cəlb olunub.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi mətbuat konfransında deyib.
M.Abbasbəyli bildirib ki, özünüməşğulluq tədbirlərini dəstəkləyən yerli və beynəlxalq tərəfdaşlarla bu tədbirlərin əhatə dairəsinin genişləndirilməsinə dəstək verən digər layihələr də icra edilib. Özünüməşğulluq proqramı üzrə 5610 nəfər qadın, 339 şəhid ailəsi, 1246 məcburi köçkün, 312 nəfər cəzaçəkmə müəssisəsindən azad olanlar, 2973 gənc cəlb olunub. 2023-cü il ərzində ümumilikdə 923 vətəndaş müxtəlif layihələrə cəlb olunublar.