Ötən il ölkədə 71,3 min yeni iş yerləri açılıb
Bakı, 21 fevral, AZƏRTAC
2022-ci il ərzində ölkədə 71,3 min yeni iş yerləri açılıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə açılmış iş yerlərinin 91,4 faizi qeyri-dövlət sektorunda yaradılıb. Yeni açılmış iş yerlərinin 80,2 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 19,2 faizi digər regionların, o cümlədən 3,3 faizi Abşeron-Xızı, 2,6 faizi Quba-Xaçmaz, 2,5 faizi Şəki-Zaqatala, 2 faizi Şirvan-Salyan, 1,7 faizi Gəncə-Daşkəsən, 1,3 faizi Qarabağ, 1,3 faizi Qazax-Tovuz, 1,3 faizi Lənkəran-Astara, 1,2 faizi Mərkəzi Aran, 0,9 faizi Mil-Muğan, 0,8 faizi Dağlıq Şirvan, 0,3 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.
Yeni açılmış iş yerlərinin 8,8 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 89,6 faizi mövcud müəssisə və təşkilatlarda, 0,9 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb. Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 23,7 faizi tikinti, 16,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,7 faizi emal sənayesi, 8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 7,2 faizi peşə, elmi və texniki fəaliyyət, 5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 4,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı,
4,1 faizi təhsil, 3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi informasiya və rabitə, 10,2 faizi isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.
Bununla yanaşı, 2022-ci il ərzində ölkədə 11,9 min iş yeri bağlanıb. Bu dövrdə bağlanmış iş yerlərinin 39,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. İş yerlərinin 57,3 faizi müəssisə və təşkilatların fəaliyyətlərinin dayandırılması, 42,7 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlar ilə əlaqədar bağlanıb.