Ötən il rəqabətin məhdudlaşdırılması üzrə müraciətlərin sayı 44 faizə yaxın azalıb
Bakı, 29 yanvar, AZƏRTAC
Ötən il ərzində rəqabətin məhdudlaşdırılması üzrə 53 müraciətə baxılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,6 faiz azalma, başqa sözlə, müsbət nəticə deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
O bildirib ki, bazar münasibətlərinə əsaslanan iqtisadi sistemin səmərəliliyinin artırılmasında azad rəqabətin rolu danılmazdır. Məhz bu amilin təsiri ilə məhsul və xidmətlər üzrə istehlakçılar üçün zəngin seçim imkanı yaranır. Belə ki, elmi-texniki tərəqqinin istehsalata sirayət etməsi innovativ təkliflərin bazara daxil olmasına şərait yaradır. Bununla da, istehsalçılar daha keyfiyyətli və uyğun qiymətə məhsullar təqdim etməklə, digər bazar subyektlərinin fəaliyyətini və rəqabəti stimullaşdırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]