Oxçuçayda baş verən proseslər onlayn kamera vasitəsilə izlənilir
Bakı, 5 oktyabr, AZƏRTAC
“Onlayn kamera vasitəsilə Oxçuçayda baş verən proseslər izlənilir”.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 11 avtomatik stansiya quraşdırılıb. Onlardan biri Oxçuçayın Bürünlü məntəqəsindədir. Həmin məntəqədə gündəlik olaraq suyun səviyyəsini, temperaturunu, o cümlədən onlayn kamera vasitəsilə çayda baş verən prosesləri izləyirik. Oxçuçayda hazırda suyun səviyyəsində artım müşahidə edilir. Onu da qeyd edim ki, ərazidən axan digər çayların da məlumatları Situasiya Mərkəzinə daxil olur", - deyə A.Verdiyev bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:16]
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib
- 10.06.2026 [13:42]
Vətəndaşların penitensiar sahə ilə bağlı müraciətləri dinlənilib
- 10.06.2026 [13:33]
Sosial Xidmətlər Agentliyinin əməkdaşları məhkumlarla görüşüblər
- 10.06.2026 [13:32]
Fındıq bağlarında fitosanitar monitorinqlər aparılıb
- 10.06.2026 [13:28]
“Klinik qastroenterologiya” dərsliyi nəşr olunub
- 10.06.2026 [13:25]