Azərbaycan Dövlət İnformasiya Agentliyi

Özbəkistanın iş adamları işğaldan azad olunan ərazilərə sərmayə yatırmaq niyyətindədirlər MÜSAHİBƏ

Bakı, 1 fevral, Rabil Kətanov, AZƏRTAC

Ötən ilin avqust ayında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana rəsmi səfəri çərçivəsində Şuşada orta məktəbin açılışında iştirak etməsi iki ölkə arasındakı əlaqələrdə yeni səhifə açdı.

Hazırda dövlətlərimiz arasındakı səmərəli iqtisadi əməkdaşlıq davam edir. Bu işlərin həyata keçirilməsində mühüm rol oynayan Özbəkistan Ticarət evinin rəhbəri Ramin Şərifov fəaliyyətləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Özbəkistan Ticarət evinin məqsədi və fəaliyyət istiqaməti nədən ibarətdir?

- Bakıda fəaliyyət göstərən Özbəkistan Ticarət evinin əsas məqsədi iki ölkənin iş adamları və biznes strukturları arasında əməkdaşlıq əlaqələri yaratmaqdan ibarətdir. Fəaliyyətimizin istiqamətlərindən biri hər iki ölkənin bazarını öyrənib, istehsal olunan malların qarşılıqlı ixracının reallaşmasına kömək göstərməkdir.

Azərbaycandan Özbəkistana əsasən neft-kimya və kənd təsərrüfatı məhsulları, tikinti materialları ixrac edilir. Daşkənd Texnologiya Parkı Sumqayıt Texnologiya Parkından xammal alaraq kabel istehsal edir. Daş-qranit məhsulları istehsal edən “Dəvəli” şirkəti Özbəkistandan xammal almaq niyyətindədir.

Özbəkistandan isə Azərbaycana quru meyvə, yüngül sənaye məhsulları, elektrotexnika və digər mallar gətirilərək bazara təqdim olunur. Artıq Azərbaycandakı bəzi marketlər şəbəkəsində Özbəkistan istehsalı olan uşaq geyimləri və elektrotexnika malları satılır. Özbəkistanın ARTEL, “Shivaki” şirkətlərinin istehsalı olan televizor, soyuducu, paltaryuyan, elektrik sobaları, tozsoran və digər məişət əşyaları Bakıda və başqa şəhərlərdə uğurla satılır. Azərbaycanda IT sahəsində çalışan şirkətlər Özbəkistanda iaşə obyektlərində, kafe və restoranlarda elektron xidməti və idarəçiliyini təşkil edirlər.

- Əməkdaşlıq üçün Ticarət evinə yerli sahibkarlardan müraciətlər daxil olur?

- Özbəkistan Ticarət evi bütün iş adamları, şirkətlər və biznes strukturları üçün açıqdır. Ticarət evinə müraciət edib Özbəkistanda tərəfdaş tapmaq və biznes qurmaq istəyən şirkətlərə kömək göstərməyə hər zaman hazırıq.

2023-cü ilin 6 ayı ərzində Özbəkistandan Azərbaycana 84.6 milyon dollar həcmində idxal həyata keçirilib. Həmin dövrdə Azərbaycandan Özbəkistana isə 20.6 milyon dollar həcmində məhsul ixrac olunub və bu ticarət dövriyyəsi yüksələn xətlə davam edir.

Qısa müddətdə fəaliyyət göstərdiyimizə baxmayaraq yerli iş adamlarından çox sayda müraciətlər daxil olur. Bunu nəzərə alaraq cari il fevralın 21-də Özbəkistan Ticarət evi KOB Subyektləri və Klubları Assosiasiyası ilə birgə fərdi iş adamları, şirkət rəhbərləri və biznes strukturlarının təmsilçilərindən ibarət geniş nümayəndə heyətinin Özbəkistana səfərini təşkil edəcək. Səfər çərçivəsində Özbəkistanda sahibkarlar və hökumət üzvləri ilə görüşlər keçiriləcək. Özbəkistan Tekstil Assosiasiyasının iştirakı ilə iş adamları bazarla tanış olacaq, istehsal sahələrinə baxış keçirəcəklər. Şirkətlər arasında əməkdaşlıq haqqında müqavilələrin də imzalanması gözlənilir. Ümidvaram ki, bu səfər iki ölkənin iş adamları arasında yeni əlaqələrin yaranmasına səbəb olacaq.

- Perspektivdə planlarınız var?

- Cari ilin martında Daşkənddə Azərbaycan Ticarət evinin açılışı nəzərdə tutulub. Təxminən 600 kvadratmetr ərazidə yerləşəcək Ticarət evində Azərbaycanda istehsal edilən malların daimi sərgisi də təşkil olunacaq. Daha sonra Ticarət evində tədbirlər təşkil edib Azərbaycanda istehsal olunan məhsulların təqdimat mərasimlərini keçirmək niyyətindəyik.

Bununla yanaşı, Özbəkistan iş adamlarını işğaldan azad olunan ərazilərə sərmayə yatırmağa cəlb etməyə çalışırıq. Ötən ilin avqust ayında Özbəkistan Tikinti Assosiasiyasının sədr müavini İlyos Rəhimov və İnvestisiya şöbəsinin müdiri Uluqbəy Esankulov Azərbaycanda səfərdə olarkən onları Zəngilan rayonu ərazisindəki kaolin gili yataqları ilə tanış etdik. Bu gildən keyfiyyətli hamam əşyaları (vanna, əl-üz yuyan) və tikinti materialları (kafel, metlax) hazırlanır. Özbəkistanda fəaliyyət göstərən istehsal müəssisələri kaolin gilinin idxalında maraqlıdırlar. Zəngilana sərmayə yatırıb istehsal müəssisəsinin qurulmasını istəyirlər. Bu istiqamətdə işlərimiz davam edir. Bununla yanaşı, “Sirab” mineral suyunun və yerli istehsal olan məişət nərdivanlarının Özbəkistana ixracı gözlənilir.

Hazırda Özbəkistanın paytaxtı Daşkənddə, Səmərqənd, Xivə, Kakond və başqa şəhərlərində böyük tikinti-quruculuq işləri həyata keçirilir. Azərbaycanın tikinti şirkətlərini bu şəhərlərdə aparılan yenidənqurma işlərinə cəlb etməyi düşünürük.

Dövlət dəstəyini fəaliyyətimizdə həmişə hiss edirik. Bu işlərin həyata keçirilməsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Özbəkistan Ticarət evinə yaxından kömək göstərir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

Kiyevə kütləvi raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var – YENİLƏNİB

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH