Özbəkistanın sharh.uz xəbər agentliyinin saytında Azərbaycan haqqında yazı yerləşdirilib
Məqalədə yüksək səviyyədə olan Türkiyə-Azərbaycan münasibətləri, Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan torpaqlarının 20 faizinin bu günədək işğal altında qalması, regionda etnik təmizləmə siyasətinin aparılması, işğalın aradan qaldırılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsi, işğalçı dövlətin tutduğu qeyri-konstruktiv mövqe səbəbindən problemin sülh yolu ilə həllinin mümkün olmaması və digər məsələlər haqqında Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri öz əksini tapıb.
Materiala bu linkdən baxmaq olar: http://sharh.uz/analitika/item/2057-erdogan-azerbeydjan
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]