Özbəkistanın tekstil şirkətləri Azərbaycana ixracı artırmaqda maraqlıdır
Bakı, 17 aprel, AZƏRTAC
Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi özbək tekstil şirkətlərinin 15 nümayəndəsindən ibarət nümayəndə heyətinin Bakıya səfərini təşkil edib.
Səfirlikdən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi Azərbaycana tekstil ixracının həcmini ikiqat artırmaq, yeni tərəfdaşlıqlar qurmaq və B2B formatında görüşlər keçirməkdir.
Nümayəndə heyətinə “Textile Pro Group”, “Fashion Premium”, “Grand Tex Group”, “Sofiyasof Tekstil”, “Bahmal Textil”, “Usmon Nur Tekstil”, “UZtex Group” və bir sıra digər istehsalçıların nümayəndələri daxildir.
Bundan əlavə, səfər zamanı 30-dan çox Azərbaycan tekstil idxalçısına, distribütoruna və ticarət mərkəzi menecerlərinə məhsullar təqdim edilib.