Pakistan nümayəndəsi: WUF13 mühüm nəticələrlə yadda qalacaq
Bakı, 18 may, AZƏRTAC
WUF13 dünya miqyasında keçirilən ən vacib tədbirlərdən biri hesab olunur. Urbanizasiya çağırışları özündə bir çox məsələləri birləşdirir: iqlim dəyişikliyi, şəhərsalma və digər problemləri.
Pakistan kimi inkişaf etməkdə olan ölkələr üçün bu çağırışların həlli yollarını tapmaq və digər ölkələrin təcrübəsini öyrənmək olduqca vacibdir. Bu baxımdan, tədbir şəhərlərin dayanıqlığını təmin etməsinə böyük töhfə verə bilər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Pakistanın Pəncab vilayətinin Mənzil və Şəhərsalma Agentliyinin baş direktoru Sikander Zişan bildirib.
Onun sözlərinə görə, Azərbaycan müxtəlif tərəfləri bir araya gətirərək şəhərsalma problemlərinin həllinə mühüm töhfə verib. “Azərbaycan hökumətinin bu səyləri təqdirəlayiqdir. Əgər bu təcrübə davam etdirilsə, dayanıqlı və yaşamaq üçün əlverişli şəhərlərin qurulmasına nail ola bilərik. İnanıram ki, WUF13 mühüm nəticələrlə yadda qalacaq”, – deyə o əlavə edib.
O, həmçinin qeyd edib ki, Pakistan kimi sıx məskunlaşmış ölkə üçün yaşıl enerji və ətraf mühit dayanıqlı şəhərsalmanın ən vacib sütunlarındandır.
Müxbir - Günel Alıyeva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [18:04]
Deryageldi Orazov: WUF13 çox yüksək səviyyədə təşkil olunub
- 18.05.2026 [17:47]
Kambocanın Baş Nazirinin müavini: Gələcək daha da ümidvericidir
- 18.05.2026 [17:41]