Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tibb işçilərinə dövlət qayğısı gücləndirilir - yeni mexanizm nəyi dəyişir?

Bakı, 2 sentyabr, AZƏRTAC

Səhiyyədə ən böyük dəyər nə bahalı tibbi avadanlıq, nə müasir xəstəxana binaları, nə də ən son texnologiyalardır. Həmin sistemin əsas gücü bütün bu imkanları insan sağlamlığının qorunmasına yönəldən həkimlər, tibb bacıları və digər tibb işçiləridir. Buna görə də səhiyyənin inkişafı yalnız infrastrukturun yenilənməsi ilə deyil, həm də bu sahədə çalışan insanların əməyinin, peşəkarlığının və məsuliyyətinin layiqincə qiymətləndirilməsi ilə bağlıdır.

TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı yeni islahat məhz bu baxımdan diqqət çəkir. Söhbət yalnız maaşların yüksəldilməsindən getmir. Yeni mexanizm əməkhaqqının vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda kadr təminatı ilə daha sıx əlaqələndirilməsini nəzərdə tutur. Başqa sözlə, tibb işçisinin gördüyü işin həcmi və nəticəsi onun əməkhaqqında daha dolğun əks olunacaq.

Azərbaycan Respublikasında səhiyyə sisteminin inkişaf etdirilməsi, bu sahədə qabaqcıl standartların tətbiqi, tibb işçilərinin sosial rifahının gücləndirilməsi daim ölkə rəhbərliyinin diqqət mərkəzində olub, bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl xarakter daşıyıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyinin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.

Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək. Onlardan 36 min 41 nəfəri orta, 20 min 367 nəfəri kiçik tibb heyəti, 8 min 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 min 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.

İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artıb.

Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq. Yeni yanaşma tibb işçisinin peşəkarlığının, məsuliyyətinin və iş yükünün əməkhaqqında daha dolğun əks olunmasını, eyni zamanda fəaliyyət və keyfiyyət göstəriciləri vasitəsilə pasiyent məmnuniyyətinə müsbət təsirin gücləndirilməsini nəzərdə tutur.

Əməkhaqqı artımı hansı istiqamətləri əhatə edir?

İslahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1 150 manatdan 2 min manata çatdırılacaq. Bu, mövcud məbləğlə müqayisədə 850 manat və ya 74 faiz artım deməkdir.

Təcili tibbi yardım xidmətində çalışan həkimlər üçün də əhəmiyyətli artımlar nəzərdə tutulub. Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (RTTTYM) həkiminin əməkhaqqı 1 550 manatdan 2 min 200 manata yüksələcək. Bununla yanaşı, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1 550 manatdan 2 500 manata yüksələcək. Beləliklə, artım 950 manat və ya 61 faiz təşkil edəcək.

3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı isə 2 100 manatdan 3 min manata çatdırılacaq.

Bu rəqəmlər yeni əməkhaqqı mexanizmində tibb xidmətlərinin xüsusiyyətlərinin və müxtəlif kateqoriyalı həkimlərin üzərinə düşən məsuliyyətin nəzərə alındığını göstərir.

Regionlara həkim cəlbi üçün daha güclü maliyyə stimulu

Səhiyyə sisteminin qarşısında duran mühüm məsələlərdən biri tibbi kadrların regionlar üzrə daha balanslı bölüşdürülməsidir. Yeni əməkhaqqı islahatında bu məsələ də xüsusi diqqətdə saxlanılıb.

Həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması və regionlarda kadr təminatının gücləndirilməsi məqsədilə Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla digər şəhər və rayonlarda kadr çatışmazlığının daha çox müşahidə edildiyi ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələr tətbiq olunacaq.

Belə ki, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək. Bu, 107 faiz artım deməkdir. Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq ki, bu da 950 manat və ya 66 faiz artım deməkdir. Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq ki, bu da 800 manat və ya 55 faiz artım deməkdir.

Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir.

Regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi də tətbiq olunacaq. Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan əlavə ödənişlərə 1,3 əmsalı tətbiq ediləcək.

Beləliklə, regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, işin nəticəsinə görə əlavə ödənişlərə tətbiq olunan əmsaldan da faydalanacaqlar.

Əməkhaqqı ilə xidmətin keyfiyyəti arasında əlaqə gücləndirilir

Yeni mexanizmin diqqət çəkən istiqamətlərindən biri əməkhaqqının tibbi xidmətin keyfiyyəti və pasiyent məmnuniyyəti ilə əlaqələndirilməsidir.

Ambulator tibbi xidmətlər göstərən həkimlər üçün hər pasiyentə görə hesablanan mövcud kiçik faiz ödənişləri əvəzinə aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq olunacaq.

Eyni zamanda, əməkhaqqı Qaydalarında həkimlərin həvəsləndirici ödənişlərini göstərilən tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə birbaşa bağlayan yeni yanaşma tətbiq edilir. İslahat tibbi xidmətlərin daha pasiyentyönümlü təşkilini və keyfiyyət göstəricilərinin maddi stimula çevrilməsini hədəfləyir.

Xidmət keyfiyyəti nə qədər yüksək qiymətləndirilirsə, həkimin əldə etdiyi ödəniş də bir o qədər çox olur. Bu yanaşma keyfiyyətli və qayğıkeş xidməti təşviq edir, həkimləri pasiyentlərlə daha keyfiyyətli münasibət qurmağa həvəsləndirir.

Beləliklə, yeni mexanizmdə əməkhaqqı yalnız görülən işin həcmi ilə deyil, həm də həmin işin keyfiyyəti ilə əlaqələndirilir.

Orta və kiçik tibb heyəti də islahatın əhatə dairəsindədir

İslahat yalnız həkimləri əhatə etmir. Əməkhaqqı artımında baş və böyük tibb heyətinin üzərinə düşən məsuliyyət də ayrıca nəzərə alınıb.

Baş tibb bacılarının orta və kiçik tibb heyətinin fəaliyyətinin təşkili, tibbi sənədləşmə və uçot, pasiyent təhlükəsizliyi, infeksiyaya nəzarət və xidmət keyfiyyətinin təmin edilməsində mühüm rolu nəzərə alınaraq, tibb müəssisəsinin kateqoriyasından asılı olaraq diferensial artımlar tətbiq ediləcək. Misal üçün, 3B kateqoriyalı tibb müəssisəsində çalışan baş tibb bacısının aylıq əməkhaqqı 1 454 manatdan 2 min 125 manata yüksələcək ki, bu da 671 manat və ya 46 faiz artım deməkdir.

Orta və kiçik tibb heyəti də islahatın əhatə dairəsindədir. 36 min 41 orta tibb işçisinin aylıq əməkhaqqı artımı 17 faiz, 20 min 367 kiçik tibb işçisinin əməkhaqqı artımı isə 18 faiz təşkil edəcək.

Rəqəmlərin arxasında dayanan əsas məqsəd

TƏBİB tabeliyində çalışan 72 min 212 tibb işçisini əhatə edən bu dəyişikliklər ilk növbədə səhiyyədə insan kapitalının gücləndirilməsinə yönəlib. 189 milyon manatlıq illik əməkhaqqı fondu artımı ilə müşayiət olunan islahat tibb işçilərinin əməyinin daha diferensial qiymətləndirilməsini, kadr çatışmazlığı olan regionlar üçün əlavə stimullar yaradılmasını və tibbi xidmətin keyfiyyətinin maddi mexanizmlərlə dəstəklənməsini nəzərdə tutur.

Burada əsas məsələ yalnız əməkhaqqının nə qədər artması deyil. Daha mühüm məqam ondan ibarətdir ki, yeni qaydalar tibb işçisinin gördüyü iş, üzərinə düşən məsuliyyət, fəaliyyətinin nəticəsi və göstərdiyi xidmətin keyfiyyəti arasında daha aydın əlaqə yaradır.

İslahatın tətbiqi ilə tibb işçilərinin sosial rifahının gücləndirilməsi, peşənin cəlbediciliyinin artırılması, həkimlərin regionlara cəlb edilməsinin stimullaşdırılması, fəaliyyət nəticələrinin daha dolğun qiymətləndirilməsi və göstərilən tibbi xidmətlər üzrə pasiyent məmnuniyyətinin yüksəldilməsi hədəflənir.

Səhiyyədə islahatların son nəticəsi isə rəqəmlərlə deyil, pasiyentin aldığı xidmətin keyfiyyəti ilə ölçülür. Bu baxımdan yeni əməkhaqqı mexanizminin əsas mahiyyəti tibb işçisinin əməyini daha düzgün qiymətləndirməklə yanaşı, onun əməyinin nəticəsini birbaşa pasiyentin məmnuniyyəti və tibbi xidmətin keyfiyyəti ilə əlaqələndirməkdir. Bu isə səhiyyədə insan amilinin və peşəkarlığın daha da ön plana çıxdığı yeni mərhələnin göstəricisidir.

Müxbir - Göyçək Mahmudlu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk nümayəndə: Süni intellekt kənd təsərrüfatında riskləri əvvəlcədən müəyyən etməyə imkan verir

Professor Abdulla Sofiyev beynəlxalq elmi reytinqdə Azərbaycan üzrə birinci olub

Bakıda “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib YENİLƏNİB

“Vitol Group”: Hörmüzdən sutkada 10 milyon barel neft və neft məhsulları daşınır

Çempionlar Liqası: “Mançester Yunayted” – “Sabah” oyununun hakimləri açıqlanıb

Türkiyə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramında ən çox irəliləyiş göstərən ölkə olub

ADRA ağacların üzərinə vurulmuş yüzlərlə reklam qurğusunu demontaj edib

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqdimat videoçarxı hazırlanıb

Emin Əmrullayev: Təhsil ekosistemi dəyişəndə nəticələr də artacaq

Rumıniya hərbi imkanlarını genişləndirir

Dövlət İdarəçilik Akademiyasında “Çin Araşdırmalar Mərkəzi”nin açılışı olub

Bakı Olimpiya Stadionunda işlərə start verilib, ot örtüyü oktyabrın 5-dək tam hazır olacaq - EKSKLÜZİV

Vətəndaşların pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciətləri dinlənilib

Nazir: Problemlərin həlli üçün cəmiyyətin birgə səyi vacibdir

Azərbaycanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində atılan yeni addımlar barədə danışılıb

Məcnun Məmmədov: Proseslərin rəqəmsallaşdırılmasından kənd təsərrüfatı məlumatlarından intellektual istifadəyə keçirik

Pedaqoji Universitetdə SİP-ə uyğun hazırlanmış yeni iş planı modeli təqdim edilib

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub

Emin Əmrullayev: Dil bilikləri ilə oxu savadlılığı fərqli sahələrdir, bunları qarışdırmaq olmaz

Misin qiyməti rekord göstəriciyə çatıb

Nazir: Kənd təsərrüfatında süni intellektdən istifadə genişləndirilir VİDEO

Nazir: Kənd təsərrüfatında süni intellektdən istifadə genişləndirilir VİDEO

FAO nümayəndəsi: Azərbaycanda fermer təsərrüfatlarının dayanıqlılığının ölçülməsi sisteminin yaradılması üzərində işləyirik

ADPU-nun baş müəllimi: Tarix dəqiqliyi sevir, ona kənardan yazılar yazmaq olmaz

Məcnun Məmmədov: Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayır VİDEO

Məcnun Məmmədov: Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayır VİDEO

Norveçdə kral V Haraldın dəfn mərasiminə hazırlıq işləri yekunlaşır

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlanıb

ADPU-CVU ikili diplom proqramının tələbələri Qarabağ Universitetində olublar

Xəyyam Məmmədov: Biz atmosferdə və çay hövzələrində baş verən prosesləri real vaxt rejimində izləməliyik

Nazir: İqlimə yönəlik siyasətlər gələcəkdə də nəzərə alınacaq VİDEO

Nazir: İqlimə yönəlik siyasətlər gələcəkdə də nəzərə alınacaq VİDEO

Nazir: Azərbaycanda riyazi savadlılıq üzrə qızlar ilk dəfə oğlanları qabaqlayıb

Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyində dəyişiklik edilib

Nazir: Subsidiya mexanizmində əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilib VİDEO

Nazir: Subsidiya mexanizmində əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilib VİDEO

Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başlayıb

Emin Əmrullayev: Bəzi bölgələrdə oxu savadlılığı üzrə ciddi problemlər var

Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar 11 faiz artıb

ABŞ Prezidentinin yaydığı yeni xəritə suallar doğurub

Nazir PISA 2025-də oxu savadlılığı üzrə nəticələr barədə məlumat verib

Nyu-Yorkda 11 sentyabr terrorundan sonra havanın keyfiyyəti ilə bağlı yeni faktlar üzə çıxıb

Vüqar Süleymanov: Yağıntıların artması minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir VİDEO

Vüqar Süleymanov: Yağıntıların artması minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir VİDEO

Azərbaycan qlobal ekoloji və iqlim gündəliyində fəal rolunu davam etdirir

PISA 2025-in təbiət elmləri üzrə nəticələri: Azərbaycan 69-cu, Bakı 47-ci yerdədir

Mişel Leviston: Azərbaycan müstəqil siyasət yürüdür və Mərkəzi Asiya ilə inteqrasiyanı dərinləşdirir

Jordi Xucla: Cənubi Qafqazda sülh möhkəmlənir və regional inteqrasiya prosesi irəliləyir

Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir

Tolqaxan Bəxtiyar: Kənd təsərrüfatı iqlim dəyişmələrinin təsirlərinin ən çox hiss olunduğu sahələrdən biridir

Türkiyə XİN-i Ratko Mladiçin dəfn mərasimi ilə bağlı ictimai narazılığa münasibət bildirib

UNEP nümayəndəsi: Azərbaycanda kənd təsərrüfatının inkişafı proqramının həyata keçirilməsi mühüm imkanlar yaradır

PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələri açıqlanıb VİDEO

PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələri açıqlanıb VİDEO

Bu saata olan əsas xəbərlər

Dosent: Qırğız akınlığı və Azərbaycan aşıq sənəti ənənə ilə yeniliyin qarşılıqlı əlaqəsi şəraitində inkişaf edir

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir

ABADA: İlin sonunadək elektron CMR üzrə ilk daşımanın həyata keçirilməsi gözlənilir

Fərid Şəfiyev: Azərbaycanın regionda artan rolu Avropa ölkələrinin diqqətini cəlb edir

İcraçı direktor: Bakı İqlim Fəaliyyəti Həftəsində aparılan müzakirələr COP31 üçün mühüm əhəmiyyət daşıyır

Sədr müavini: Xırda və ortaölçülü təsərrüfatların da aqrar sığortaya əlçatanlığı artacaq

Nazir müavini: İqlim stansiyaların ümumi sayı 181-ə çatdırılacaq

Emin Əmrullayev: PISA nəticələri təhsil islahatlarının qiymətləndirilməsi üçün vacibdir

Ölümsüzlük həsrəti, yoxsa tarixlə təkəbbürlü dialoq?

FAO-nun nümayəndəsi: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün inteqrasiya olunmuş yanaşmanın tətbiqi vacibdir

Qay Bonvin : Azərbaycan regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün böyük imkanlara malikdir

Formula 1 Azərbaycan Qran-Prisi: Marşal proqramı üçün 10 ildə 35 mindən çox müraciət olub

İdarə Heyətinin sədri: Vətən müharibəsindən sonra 261 min 705 mina və digər partlayıcı sursat zərərsizləşdirilib

ANAMA sədri: Ərazilərin minalanması ekosistemin təhlükəsizliyinə təsir edən problemdir

Yeni subsidiya mexanizminə subtropik bitkilərin də daxil edilməsi gözlənilir

Bu il Aqrar Sığorta Fonduna 383 fermerdən 776 müraciət daxil olub

® “Bakcell Peerstack Academy” tələbələri üçün hakaton keçirib

Musiqi müəllimi: Süni intellekt müəllimi tamamilə əvəz edə bilməz

Atanın kitab rəfləri arasından gələn səsi: Yusif Səmədoğlunun xatirələri

Əmək müqaviləsi işçini hansı hüquqlarla təmin edir?

İlhamə Qədimova: İqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur

Sərdar Yaylalı: Dəmir yolu infrastrukturuna daha çox diqqət yetirməliyik

Nasar Hayat: Azərbaycan iqlim dialoqu və beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilib

Fransada məktəblərinin 69 faizi yeni tədris ilinə kadr çatışmazlığı ilə başlayıb

Selesta Saulo: Çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemləri mühüm ictimai infrastrukturdur

Nigar Arpadarai: “Harmoniya” təşəbbüsü dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verən texnologiyalara xüsusi önəm verib

Çinin xarici ticarəti 17,6 faiz artıb

Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır VİDEO

Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır VİDEO

BTQ: Fransa Dənizaşırı ərazilərə səfər üçün viza qaydalarını sərtləşdirir

Yaponiya Nepala 3 milyon dollar yardım ayırıb

® SİMA yeni maskotu “Simi”ni təqdim edib VİDEO

® SİMA yeni maskotu “Simi”ni təqdim edib VİDEO

“Goldman Sachs” neft qiymətlərinə dair proqnozunu artırıb

Ötən gün 44 cinayətin açılması təmin olunub

Gürcüstanda 4 bal gücündə zəlzələ olub

Komitə sədri: Hüquqi çərçivə texnoloji innovasiyaların sürətini məhdudlaşdırmamalıdır

“Sabah” amerikalı basketbolçu ilə yollarını ayırıb

Tahir Rzayev: Fermerlər üçün əlverişli mühitin və imkanların yaradılması həlledici rol oynayır

Ulrix Şmid: Cənubi Qafqazda sülh təşəbbüslərinin regional əməkdaşlığa təsiri xüsusi maraq doğurur

Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

ADY: Qərbdən Şərqə doğru olan yükü Orta Dəhlizə cəlb etmək üçün avropalı tərəfdaşlarla əməkdaşlığa başlamışıq

Nazir müavini: İqlim dəyişmələrinin fəsadları təhlükəli hadisələrin artması və şiddətlənməsi ilə müşahidə edilir

Kənd təsərrüfatı naziri: Transformasiya fermeryönümlü və inklüziv olmalıdır

“Səbail” yeni futbolçu transfer edib

Texnologiya müəllimi: Müasir təlim şagirdlərin yaradıcılıq imkanlarını genişləndirir

Muxtar Babayev: Artıq iqlim dəyişikliyini müşahidə etmirik, onu birbaşa yaşayırıq

BMT rəsmisi: Xəzərin problemlərinin həlli üçün sahilyanı ölkələrin birgə fəaliyyəti vacibdir VİDEO

BMT rəsmisi: Xəzərin problemlərinin həlli üçün sahilyanı ölkələrin birgə fəaliyyəti vacibdir VİDEO

Fransanın Baş naziri büdcə layihəsi ilə bağlı yayılan məlumatları təkzib edib

Məcnun Məmmədov: Meteoroloji məlumatların əldə olunması üçün 180-dan çox iqlim stansiyasının qurulmasına başlanılıb