Pakistanda 6 nəfər İŞİD silahlısı öldürülüb
Bakı, 4 sentyabr, AZƏRTAC
Pakistan təhlükəsizlik qüvvələri Qvetta rayonunun şərqində “İslam dövləti” terrorçu təşkilatına qarşı hərbi əməliyyat həyata keçiriblər. AZƏRTAC DawnNews saytına istinadla xəbər verir ki, bir neçə saat davam edən intensiv atışma nəticəsində 6 terrorçu, o cümlədən 1 qadın öldürülüb.
Belucistan polisinin rəisi Möhsün Həsən Butt öldürülən şəxslərin “İslam dövləti” terrorçu təşkilatına mənsub olmalarını təsdiq edib. O bildirib ki, terrorçularla atışmada təhlükəsizlik qüvvələrinin 1 zabiti həlak olub, daha 8 nəfər yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.
Pakistanın Antiterror Departamentinin açıqlamasında bildirilib ki, terrorçuların Qvetta ərazisində hücuma hazırlaşması barədə kəşfiyyat məlumatından sonra onların zərərsizləşdirilməsi üzrə hərbi əməliyyat həyata keçirilib. Əməliyyata polis və antiterror qüvvələri cəlb olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
- 15.06.2026 [12:03]
Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO
- 15.06.2026 [12:02]
Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]