REGİONLAR
PAKİSTANIN KƏND TƏSƏRRÜFATI NAZİRİ BAKIDA OLMUŞDUR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, qonağın nazir İrşad Əliyevlə görüşündə ötən il İslamabadda keçirilən Azərbaycan – Pakistan birgə Hökümətlərarası Komissiyasının ikinci iclasında ərzaq və kənd təsərrüfatı sahəsində müzakirə olunmuş əməkdaşlığın istiqamətləri bir daha danışıqlar mövzusu olmuşdur. Mütəxəssis və alimlərin hazırlanması, qarşılıqlı təcrübə və informasiya mübadiləsi, elmi tədqiqat işlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində əməkdaşlıq, birgə müəssisələrin yaradılmasının mümkünlüyü barədə fikir mübadiləsi aparılmışdır.
Pakistan naziri, əsasən, süd məhsulları, zeytun istehsalı ilə maraqlanmış və “MİLK-PRO” şirkətində, Abşeronun zeytun bağlarında olmuşdur.