MƏDƏNİYYƏT
“Pantomim buketi” İsmayıllıda maraqla qarşılanıb
![](/files/galleryphoto/2023/1/1200x630/16823630376354954143_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16823630373510424905_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/1682363037584609071_1200x630.jpg)
![](/files/galleryphoto/2023/1/1200x630/16823630372062542573_1200x630.jpg)
Bakı, 25 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən aparıcı teatrların bölgələrə qastrol səfərləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Azərbaycan Dövlət Pantomim Teatrı aprelin 24-də İsmayıllı şəhərinə səfər edib.
Pantomimçilər ismayıllılı teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən biri olan “Pantomim buketi”ni nümayiş etdiriblər.
Peşəkar pantomimçilərin ifasında bundan öncə də yerli və beynəlxalq festivallarda uğurla təmsil olunan tamaşa teatrsevərlərin alqışları ilə qarşılanıb.
İsmayıllı rayon rəhbərliyi "Heydər Əliyev İli" çərçivəsində onların qonağı olan Dövlət Pantomim Teatrının kollektivinə təşəkkür edib, teatrın bu gəlişinin rayon teatrsevərləri üçün əsl bayrama çevrildiyini vurğulayıb.
Xatırladaq ki, ölkədaxili qastrol aksiyasının məqsədi regionlarda mədəni həyatı fəallaşdırılmaq, gənclərin asudə vaxtının keyfiyyətinin yüksəldilməsinə təkan vermək, yerli yaradıcı kollektivlərlə daha sıx ünsiyyət və faydalı təcrübə mübadiləsinə şərait yaratmaqdır.