Papadan xristian liderlərinə müraciət: Müharibələri bitirin
Vatikan, 3 fevral, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı xristian liderlərini müharibələrə son qoymağa çağırıb.
AZƏRTAC xəbər verir ki, Papa Fransisk Vatikanda qeyd olunan Müqəddəs Yubiley İlində münaqişə zonalarında sülhə nail olunması istəyini ifadə edib.
“Hər şeyi, həyatı məhv edən müharibəyə yox deyək. Həyata hörmətsizlik hər kəs üçün məğlubiyyətdir. Unutmayaq ki, müharibə həmişə məğlubiyyətdir. Mən bu yubiley ilində, xüsusən də xristian inancının liderlərinə müraciətimi yeniləyirəm ki, onlar bütün davam edən münaqişələrə son qoymaq üçün sülh danışıqlarına maksimum səy göstərsinlər. Gəlin, Ukraynada, Fələstində, İsraildə, Livanda, Myanmarda, Sudanda, Şimali Kivuda sülh üçün dua edək”, - deyə pontifik vurğulayıb.
Vatikan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:45]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb
- 02.10.2026 [12:36]
Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb
- 02.10.2026 [11:57]
Fransada liseylərdə etirazlar davam edir
- 02.10.2026 [11:35]