Bakı, 19 may, AZƏRTAC
İslamiadada qadın paralimpiyaçılar arasında T12 kateqoriyasında 200 metr məsafəyə qaçış yarışında ölkəmizi təmsil edən Yelena Çebanu finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, paraatletimiz günün ikinci yarısında keçiriləcək final yarışında medal uğrunda mübarizə aparacaq.