PAŞA Bank Londonda “Azərbaycan neft-qaz sektoru xaricində” mövzusunda seminar təşkil etmişdir
Bakı, 19 noyabr (AZƏRTAC). PAŞA Bank Londonda “Azərbaycan neft-qaz sektoru xaricində” mövzusunda seminar təşkil etmişdir.
Bankın korporativ kommunikasiyalar departamentindən AZƏRTAC-a bildirmişlər ki, PAŞA Bankın idarə heyətinin sədri Fərid Axundov, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı rezident ofisinin rəhbəri Neil McKain, “Atropatena” şirkəti idarə heyətinin sədri Elşad Rəsulov, “Golden Pay” şirkətinin təsisçisi və baş icraçı direktoru Fərid İsmayılzadə, “Asia House” Düşüncə Mərkəzinin daş direktoru Maykl Lorens seminarda təqdimatlarla çıxış etmişlər. Məruzəçilər Azərbaycanın qeyri-neft sektorundakı imkanlar barədə şəxsi və peşəkar fikirlərini iştirakçılarla bölüşmüşlər.
Böyük Britaniya Parlamentinin üzvü və Birləşmiş Krallığın Baş nazirinin ticarət nümayəndəsi Çarlz Hendri seminarı Azərbaycanın qeyri-neft sənaye sahələrinin yüksək inkişaf potensialı və ölkəmizlə Birləşmiş Krallıq arasındakı əməkdaşlıq barədə ürək sözləri ilə yekunlaşdırmışdır.
Seminarda Azərbaycan və onun biznes potensialı ilə maraqlanan maliyyəçilər, sərmayədarlar, fərdi bankçılıq üzrə mütəxəssislər, hüquq şirkətləri və Avropanın digər iş adamları, həmçinin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]