Paşinyan: Hazırda “Tramp marşrutu” layihəsinin mətni üzərində işləyirik
Bakı, 16 oktyabr, AZƏRTAC
Ermənistan və ABŞ “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin məzmunu ilə bağlı ətraflı müzakirələr aparırlar.
AZƏRTAC xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bu barədə jurnalistlərə açıqlamasında deyib. Paşinyanın sözlərinə görə, hər şey əvvəlcədən detallı şəkildə müzakirə olunmalı, layihələndirilməli və yalnız bundan sonra icra olunmalıdır.
“Hazırda biz “Tramp marşrutu” layihəsinin mətni üzərində işləyirik. Masada artıq elementlər var və biz onları yekunlaşdıraraq vahid sənəd formasına salmalıyıq”, - deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşün yekununda Bakı ilə İrəvan arasında sülhün təmin olunması və Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqələrinin qurulması ilə bağlı birgə bəyannamə imzalayıblar. Bu layihə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” adlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [18:44]
Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir
- 03.10.2026 [13:38]
Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO
- 03.10.2026 [13:12]
Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub
- 03.10.2026 [13:04]