Paytaxtın bir sıra yollarında sıxlıq yaranıb
Bakı, 30 noyabr, AZƏRTAC
Bakının bir sıra yollarında sıxlıq müşahidə edilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Bakı-Sumqayıt şosesi, metronun “20 Yanvar” stansiyası istiqamətində;
2. Tbilisi prospekti, metronun “20 Yanvar” stansiyasından mərkəz istiqamətində;
3. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;
4. “20 Yanvar” dairəsində;
5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun “20 Yanvar” stansiyası istiqamətində;
6. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
7. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;
8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
9. Aeroport şosesi, metronun “Koroğlu” stansiyası istiqamətində;
10. Binəqədi şosesi, metronun “Azadlıq Prospekti” stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;
11. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində;
12. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.