Pentaqon Ukraynaya uzunmənzilli raketlər göndərməyə hazırdır
Bakı, 13 mart, AZƏRTAC
ABŞ Müdafiə Nazirliyi Ukraynaya daha uzun mənzilli ATACMS taktiki ballistik raketləri göndərməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.
“Ukrayna tərəfi indiyədək dəfələrlə ABŞ-dan 290 kilometr mənzilli ATACMS raketləri istəsə də, Ağ ev hər dəfə bundan imtina edib. İndi isə Pentaqon həmin raketləri Ukraynaya tədarük etməyə hazırdır, lakin bunun üçün Prezident Cozef Baydenin razılığı olmalıdır”, - nəşr öz mənbələrinə istinadla belə yazıb.
Amerikalı siyasətçilər ABŞ-ın Kiyevə ayırdığı 300 milyon dollarlıq yeni yardım paketinə 160 kilometr uzaqlıqdakı hədəfləri vura bilən orta mənzilli ATACMS raketlərinin də daxil olduğunu bildiriblər.
Martın 12-də ABŞ-ın milli təhlükəsizlik müşaviri Cek Sallivan Birləşmiş Ştatların Ukraynaya artilleriya mərmiləri və idarə olunan raketlərdən ibarət 300 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:58]
Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]