Peşə Təhsil Mərkəzində “Nəsimi ili” çərçivəsində tədbir keçirilib
Bakı, 22 may, AZƏRTAC
“Nəsimi ili” çərçivəsində mayın 22-də Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində dahi Azərbaycan şairinin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-a bildirilib ki, tədbirdə İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Mərkəzin tələbələri tərəfindən qəzəllər səsləndirilib, musiqili kompozisiyalar nümayiş olunub.