Peşə təhsili müəssisələrinə tələbə qəbulunun tarixi açıqlanıb
Bakı, 21 iyul, AZƏRTAC
2025/2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər iyulun 22-dən avqustun 11-dək portal.edu.az platformasında “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət göndərməlidirlər.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, ümumilikdə 78 peşə təhsil müəssisəsində 152 ixtisas olmaqla plan yerləri ayrılıb. Qeyd edib ki, ayrılan plan yerlərində ötənilki rəqəmlərlə müqayisədə 5.4 faiz artım var.
Qeyd edək ki, qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
- 05.06.2026 [16:14]
BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi” təşkil olunub
- 05.06.2026 [15:45]