Azərbaycan Dövlət İnformasiya Agentliyi

Peşə təhsilində genişlənən imkanlar: 14 yaşlı yeniyetmədən 70 yaşlı tələbəyə qədər MÜSAHİBƏ

Peşə təhsilində genişlənən imkanlar: 14 yaşlı yeniyetmədən 70 yaşlı tələbəyə qədər MÜSAHİBƏ

Hər il ali məktəbləri bitirən 100-dək vətəndaş peşə təhsilini seçir

Bakı, 31 yanvar, AZƏRTAC

Peşə təhsili, yalnız müəyyən bir sahədə bilik və bacarıq qazandırmaqla kifayətlənmir, həm də əmək bazarının tələblərinə uyğun kadrlar yetişdirmək və iqtisadiyyatda davamlı inkişafı təmin etmək baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycanda Peşə Təhsili üzrə Dövlət Agentliyi bu məqsədlə ölkədə peşə təhsilinin keyfiyyətini yüksəltmək və vətəndaşların təhsilə olan marağını artırmaq üçün bir sıra yenilikçi təşəbbüslər həyata keçirir.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov AZƏRTAC-a müsahibəsində peşə təhsilinin inkişafı, işğaldan azad edilmiş ərazilərdəki təhsil müəssisələrinin gələcəyi və gənclərin bu sahəyə marağının artırılması istiqamətində atılan addımlardan danışıb. Onunla müsahibəni təqdim edirik.

-Ceyhun müəllim, peşə necə seçilməlidir?

-Fikrimcə, informasiyanın çox olduğu bir dövrdə peşə seçimi getdikcə çətinləşir. Peşəni doğru seçmək üçün həm ailə, həm də məktəblərin daha məlumatlı olması üçün imkanlar yaratmalıyıq. Bu məqsədlə peşəyönümlü işləri məktəblərdə daha keyfiyyətli şəkildə aparmaq vacibdir. Vətəndaşlara və şagirdlərə peşələr haqqında məlumat daha əlçatan olmalıdır. Valideynlər övladlarına seçim etməyə şərait yaratmalıdır. İndiki dövrdə şagirdlər texnologiyaya yönəldikləri üçün valideyn və müəllimlər bu prosesdə iştirak etməsələr də, internetdən ixtisaslar haqqında məlumat əldə edə bilirlər. Peşə təhsili müəssisələrindən istəyimiz odur ki, uşaqlar yalnız eşitməsin, eyni zamanda, görsünlər. Məsələn, qaynaqçı işinin əhəmiyyətini bəzən başa düşmürük. Ancaq ətrafımıza baxanda hər sahədə qaynaq işinin yerini görmək olur. Şagirdlərə peşələrin əhəmiyyətini göstərə bilmədiyimiz üçün cəmiyyət olaraq bunu daha geniş şəkildə təqdim etməliyik. Uğur hekayələrini cəmiyyətə çatdırmaq da vacibdir. Hər hansı bir peşə olsun, əgər o sahəyə maraq varsa və sevərək işləyirsənsə, həyatda uğur qura bilərsən. Bu proses həm ailə, həm məktəb, həm də cəmiyyət tərəfindən dəstəklənməlidir. Təhsil müəssisələrində doğru sistemli maarifləndirmə və peşəyönümlü işlər, ailələrdə isə övladlara peşələr haqqında məlumat vermək düzgün seçim etməyə kömək edir. Gənclər daha çox ürəklərinin səsini dinləyərək düşüncələrinə əsasən qərar verməlidir. Bu prosesdə onlara şərait yaradılmalıdır.

-Peşə təhsilində son illərdə həyata keçirilən ən önəmli islahatlar hansılardır?

-Peşə təhsilində həyata keçirilən islahatların əsas qaynağı ölkəmizin sosial və iqtisadi inkişafı ilə bağlı olan hədəflərdir. “2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasında” konkret olaraq peşə təhsili ilə bağlı hədəflər müəyyən edilib. Ən başlıca hədəf peşə təhsilinin əhatəliliyini və keyfiyyətini artırmaqdır. Bu istiqamətdə 2026-cı ilin sonuna qədər peşə təhsili sisteminə 28 min tələbənin cəlb olunması hədəfi qoyulub. Son 5 ildə hər il tələbə qəbulunda 10-15 faiz artım müşahidə edilib. Məsələn, 2024-cü ildə peşə təhsili müəssisələrinə 25 minə yaxın tələbə qəbul olunub ki, bu da son illərin ən yüksək göstəricisidir.

Bundan əlavə, peşə təhsilinin infrastrukturunun genişləndirilməsi də strateji hədəflərdən biridir. Yeni, müasir peşə təhsili verə bilən müəssisələrin sayı artdıqca, ora müraciət edənlərin sayı da artır. Son on ildə Qəbələ, Bərdə, Gəncə, Bakı, Cəlilabad və digər regionlarda yeni müəssisələr açılıb. Hər bir yeni müəssisə tələbə sayında artıma səbəb olur. Məsələn, Bərdədə açılışdan sonra tələbə müraciətləri 10 dəfə artıb, Cəlilabadda da eyni tendensiya müşahidə edilir. Bu cür infrastruktur inkişafı, əhatəliliyin artırılmasına və keyfiyyətin yüksəlməsinə xidmət edir.

Bu müəssisələrdə tələbəyönümlü mühit yaradılır, emalatxanalar və laboratoriyalar vasitəsilə praktiki biliklərin əldə olunmasına şərait yaradılır. Məsələn, Bərdədə və Cəlilabadda STEAM mərkəzləri yaradılıb. Bu mərkəzlər tələbələrə iş yerinə yaxın mühitdə təhsil almaq imkanı verir.

Keyfiyyət də islahatların əsas istiqamətlərindəndir. Son 5-6 ildə təhsil proqramlarının yenilənməsi və yeni proqramların hazırlanması ilə bağlı əhəmiyyətli addımlar atılıb. Bu müddət ərzində 100-ə yaxın yeni proqram hazırlanıb. Bunda məqsəd təhsil proqramlarının əmək bazarının tələblərinə cavab verməsidir. Əlavə olaraq, son 7 ildə 550 mindən çox dərslik tələbələrə təqdim edilib. Peşə təhsilində müxtəlif ixtisaslar olduğu üçün dərsliklərin sayı da çoxdur, bu səbəbdən həm ümumtəhsil, həm də ixtisas dərslikləri mütəmadi olaraq nəşr olunaraq müəssisələrə göndərilir.

-Müəllimlərin peşəkarlığının artırılması üçün yeni təşəbbüslər varmı?

-Müəllimlər bizim təhsil sistemimizin aparıcı qüvvəsidir. Keyfiyyətli dəyişikliyi təmin etmək istəyiriksə, müəllimlərimizin və ustalarımızın peşəkarlığı vacibdir. 2024-cü ildən etibarən peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və ustaların işə qəbul qaydaları əsasında yeni qəbul apardıq. Hazırda müəllimlərə olan ehtiyac çox böyükdür, xüsusilə istehsalat və sənaye təcrübəsi olan müəllimlərə ehtiyac duyulur. Bu səbəbdən hər il yeni müəllimlərin işə qəbulunu həyata keçiririk.

Eyni zamanda, təhsilverənlərimizi həm ölkə daxilində, həm də xaricdə təlimlərə cəlb edirik. Bu günə qədər yüzlərlə müəllimimiz ölkə daxilində pedaqoji və ixtisasyönümlü təlimlərə qatılıb. Bir neçə ildir ki, müəllimlərimizi Türkiyəyə təlimlərə göndəririk və bu il beynəlxalq mübadilə proqramları çərçivəsində 200 müəllimimizi xarici təlimlərə cəlb etməyi planlaşdırırıq. Əvvəlki illərdə isə Koreya və Almaniyadan mütəxəssisləri peşə təhsili müəssisələrimizə dəvət etmişdik. Bu cür beynəlxalq əməkdaşlıq müəllimlərimizin təcrübəsini artırmaq və peşə təhsilinin keyfiyyətini yüksəltmək üçün mühüm addımlardır.

Peşə təhsili sistemində ən çox tələbat olan ixtisaslar sənaye, turizm, xidmət sektoru və IT sahələridir. Bir çox hallarda Azərbaycanda bu ixtisaslarla bağlı müəllim hazırlığı yetərli deyil. Bu istiqamətdə əhatəliliyi artırmağa çalışırıq. Yeni müəssisələr istifadəyə verildikcə, onların kadr potensialını gücləndirmək məqsədilə təlimlər və təkmilləşdirmə prosesləri davam edir. Məsələn, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində koreyalı mütəxəssislərin iştirakı ilə kurikulum təsdiq olunub və həmin müəssisələrdə çalışan müəllimlər uzun müddət Koreyada təlimlər alıblar. Eyni zamanda, turizm və xidmət sahələrində müəllimlərimiz Türkiyədə təlimlərə qatılıblar. 2023-cü və 2024-cü illərdə Koreyadan mütəxəssislərlə təlimlər keçirdik, bu təlimlər əsasən IT və sənaye ixtisasları üzrə oldu. Lakin tələbə qəbulu elan edildikcə, həmin sahələrdə müəllimlərimizin inkişafına da diqqət yetiririk.

-Gələcəkdə peşə təhsilinin inkişafı üçün hansı əsas istiqamətlər planlaşdırılır?

-Gələcək haqqında danışanda texnoloji dəyişikliklərdən bəhs etmək lazımdır. Bu gün süni zəkanın həyatımıza daha güclü inteqrasiyasını müşahidə edirik. Məncə, peşə təhsili gələcəkdə daha da aktuallaşacaq. Beynəlxalq təcrübəyə nəzər saldıqda, dünya təhsil sistemləri artıq formal bacarıqları təsdiq edən sənədlərdən daha çox səriştə və bacarıqları inkişaf etdirməyə yönəlir. Bu, peşə təhsilinin gələcəyini müəyyən edən əsas amillərdən biridir. Gələcəkdə əmək bazarına daxil olan şəxslərin səriştə və bacarıqlarını tez bir zamanda əldə etməsi vacib olacaq. Texnologiyanın artan rolu ilə əlaqədar bəzi peşələr avtomatlaşacaq, amma bu, bütün işlərə təsir etməyəcək. Hər bir işin təbiətində müəyyən dəyişikliklər olacaq və buna uyğun olaraq peşə təhsilinin də əhatəsi genişlənəcək. Əmək bazarında olan işçilərin ixtisas artırılması və yeni bacarıqlar əldə etməsi istiqamətində də çalışmalarımız davam edir.

Ən vacibi isə gələcəkdə əmək bazarında hansı ixtisaslara ehtiyac olacağını əvvəlcədən müəyyənləşdirərək kadr hazırlığını ona uyğun qurmalıyıq. Bu məqsədlə peşə təhsili proqramlarını hazırlayarkən mövcud əmək bazarındakı boşluqları və gələcək iqtisadi hədəfləri nəzərə alırıq.

-Gələcəkdə əmək bazarının tələblərini nəzərə alaraq hansı sahələrdə yeni kadr hazırlığına ehtiyac duyulur?

-Texnologiya və IT ixtisaslarına olan tələbat getdikcə artır. Xüsusilə enerji sahəsində, alternativ enerji istiqamətində yeni ixtisaslara və işçi qüvvəsinə böyük ehtiyac var. Azərbaycanın bu sahədə böyük hədəfləri mövcuddur. Bu səbəbdən 2024-cü ildən etibarən alternativ enerji və günəş panellərinin istismarı üzrə ixtisasları tədris edirik və bu sahədəki proqramları davam etdirəcəyik. Növbəti illərdə külək enerjisi və digər bərpaolunan enerji mənbələri ilə bağlı ixtisaslara da yer verə bilərik. Bununla yanaşı, IT sahəsində bir çox yeni ixtisaslar artıq mövcuddur.

Biz “WorldSkills” təşkilatının üzvüyük və oradakı yarışlar bizə istiqamət verir. Rəqəmsal oyun və dizayn sahələri son dövrlərdə xüsusilə diqqət çəkir. IT sahəsində bəzi ixtisasların peşə təhsili çərçivəsində tədrisi mümkün olmaya bilər. Bu baxımdan biz həm də əmək bazarındakı mövcud işçilərin ixtisas artırma təlimlərini təşkil edirik. “Böyük Qayıdış” və 2022-2026-cı illər sosial proqramları çərçivəsində təxminən 1000 vətəndaşı təlimlərə cəlb etməyi planlaşdırırıq.

-Agentlik tərəfindən peşə təhsili alan gənclərin iş imkanlarını artırmaq məqsədilə hansı addımlar atılır?

-Hər şeydən əvvəl, tələbələrin düzgün peşə seçimi etməsini təmin etməyə çalışırıq. Peşə yönümünün gücləndirilməsi məqsədilə ümumtəhsil müəssisələrində də fəaliyyətlərimizi artırırıq. Müəssisələrimiz hər il tələbə qəbulu dövrü başladıqda peşəyönümlü və peşə tanıtımı istiqamətində aktiv işlər görürlər. Bu, infoturlar və “açıq qapı” günləri ilə həyata keçirilir və valideynləri də bu prosesə daxil edirik. Çünki valideynlər uşaqlarının peşə seçiminə ən çox təsir edən faktorlardan biridir. Bir ay əvvəl Qobustanda valideynlər və tələbələrlə görüş keçirdik, çünki başa düşdük ki, valideynlər çox vaxt uşaqlarının peşə seçimində böyük rol oynayır.

Bir çox müəssisəmizdə karyera mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər vasitəsilə tələbələr və işəgötürənlər arasında körpü qurmağa çalışırıq. İşəgötürənlər müəssisələrə dəvət olunur və burada sənayelərinə xas xüsusiyyətlər tələbələrə izah olunur. Eyni zamanda, təhsil formasında etdiyimiz dəyişikliklər də tələbələrin iş tapmaq imkanlarını artırır. Məsələn, dual təhsil proqramı ilə tələbələr təhsil alarkən iş yerində təcrübə qazanırlar.

Statistikaya əsasən, 2024-cü ilin məzunları arasında ölkə üzrə 50 faizə yaxın məzun 6 ay ərzində əmək müqaviləsi ilə işə qəbul edilib. Bu, müsbət göstəricidir. Eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan və qeyri-rəsmi fəaliyyət göstərən vətəndaşları nəzərə aldıqda, peşə təhsili məzunlarının məşğulluq göstəriciləri yaxşıdır. Ümumilikdə peşə təhsili məzunlarının məşğulluğu 70 faizə yaxındır. Qabaqcıl müəssisələrdə bu göstəricilər daha yüksəkdir.

Peşə təhsili çox vaxt ilk seçim kimi deyil, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da ikinci seçim kimi qəbul edilir. Lakin müəssisələrdə təhsilin keyfiyyəti artdıqca, vətəndaşların yanaşması da dəyişir. Bu, artıq konkret sübutlarla da təsdiqlənib. Müraciətlərin sayında hər il 15-20 faiz artım müşahidə olunur. Qabaqcıl müəssisələrdə isə bəzi ixtisaslara müraciət sayı 5-10-20 dəfə artır. Bu da onu göstərir ki, keyfiyyətli təhsil, maraqlı məzmun və peşəkar heyət varsa, vətəndaşlar peşə təhsilini seçirlər.

Yüksək texniki peşə təhsilini bitirən məzunlarımızın 50 faizi ali təhsilə keçir. Burada məqsəd ali təhsilə keçid deyil, lakin həmin şəxslərin ali təhsil dövründə daha uğurlu olmaları üçün peşə təhsili onların sahə üzrə bilik və bacarıqlarını artırır.

-Amma ali məktəbi bitirib peşə təhsili almağa gələn tələbələriniz var...

-Əgər valideynlərimizin təhsilinə nəzər salsaq, onlar ümumiyyətlə bir sahə üzrə təhsil alıb: mühasib, mühəndis, müəllim və təqaüdə çıxana qədər həmin sahədə işləyirdilər. Lakin bu gün araşdırmalar göstərir ki, məktəbdə oxuyan uşaqlar sabah əmək bazarına çıxdıqda təhsil aldıqları sahə ilə əlaqəsiz bir ixtisas üzrə işləyəcəklər. İnsanlar daha uzun yaşayacaqlar və yaşadıqca müxtəlif ixtisaslar üzrə işləmək ehtiyacı duyacaqlar. Bu səbəbdən təhsil yanaşmamızı nəzərdən keçirməliyik. Artıq daha çox insan yeni bilik və bacarıqlar əldə etmək, ixtisas artırmaq və özünü inkişaf etdirmək istəyir.

Bu baxımdan ali təhsil almış bir şəxsin peşə təhsilinə müraciət etməsi normaldır. Hər il 100-ə yaxın ali təhsilli vətəndaş peşə təhsilini seçir. Onların çoxu, ali təhsil aldıqları sahə üzrə işləmir və fərqli istiqamətlərdə çalışaraq daha çox nəzəri biliklər və diplomlar əldə etmək məqsədilə peşə təhsilinə üz tuturlar. Bir qismi isə yeni bir sahə üzrə işləmək və özlərini sınamaq məqsədilə peşə təhsilini seçir. Bəziləri isə ali təhsildə olduğu sahədə özlərini görmədikləri üçün bu qərarı verirlər.

Hazırda ali təhsilli şəxslər əsasən sənaye istiqamətlərinə yönəlirlər. Məsələn, qaynaqçı, avtomobil ustası, turizm və xidmət sahələri üzrə müraciət edənlərin sayı əhəmiyyətli dərəcədə çoxdur.

-Regionlarda peşə təhsilinin inkişafını daha da gücləndirmək üçün hansı işlər görülür?

-Peşə təhsili ilə bağlı təhlillər aparmışıq və görürük ki, regionlarda hədəf kütləmizə tam xitab edə bilmirik. Ölkənin müxtəlif regionlarında daha çox vətəndaş peşə təhsili almaq istəyir, amma onlara çatmaqda çətinliklər yaşanır. Bir çox rayonlarda peşə təhsili hədəf kütləmizin 10 faizini cəlb edilə bilmir. Bu vəziyyətin səbəblərindən biri peşə təhsilinin infrastrukturu ilə əlaqəlidir; mövcud şərait regionlarda daha çox vətəndaşı cəlb etmək üçün kifayət etmir.

Bu səbəbdən növbəti illərdə yeni infrastrukturla bağlı hədəflərimiz var. Ümid edirik ki, yeni müəssisələr tikildikcə regionlardan daha çox vətəndaş peşə təhsilinə müraciət edəcək. Məsələn, Abşeron, Dağlıq Şirvan, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan iqtisadi rayonlarında hələ də peşə təhsili verə biləcək müəssisələrin sayı azdır. Bu bölgələrdə müraciət sayına nəzər salsaq, bu sahədə ciddi çatışmazlıqlar var. Buna görə növbəti illərdə bu infrastrukturun genişləndirilməsi məqsədilə yeni peşə təhsili müəssisələrinin tikintisi nəzərdə tutulur.

Hazırda Qubada yeni bir təhsil müəssisəsi tikilir. Füzuli, Qax, Tovuz və Quba şəhərlərində peşə təhsili müəssisələrinin 2026-cı ilin sonuna başa çatması gözlənilir.

2024-cü ildə 10-dan çox peşə təhsili müəssisəsini əsaslı təmir etdik. Neftçala və Tərtərdəki peşə təhsili müəssisələrinin tikintisi isə ötən il tamamlanıb. Bu inkişaflar göstərir ki, peşə təhsili müəssisələrinin sayı artdıqca və maddi-texniki baza gücləndikcə regionlardan daha çox vətəndaş peşə təhsilinə müraciət edir. Lakin əsas məsələ maarifləndirmədir. Peşə təhsili ilə bağlı daha çox vətəndaşa məlumat verərək, onların peşə təhsilinin verdiyi imkanlardan yararlanmasına şərait yaratmalıyıq.

Valideynlərin “Övladım ali təhsilə getsin, marağı olmasa da, universitetə qəbul olsun” yanaşması ilə mübarizə aparmalıyıq. Onların bu yanaşmanın səhv olduğunu başa düşmələri vacibdir.

Dual təhsil regionlarda da genişləndirilməlidir. Yaxşı nümunə kimi Qəbələ və Lənkəranı göstərmək olar. Bu bölgələrdə turizm sektoru ilə yaxından işləyirik. Tələbələr birinci aydan başlayaraq 3 gün peşə təhsili müəssisəsinə, 2 gün isə iş yerində olurlar. Bu proses dual təhsil bitənədək belə davam edir. Beləliklə, onlar həm iş mühiti ilə tanış olmaq, həm də işəgötürənlər ilə əlaqə qurmaq imkanı qazanırlar. Eyni zamanda, işəgötürənlərə də kadr potensialını daha tez formalaşdırmaq imkanı yaradır. Dual təhsil proqramlarında iştirak edən tələbələrin işə yerləşmə faizi daha yüksəkdir. Əgər ölkə üzrə peşə təhsilində işəgötürmə faizi 50 faizdirsə, dual təhsildə bu göstərici 70 faizə yaxındır.

Peşə yönümü və maarifləndirmə fəaliyyətlərinə xüsusi önəm veririk. Ötən il “Bir peşənin sirri” festivalını Cəlilabad və Qəbələdə keçirdik. Bu il də regionlarda oxşar tədbirlərin keçirilməsi planlaşdırılır.

-İşğaldan azad olunmuş ərazilərdəki peşə təhsili müəssisələrinin digərlərindən fərqi nə olacaq? Orada peşə təhsilinə marağı artırmaq üçün nəyi planlaşdırırsınız?

-İşğaldan azad olunmuş ərazilərdə bir sıra layihələrimizin icrası gedir. Məsələn, Füzulidə peşə təhsili mərkəzinin tikintisi davam edir. Bu mərkəz təxminən 850 yerlik olacaq və çox müasir yataqxanası, geniş emalatxanaları ilə fərqlənəcək. Eyni zamanda, Şuşada bu il peşə təhsili müəssisəsinin əsaslı təmirinə başlanması planlaşdırılır. Burada şəhərin və ətraf ərazilərin inkişafı ilə əlaqədar ixtisaslar üzrə tədris olacaq.

Ağdam, Qubadlı və Zəngilan bölgələrində də peşə təhsili müəssisələrinin layihələndirilməsi işləri davam edir. Ümumilikdə bu regionların uzunmüddətli sosial və iqtisadi inkişafını dəstəkləyən peşə təhsili təşkili planlaşdırılır. Prezidentin tapşırığına əsasən, bu regionlar yaşıl iqtisadi zona kimi dəyərləndirilir və burada günəş enerjisinin istehsalı ilə bağlı konkret hədəflər müəyyən edilib. Bu istiqamətdə bir neçə layihə artıq bitmək üzrədir və biz bu sahədə tədris proqramları təqdim edirik.

Həmçinin yeni innovativ texnologiyaların tətbiqi nəzərdə tutulur. Bu ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” konseptləri icra olunur və kənd təsərrüfatı ilə bağlı dronların istifadəsi planlaşdırılır. Buna uyğun olaraq, dronların təmiri və istismarı üzrə emalatxanalar və tədris proqramlarının açılması planlaşdırılır. IT sahəsində də ciddi təhsil proqramları veriləcək.

Şuşadakı peşə təhsili müəssisəsində isə ölkə üzrə ilk dəfə musiqi alətlərinin təmiri, bədii tikmə ustası, daş memarlıq abidələrinin bərpası kimi unikal ixtisaslar tədris ediləcək. Bu istiqamətlərdə emalatxanaların yaradılması ilə bağlı tapşırıqlar artıq verilib.

İşğaldan azad olunmuş ərazilərdə yeni şəhər salınması ilə əlaqədar tikinti sahəsində də böyük bir işçi qüvvəsinə ehtiyac olacaq. Bu baxımdan işəgötürənlərlə əməkdaşlıq edərək, növbəti 5-10 il ərzində yaranacaq ehtiyaclara uyğun tədris proqramları hazırlamağı planlaşdırırıq. Həm tikinti, həm də xidmət sahələrində olan ehtiyacları nəzərə alaraq bu sahədə tədris proqramlarını formalaşdıracağıq.

Əsas məqsədimiz Qarabağın yenidən qurulan iqtisadiyyatına xidmət etmək və regionun coğrafiyasına, mədəniyyətinə uyğun peşə təhsilini təşkil etməkdir. Burada müasir tələbəyönümlü və inkişafyönümlü təhsil müəssisələri yaradılacaq.

-Peşə təhsilində qadın-kişi faiz nisbəti necədir?

-Qadınlarda peşə təhsilinə marağı artırmaq hədəflərimizdən biridir. 2024-2025-ci tədris ilində qəbul olan tələbələrin 37 faizi xanımlar olub. Bu tendensiya dünyanın qabaqcıl ölkələrində də müşahidə edilir.

Qadınların bu gün peşə təhsilinə daha az gəlməsinin səbəblərindən biri xüsusən rayonlarda ixtisasların çoxunun ənənəvi olmasıdır. Peşə təhsili deyəndə insanların ağlına ilk gələn ixtisaslar santexnik, avtomobil təmiri, tikinti kimi sahələrdir ki, bunlar da adətən kişilər tərəfindən daha çox seçilir. Lakin IT sahəsində, xüsusən interyer dizaynı və qrafik dizayn kimi ixtisaslarda, qadınların sayı kişilərlə bərabər, bəzən isə daha çox olur.

Aşpazlıq və digər xidmət sahələrində qadın və kişi sayı arasında demək olar ki, eyni nisbət var. Lakin qaynaqçı, avtomobil təmiri kimi ixtisaslarda qadınların sayı çox azdır. Növbəti ildə qadınların peşə təhsilində iştirakının faizini 40 faizə çatdırmağı hədəfləyirik.

-Peşə təhsili alan ən yaşlı və ən gənc tələbinin neçə yaşı var?

-Ən gənc tələbəmiz 14 yaşındadır. Ən yaşlı tələbəmiz isə 70 yaşındadır və o, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində arıçılıq ixtisası üzrə təhsil alır. Bu, yaşlıların da peşə təhsilinə maraq göstərdiyini və ömür boyu təhsil konsepsiyasını dəstəkləyən bir nümunədir. Bundan sonra da yaşlıların peşə təhsilinə gəlməsinə maraqlıyıq.

Yaşlılar peşə təhsilinə gəlməkdə maraqlıdırlar. Hamı elə bilir ki, peşə təhsilinə yalnız gənclər gəlir, amma elə deyil.

Statistikaya əsasən, tələbələrin təqribən 55 faizi 14-17 yaş arasında olan yeniyetmələrdir, 28 faizi 18-29 yaş arasında olan gənclərdir və 17 faizi isə 30 yaşdan yuxarı olan şəxslərdir. Ötən ilki qəbulda 25 min nəfər tələbə qəbul edilib, bunlardan təqribən 3 min nəfəri 30 yaşdan yuxarı olanlardır. Bu yaş qrupunun çoxu başqa sahələrdə çalışıb, amma indi dövlət nümunəli sənəd əldə etmək istəyir və ya bilik və bacarıqlarını genişləndirmək istəyir.

-Peşə təhsilində tədris olunan hansı ixtisaslara tələbat azdır? Onları hansı ixtisaslarla əvəzləməyi düşünürsünüz?

-Bu suala dəqiq cavab vermək çətindir, çünki tələbat zamanla dəyişir. Lakin bəzi ixtisaslara maraq azalmaqdadır. Məsələn, sənətkarlıq, misgərlik, dülgərlik, zərgərlik, xalçaçılıq kimi sahələrə maraq getdikcə azalır. Müasir gənclər bu ixtisaslarda təhsil almağa meyilli deyillər. Buna baxmayaraq, biz bu ixtisasları təsnifatdan çıxarmırıq və hələ də tələbə qəbulunu elan edirik, çünki missiyamız milli sənətkarlığımızı, tarixi adət-ənənələrimizi qoruyub gələcək nəsillərə çatdırmaqdır.

Tələbat olan ixtisaslar isə tez-tez dəyişir. Məsələn, xidmət sektorunda satışla bağlı ixtisaslara maraq azalsa da, ümumilikdə satış işinə ehtiyacın böyük olduğunu düşünürük. Bəlkə də, bu sahədəki kommunikasiyanı dəyişmək lazımdır. İnsanlar bəzən satışı yalnız mağazada satıcı kimi başa düşürlər. Buna görə də biz satışla bağlı ixtisasların yeni formatda təqdim edilməsini planlaşdırırıq.

Tikinti sahəsində də bəzi ixtisaslar, məsələn, quru inşaat və bənnalığa tələbat azalıb. Bu sahələrdə ehtiyac çox olsa da, vətəndaşlar bəzən bu istiqamətə müraciət etmirlər. Biz tikinti sektorunda çalışan işəgötürənlərlə bir araya gələrək bu sahədəki ehtiyacları və problemləri müzakirə etməyə çalışırıq. Bu, əmək bazarının ehtiyaclarına uyğun tədris proqramlarını təkmilləşdirmək üçün vacibdir.

IT sahəsinə maraq çoxdur, çünki gənclər başa düşürlər ki, bu sahədə bilik və bacarıqları tez əldə edib tətbiq etmək mümkündür. Bu səbəbdən IT ixtisaslarına maraq artmaqdadır. Digər tərəfdən, əməliyyatçı-mühasib ixtisası getdikcə sıradan çıxır və yerinə daha yüksək texniki peşə təhsili səviyyəsində mühasibat uçotu ixtisasları ilə əlaqəli proqramlar təklif olunur. Peşə təhsilində bu ixtisasların daha sürətli öyrənilməsi və əmək bazarına tez daxil olmaq mümkündür ki, bu da daha çox tələbə cəlb edir.

-Bəs aktuallığını heç itirməyən ixtisaslar hansılardır?

-Bəli, belə ixtisaslar var və onlara daim ehtiyac olacaq. Məsələn, avtomobillərə texniki xidmət sahəsi üzrə ixtisaslara hər il müraciət artır. Bu, avtomobillərin sayının artması, hibrid və elektroavtomobillərə olan tələbin yüksəlməsi ilə bağlıdır. Artıq bu yeni növ avtomobillərin təmiri üçün xüsusi bacarıqlar və səriştələr tələb olunur.

Bundan başqa, turizm və xidmət sahəsi də davamlı inkişafda olduğu üçün bu istiqamətdəki ixtisaslara təlabat yüksəkdir. Məsələn, aşpazlıq, mehmanxana menecmenti və digər xidmət sahələri üzrə ixtisaslar çox maraq görür.

IT sahəsi də aktuallığını itirməyib. Kompüterlərə texniki xidmət, qrafik dizaynerlik, kibertəhlükəsizlik və interyer dizaynı kimi ixtisaslar da getdikcə daha çox tələb olunur. Bu sahələr inkişaf mərhələsində olduğu üçün yeniliklərə və təcrübəyə açıqdır.

Bu ixtisasların üstünlüyü ondan ibarətdir ki, peşə təhsili ali təhsildən fərqli olaraq daha qısamüddətli proqramlar təqdim edir. Bu da vətəndaşların əmək bazarına daha sürətli daxil olmasını təmin edir, çünki onlar qısa müddətdə praktiki biliklər əldə edərək işə başlaya bilirlər.

-Avtomobil ustası ixtisasına toxundunuz. Hibrid avtomobillərin sayı artır. Bu istiqamət üzrə yenilik olaraq hansı işi görürsünüz?

-Hibrid avtomobillərin sayının artması ilə əlaqədar olaraq avtomobil ustası ixtisasında da yeniliklər var. İki ildir ki, hibrid avtomobillərin təmiri üzrə proqramlar təqdim edilir. Bu proqramlar alman mütəxəssislərlə birgə hazırlanıb və artıq elektrik və hibrid avtomobillərin təmiri üzrə ixtisas əmək bazarına təqdim olunub.

Bu ixtisaslar Sənaye və İnnovasiya üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi və Sumqayıt Peşə Təhsili Mərkəzi kimi müəssisələrdə tədris olunur və maraq getdikcə artır. Digər peşə təhsili müəssisələrində də elektrik avtomobillərinin təmiri üzrə tədris proqramları hazırlanır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV

Bəyim Mənəfova: Yeni Azərbaycan Partiyası şəhid ailələrinə hər zaman xüsusi diqqət göstərib

Bənzərsiz musiqi, unudulmaz sənət: Cahangir Cahangirovun 105 illiyi konsertlə qeyd olunacaq

Sentyabrda dövlət sərhədini pоzduqlarına görə 20 nəfər saxlanılıb

® Təhsil işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndidə və Xocalıda olub

Azərbaycanın Baş prokuroru ŞƏT-ə üzv dövlətlərin Baş prokurorlarının 24-cü iclasında iştirak edib

Yeni Azərbaycan Partiyasının fəaliyyəti qənaətbəxş hesab edilib

Elman Cəfərli: Muxtar respublikada qarşıdakı illərdə sosial-iqtisadi inkişaf daha da sürətlənəcək

Ötən ay BŞTİ-yə 20 minə yaxın müraciət daxil olub

Xəzər Universiteti “ADEX 2026” sərgisində iki mühəndislik layihəsi ilə təmsil olunub

Məhkumun həbs olunmamışdan əvvəl torpağa basdırdığı silah-sursat aşkar edilib – BİRGƏ ƏMƏLİYYAT

Davud Rüstəmov: Müdafiə sektorunda yüksək qalıcılığa malik APT hücumları ilə qarşılaşırıq

COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Dövlət Agentliyində istehsalat təcrübəsi keçən tələbələrə sertifikatlar təqdim edilib

Leysan olacaq, güclü külək əsəcək, bəzi dağlıq ərazilərə qar yağacaq

“Murovdağ” yeni səfərə başlayıb: Növbəti istiqamət Braziliyadır

ADPU-da insan alveri ilə mübarizəyə aid seminar təşkil olunub

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Buz baltası, dodaq boyası, zəhərli çətir... Beynəlxalq Casusluq Muzeyindən REPORTAJ VİDEO

Azərbaycanın 4 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Sabirabad avtomobil yolunun əsaslı təmiri davam etdirilir

AMEA-da doktorantura tədqiqatlarında fənlərarası və multidisiplinar yanaşmaya üstünlük veriləcək

Ankarada iş adamlarına Azərbaycanın investisiya imkanları təqdim olunub

Bəxtiyar İslamov: Azərbaycan gəncliyi öz potensialını reallaşdırmaq üçün geniş imkanlara malikdir

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Baş direktor: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşır VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Ərqazan məbədi

AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub

BMT-nin Ali Komissarı: Qadınlar münaqişələrin qarşısını almaq və davamlı sülh yaratmaq səylərinin mərkəzində olmalıdırlar

Musa Quliyev: Bu gün qarşımızda daha böyük vəzifələr dayanır

Professor: Albaniyanın sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində mühüm tədqiqatlar aparılıb

Tehran hava limanında uçuşların sayı 42 faiz azalıb

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib VİDEO

Arif Rəhimzadə: YAP-ın ideoloji əsasını milli dəyərlər və dövlətçilik prinsipləri təşkil edir

Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb

Fərhad Quliyev: Qafqaz Albaniyasının maddi-mədəni irsi tədqiq edilir

Ukraynalı uşaqların Qəbələnin tarixi məkanlarına ekskursiyası təşkil olunub

Afrika İttifaqı Komissiyası Efiopiya, Eritreya və Misir arasındakı gərginliklə bağlı narahatlığını bildirib

Lucy Chou: İnvestorların təsisçilərdə axtardığı əsas xüsusiyyətlər dəyişməz olaraq qalır

İcraçı direktor: Kibertəhlükəsizlik sektorunda fəaliyyət göstərən şirkətlər güzəştlər əldə ediblər

Kimya İnstitutu qarşıdakı dövr üçün yeni strateji hədəflər müəyyənləşdirib

UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub

Azərbaycan ombudsmanı ENOC-un illik konfransında uşaq hüquqları üzrə təşəbbüslərdən danışıb

Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər

Rusiyanın regionlarına hücumlar nəticəsində bir nəfər ölüb, səkkiz yaralı var

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Qaxda külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan üçtərəfli əməkdaşlıq formatı regional sabitlik üçün mühüm platformadır VİDEO

Bu saata olan əsas xəbərlər

AMEA rəhbəri: Qafqaz Albaniyasına dair tədqiqatların yeni mərhələsi başlanıb

Vətən müharibəsinin xronikası: 2 oktyabr

ADEX Azərbaycanın müdafiə sənayesində əldə etdiyi imkanların nümayişi üçün mühüm platformadır ŞƏRH