Peşə təhsilində plan yerlərinin sayı artıb
Bakı, 21 iyul, AZƏRTAC
Son 5 ildə peşə təhsilinə maraq 71.5 faiz artıb.
AZƏRTAC xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, 2025/2026-cı tədris ili üçün ümumi qəbul planı 32 min 620 yer nəzərdə tutulub: “Plan yerlərinin 75 faizi dövlət sifarişli, 25 faizi isə ödənişli əsaslarladır. Dövlət sifarişli yerlər əvvəlki illərlə müqayisədə artaraq 24 min 280-ə çatıb. Ümumilikdə qəbul yerlərinin 60 faizi regionlar üçün nəzərdə tutulub.
Qadınların peşə təhsilində iştirakı 2021-ci ildə 29.6 faizdən 2025-ci ildə 40 faizə yüksəlib. Bir sıra mərkəzlərdə ilk dəfə qadın məzunların sayı 50 faizə çatıb. Məsələn, Lənkəran buna nümunədir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
- 05.06.2026 [16:14]
BMU və YAP-ın təşkilatçılığı ilə Şuşada “Yay məktəbi” təşkil olunub
- 05.06.2026 [15:45]