PLASTİK KARTLARLA HESABLAŞMALARIN ÜSTÜNLÜYÜ ÇOXDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu münasibətlə universitetdə keçirilən yığıncaqda təhsil naziri Misir Mərdanov təhsil sistemində tətbiq ediləcək hesablaşmaların müasir forması olan plastik kartlarla ödəmələrin üstünlükləri barədə məlumat vermişdir. O demişdir ki, yaxın vaxtlarda Bakı şəhərində yerləşən və dövlət büdcəsindən maliyyələşən təhsil ocaqları plastik kartlarla hesablaşma sisteminə keçəcəkdir. Nazir Texniki Universitetin də bu sistemdən bəhrələnmək istəyini yüksək qiymətləndirmişdir.
Tədbirdə iştirak edən Beynəlxalq Bankın nümayəndəsi bildirmişdir ki, plastik kartlarla hesablaşma hər bir kəsin əlavə qayğılardan qurtarmasına, ən başlıcası vaxta qənaət etməsinə imkan yaradacaqdır.
Sonra elektron tabloda bu qaydalar əyani şəkildə yığıncaq iştirakçılarına izah olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]