POÇTUN TƏNZİMLƏNMƏSİ ÜZRƏ AVROPA KOMİTƏSİNİN NÖVBƏTİ TOPLANTISINDA AZƏRBAYCAN TƏMSİL OLUNACAQDIR
Mayın 14-dən 16-dək Latviyanın paytaxtı Riqada Poçtun Tənzimlənməsi üzrə Avropa Komitəsinin (CERP) növbəti toplantısı keçiriləcəkdir. Toplantıda Azərbaycanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndəsi Nasir Həmidov təmsil edəcəkdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, toplantıda Dünya Poçt İttifaqının (DPİ) qarşıdan gələn növbəti 24-cü konqresi ilə bağlı təkliflər veriləcək, tədbirdə qəbul olunacaq Dünya Poçt Strategiyası layihəsinin yekun variantı nəzərdən keçiriləcək, bir sıra digər məsələlər müzakirə olunacaqdır. Tədbirdə CERP təşkilatına növbəti 3 illik dövr üçün sədr, müavinlər və yeni üzvlər seçiləcəkdir.
Qeyd edək ki, seçkilərlə əlaqədar CERP-in Bakıda keçirilmiş sonuncu toplantısında müvafiq seçki komissiyası yaradılmışdır. 3 nəfərdən ibarət komissiya üzvləri sırasına Azərbaycan nümayəndəsi də daxil edilmişdir.
Azərbaycan 2001-ci ilin yanvarından CERP-in üzvüdür. Qeyd edək ki, CERP Poçt və Rabitə Administrasiyaları Avropa Konfransının (CEPT) üç komitəsindən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]