Polimer Materialları İnstitutunun fəaliyyəti xüsusi karantin rejiminin tələblərinə uyğun bərpa olunub
Bakı, 13 may, AZƏRTAC
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar AMEA əməkdaşlarının işə davamiyyətinin tənzimlənməsi haqqında” 2020-ci il 4 may tarixli sərəncamına əsasən Polimer Materialları İnstitutunda işçilərin fəaliyyəti qismən bərpa olunub. Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.
Bildirilib ki, müəssisənin fəaliyyətinin təmin edilməsi üçün yaşı 65-dən aşağı, gündəlik işə çıxmaları vacib olan əməkdaşların sayı (ümumi sayı 30 faizdən çox olmaq şərtilə) müəyyənləşdirilib və adları “icaze.e-gov.az” portalına yerləşdirilib.
Xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq elmi müəssisənin binasında dezinfeksiya işləri aparılıb və işə çıxan əməkdaşlar qoruyucu maska, spirt və digər vasitələrlə təmin ediliblər.