“Poliqon” strateji intellekt oyununda “Əlincə” komandası qalib gəlib
Naxçıvan, 24 dekabr, AZƏRTAC
Heydər Əliyev adına Hərbi Liseydə Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar kursantlar arasında “Poliqon” strateji intellekt oyunu təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, 16 komandanın iştirak etdiyi yarışda ən çox xal toplayan “Əlincə” komandası qalib adını qazanıb. Sonrakı iki pillədə “Qartal” və “Uğur” komandaları qərarlaşıblar.
Qalib komandalara mükafatlar təqdim olunub.
Yarış Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Əlahiddə Ümumqoşun Ordunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:17]
Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub
- 15.06.2026 [16:12]
Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır
- 15.06.2026 [14:27]
Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO
- 15.06.2026 [12:18]
Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub
- 15.06.2026 [12:09]
Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO
- 15.06.2026 [10:36]
Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
- 15.06.2026 [10:00]
Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb VİDEO
- 14.06.2026 [23:41]