Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müasir dövrdə polisin ən böyük üstünlüyü cəmiyyətin ona olan etimadıdır - ŞƏRH

Müasir dövrdə polisin ən böyük üstünlüyü cəmiyyətin ona olan etimadıdır -  ŞƏRH

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan polisinin 108 illik tarixini təkcə bir hüquq-mühafizə orqanının yubileyi kimi qiymətləndirmək doğru olmaz. Bu tarix, əslində, Azərbaycan dövlətçiliyinin keçdiyi yolun bir hissəsidir.

Bunu AZƏRTAC-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib.

“Müstəqilliyimizin ilk illərini xatırlayaq. Dövlət institutlarının ciddi sınaqlarla üzləşdiyi, cinayətkarlığın artdığı, ictimai təhlükəsizliyin ciddi risk altında olduğu bir dövrdən keçmişik. Məhz həmin şəraitdə Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dövlət quruculuğu siyasəti hüquq-mühafizə sisteminin də yenidən formalaşmasına imkan verdi. Polis orqanlarında qanunçuluğun, intizamın və peşəkarlığın möhkəmləndirilməsi həmin siyasətin mühüm tərkib hissəsi idi. Sonrakı mərhələdə Prezident İlham Əliyev bu siyasəti yeni dövrün çağırışlarına uyğun davam etdirdi. Artıq söhbət təkcə cinayətlərin açılmasından getmirdi. Söhbət müasir texnologiyaların tətbiqindən, rəqəmsal idarəetmədən, kibercinayətkarlıqla mübarizədən, polis əməkdaşlarının sosial təminatının gücləndirilməsindən və vətəndaş məmnunluğunun artırılmasından gedirdi”, - deyə o vurğulayıb.

Əliməmməd Nuriyev Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri kimi müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər keçirdiyini diqqətə çatdırıb: “Açığını deyim ki, son illər bir tendensiyanı daha aydın görürəm. İnsanlar polisə əvvəlki kimi yalnız cinayət baş verəndən sonra müraciət etmirlər. Onlar təhlükəsizliklə bağlı narahatlıqlarını bölüşür, hüquqi məsləhət istəyir, kiberdələduzluq, məişət zorakılığı, narkotik təhlükəsi ilə bağlı müraciət edirlər. Bu isə onu göstərir ki, polisin cəmiyyətdə rolu da, ondan gözləntilər də dəyişib. Mənim qənaətim belədir ki, 108 ilin ən böyük nəticəsi ondan ibarətdir ki, Azərbaycan polisi klassik hüquq-mühafizə modelindən çıxaraq müasir təhlükəsizlik institutuna çevrilmək istiqamətində ardıcıl inkişaf edir”.

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri ötən müddətdə polis sistemində əldə olunan mühüm islahatlara da toxunub. “Mən islahatları sadalamaqdan daha çox onların mahiyyətinə diqqət yetirərdim. Ən mühüm dəyişiklik düşüncə tərzində baş verib. Bu gün polis təkcə qanunu tətbiq edən orqan deyil, həm də vətəndaşa xidmət göstərən dövlət institutudur. Bu yanaşma təsadüfi yaranmayıb. Onun arxasında uzun illər aparılan institusional islahatlar dayanır. Əlbəttə, qanunvericilik bazası təkmilləşdirilib, texniki imkanlar genişlənib, rəqəmsal texnologiyalar tətbiq olunub. Amma fikrimcə, ən böyük yenilik xidmət fəlsəfəsinin dəyişməsidir. Bu gün patrul xidməti də, kibercinayətkarlıqla mübarizə aparan əməkdaş da, istintaqçı da bilməlidir ki, onun fəaliyyəti vətəndaşın dövlət haqqında formalaşdırdığı təsəvvürə birbaşa təsir göstərir. İctimai Şurada fəaliyyətimiz zamanı bunun praktiki nəticələrini də görürük. Elə müraciətlər olur ki, məsələ hüquqi baxımdan mürəkkəb deyil. Sadəcə vətəndaş dinlənilmək, ona obyektiv münasibət göstərilməsini istəyir. Bu münasibət formalaşanda həm narazılıq azalır, həm də dövlətə inam güclənir. Ona görə hesab edirəm ki, polis sistemində ən uğurlu islahat məhz peşəkarlığın, müasir idarəetmənin və vətəndaşyönümlü yanaşmanın paralel inkişaf etməsidir”, - deyə Əliməmməd Nuriyev qeyd edib.

Əliməmməd Nuriyev müasir dövrdə polisin qarşısında duran əsas çağırışlara da diqqətə çəkib: “Burada bir məqamı qarışdırmaq olmaz. Əvvəllər cinayət daha çox küçədə törədilirdi. Bu gün isə mobil telefonda, kompüterdə, sosial şəbəkədə də törədilir. Kiberdələduzluq, şəxsi məlumatların oğurlanması, süni intellekt texnologiyalarından istifadə etməklə törədilən cinayətlər artıq bütün dünyada hüquq-mühafizə orqanlarının əsas gündəlik məsələlərindən biridir. Azərbaycan da bu proseslərdən kənarda deyil. Digər ciddi problem narkotik vasitələrin qanunsuz dövriyyəsidir. 2025-ci ilin statistikası göstərir ki, ölkədə qeydə alınan cinayətlərin təxminən dörddəbiri bu sahə ilə bağlı olub. Bu rəqəm problemin miqyasını göstərməklə yanaşı, polis əməkdaşlarının üzərinə düşən yükü də göstərir. Amma hesab edirəm ki, təhlükəsizlik yalnız polisin işi deyil, bu, cəmiyyətin ortaq məsuliyyətidir. Ailə də, məktəb də, media da, vətəndaş cəmiyyəti də bu prosesdə iştirak etməlidir. Polis bu mübarizənin ön xəttindədir, amma tək deyil. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Müasir dövrdə polisin ən böyük üstünlüyü onun səlahiyyətləri yox, cəmiyyətin ona olan etimadıdır. Etimad olmayan yerdə ən müasir texnologiya da gözlənilən nəticəni verməyəcək. Fikrimcə, qarşıdakı illərin əsas vəzifəsi də məhz budur: peşəkar, texnoloji imkanları güclü, qanuna söykənən və cəmiyyətlə etimada əsaslanan polis modelini daha da inkişaf etdirmək. Hesab edirəm ki, son illər həyata keçirilən islahatlar da məhz bu strateji məqsədə xidmət edir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Donald Tramp ABŞ-ni Avropadakı iğtişaşlarla bağlı "oyanmağa" çağırıb

Almaniyada qarşıdurmalar baş verib, yaralananlar və saxlanılanlar var – YENİLƏNİB

Niyə “O”? – Rəssamla görüş

İranda zəlzələ olub

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi olub

Böyük Britaniyanın Baş naziri kölə ticarətinə görə üzr istənilməsini istisna etməyib

Fransada saxlanılan nümayişçilərin sayı 511-ə çatıb – YENİLƏNİB 2

“Bavariya” – “Borussiya Dortmund” qarşılaşmasında qalib müəyyənləşməyib

Azərbaycanın cüdo millisi U-23 Avropa çempionatında komanda hesabında birinci olub

Dakar-2026: Cüdoçumuzun ilk rəqibi müəyyənləşib

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Dakar-2026: Üzgüçümüzün çıxış edəcəyi 800 metr məsafəyə yarış ləğv olunub

Kir Starmer: Avropa müdafiə sahəsində ABŞ-dən asılılığını azaltmalıdır

Rusiya FTX Moskvada terror aktı hazırlığı barədə məlumat alıb

Azərbaycan cüdoçuları Asiya Kubokunda 5 medal qazanıblar

Türkiyə və Ukrayna prezidentləri regionun təhlükəsizliyinin əhəmiyyətini vurğulayıblar

“Startup School 4” proqramının qalibləri müəyyənləşib: “Hogga” birinci yeri tutub

Zelenski: Ərdoğanla görüşdə Qara dənizdə təhlükəsiz naviqasiya və “Taxıl Dəhlizi” müzakirə olunub

Lənkəranda özünü hüquq-mühafizə orqanının əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Azərbaycan millisi “Böyük Dəbilqə” turnirində komanda hesabında birinci olub

Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır

Arseni Cioyev: Finalda səhvə yol verdim və rəqibimin hücumunu buraxdım

Bu saata olan əsas xəbərlər

Azərbaycan Premyer Liqası: "Qəbələ" – "Qarabağ" görüşü qolsuz heç-heçə ilə yekunlaşıb

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Bürünc medalçı: Gələcəkdə qızıl medal qazanmaq üçün çalışacağam

“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal əldə edib

Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb

Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb

Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür

İKTA sentyabr üçün regionlar üzrə internet sürətini açıqlayıb

İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb

Tramp Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı razılaşmaya yaxın olduqlarını bildirib

İran müharibə ehtimalını istisna etmir

İran XİN rəhbəri ABŞ ilə münaqişənin nizamlanması üçün şərtləri açıqlayıb

Ukrayna Prezidenti İstanbulda səfərdədir

Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya çempionatında bürünc medal qazanıb

Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır

Ukrayna Rostov vilayətində raket yanacağı istehsal edən müəssisəni vurub

“Al Arabiya”: İran ABŞ-nin təkliflərini müzakirə etmək üçün Qətərə nümayəndə heyəti göndərib

Azərbaycan İslam həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir ŞƏRH

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Silahdaşlarının yolunu açmaq üçün canından keçdi VİDEO

Azərbaycan Premyer Liqası: “Araz-Naxçıvan” - “Zirə” oyununda qalib müəyyənləşməyib

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” başlayıb VİDEO

Azərbaycan Feridun Sinirlioğlunun BMT Baş katibliyinə namizədliyini alqışlayır

Seul, Vaşinqton və Tokio Şimali Koreyanın tam nüvəsizləşdirilməsini tələb edir

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq

Siyasi şərhçi: Milli suverenliyin qorunması güclü dövlətçiliyin əsas şərtidir

Əsrə bərabər 35 il

Sabah rayonlarda hava əsasən yağmursuz olacaq

Kamran Musayev: Ötən bir ildə 4 xəstəyə ürək transplantasiyası əməliyyatı icra etmişik

Yeganə Abbasova: Bu günə qədər 85 meyit donordan orqan köçürülüb

Azərbaycanda “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir

Qərbi Azərbaycandan olan Nəcəfovlar ailəsinin evliliklərinin 50 illiyi qeyd olunub

Pedaqoji Universitet NASCO29-da təmsil olunub

Fransada ötən il 927 evsiz insan həyatını itirib, onlardan 20-si uşaqdır

Azərbaycanın iki güləşçisi dünya çempionatında yarımfinal görüşünə çıxacaq

Zelenski Kiyevdə və Dneprdə enerji böhranından danışıb

Arsen Venger: FIFA U-15 hamı tərəfindən sevilib və hər kəs onun yenidən keçirilməsini istəyir

NDU ilə ADNSU arasında əməkdaşlıq memorandumu imzalanıb

İnfantino: Bakıda keçirilən U-15 dünya çempionatı və festivalı FIFA-nın son 120 ildə həyata keçirdiyi ən uğurlu layihədir

Fransada 31 oktyabr etirazları: CGT nümayişçiləri Parisdə icazə verilən marşruta qoşulmağa çağırır

Yaxın vaxtlarda Moskva-Bakı marşrutu üzrə kruiz gəmisinin istifadəyə verilməsi planlaşdırılır

Türk Xəbər Agentlikləri Alyansının fotomüsabiqəsinin qalibləri müəyyənləşib

Botanika İnstitutu Qarabağ florasının elmi tədqiqi və rəqəmsallaşdırılması istiqamətində araşdırmalar aparıb

Nadir Zeynalov: Transplantasiya multiinstitusional yanaşma tələb edir

Milli Məclisin komitə sədri: Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisində artım müşahidə olunur

Kamran Musayev: Hazırda 50-dən çox xəstə ürək transplantasiyası üçün gözləyir

Hazırda Azərbaycanda 1500-dən çox xəstə orqan gözləyir

Parisdə 31 oktyabr aksiyasının marşrutu dəyişdirilib: Dövlət Şurası polis prefekturasının qərarını qüvvədə saxlayıb

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib VİDEO

Kiyevdə əhaliyə ağır elektrik kəsintiləri qrafiki tətbiq edilir

İğdırda Azərbaycanın Vətən müharibəsindəki Zəfər Günü qeyd olunacaq

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

2030-cu ilədək Azərbaycanda butik şərabçılıq müəssisələrinin sayı 4 dəfə artırılacaq VİDEO

Qazaxıstan sərhədçiləri bu ay Xəzərdə 126 qanun pozucusunu və 44 kiçikölçülü gəmini saxlayıblar

Domen Krapej: Azərbaycan mədəniyyət və rəqs dünyası ilə tanış olmaq üçün gözəl ölkədir

“Qələmdən – notlara: uşaq mahnıları” adlı konsert

Əhliman Əmiraslanov: Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Noyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Sabahdan Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır VİDEO

Azərbaycan Premyer Liqası: “Qəbələ” bu gün “Qarabağ”ı qəbul edəcək

ABŞ-də qazma qurğularının sayı artıb

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Stokholmda Zəfər Gününə həsr edilmiş konsert keçirilib VİDEO

Rezidentlik sertifikatı necə alınır?

Ali Məhkəmənin Plenumunda bir sıra qərarlar qəbul olunub

Rəssam Anar Şəmsi “Barama” əsərində sığınacaq, yaddaş və irs anlayışlarını əks etdirib

AFFA futbol klubları ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Qarabağ Dirçəliş Fondu QHT-lər üçün qrant müsabiqələrinə dair infosessiyada iştirak edib

“Konsul leqallaşdırılması informasiya sistemi”nin yaradılması üzrə texniki işlərin 85 faizi tamamlanıb

Müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib

Azərbaycançılıq ideyası milli birliyimizin və dövlətçiliyimizin əsasını təşkil edir - ŞƏRH

Mir Azər Abdullayev: “Yenidən bax” əsərim insanı təbiətə və ətraf aləmə yenidən nəzər salmağa çağırır

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 31 oktyabr

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

Rəşad Ələkbərov: Festival müasir incəsənətin müxtəlif istiqamətlərini bir araya gətirir

Vinita Aqraval: “Baku Art Weekend” Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq üçün geniş imkanlar yaradır