Polşalı idmançı Baltik dənizini üzərək keçib
Varşava, 30 avqust, AZƏRTAC
Polyak üzgüçü Sebastyan Karas bir ilkə imza atıb: o, tarixdə ilk dəfə Baltik dənizini üzərək keçə bilib.
AZƏRTAC xəbər verir ki, bu idmançı Polşanın Kolobjeq şəhəri ilə Danimarkanın Bornholm adası arasındakı məsafəni 28,5 saata qət edib.
İdmançını kiçik bir gəmi müşayiət edib. Bu müddətdə bəzən dalğaların hündürlüyü 2 metrə çatır, suyun temperaturu isə 20 dərəcəni aşmırdı.
Sebastyan Karas Baltik dənizini üzərək keçmək üçün ilk dəfə keçən il cəhd göstərib, lakin o vaxt startdan 8 saat sonra üzgüçü səhhətinin vəziyyətinə görə bu cəhdini yarımçıq dayandırmalı olub.
26 yaşlı üzgüçü Elblonqda anadan olub. İki il bundan əvvəl o, La-Manş kanalını üzərək keçib və o vaxt da yüksək nəticə göstərib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]
Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb
- 28.09.2026 [10:22]
ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb
- 28.09.2026 [10:21]