PORTUQALİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ANİBAL KAVAKU SİLVAYA
Portuqaliya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Biz Azərbaycan ilə Portuqaliya arasındakı dostluq və əməkdaşlığın inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, ikitərəfli münasibətlərimiz, əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim genişlənəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Portuqaliya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 23 yanvar 2006-cı il.