Portuqaliyada faciəvi avtobus qəzası ilə əlaqədar üç günlük matəm elan olunub
Bakı, 18 aprel, AZƏRTAC
Portuqaliyanın Nazirlər Şurası Madeyra adasında turist avtobusunun qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Portuqaliya hökumətinin saytında yerləşdirilib. Məlumatda aprelin 18, 19 və 20-nin milli matəm günləri elan olunması barədə fərman imzalandığı bildirilir.
Xatırladaq ki, aprelin 17-də axşam saatlarında Madeyra adasında turist avtobusu yoldan çıxaraq evin üstünə aşıb. Qəza nəticəsində azı 29 nəfər həlak olub, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Almaniya Xarici İşlər Nazirliyinin məlumatına əsasən, avtobus almaniyalı turistləri daşıyırdı. Yaralılar arasında iki portuqaliyalı - avtobus sürücüsü və bələdçi də var.
Bu ərəfədə Madeyra adasının hökuməti də aprelin 18-dən başlayaraq üç günlük matəm elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]