Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV AĞDAŞ ŞƏHƏRİNDƏ YENİ SU XƏTTİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

PREZİDENT İLHAM ƏLİYEV AĞDAŞ ŞƏHƏRİNDƏ YENİ SU XƏTTİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Ağdaş, 12 fevral (AZƏRTAC). Azərbaycan Prezidenti İlham Əliyev fevralın 12-də Ağdaş şəhərinə yeni su xəttinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Ağdaş şəhərinin su təchizatı probleminin həlli məsələsi Asiya İnkişaf Bankının “Azərbaycan Respublikasında kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi”nə daxil edilmişdir.

Prezident İlham Əliyev Ağdaş şəhərində suqəbuledici qurğular kompleksi, suyığıcı və təzyiqli su xətləri, şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını əks etdirən stendlərlə tanış oldu.

“Azərsu” SC-nin prezidenti Nizaməddin Rzayev məlumat verdi ki, Ağdaş şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma işləri aparılmışdır. Qəbul edilmiş texniki-iqtisadi əsaslandırmaya əsasən Qolqəti kəndinin ərazisində 5 artezian quyusu qazılaraq, içməli su burada inşa ediləcək anbarlara vurulacaqdır. Anbarlarda xlorlanmış suyu nasos stansiyası iki xətlə şəhərə nəql edəcəkdir. Eyni zamanda, layihəyə əsasən şəhərin su və kanalizasiya sistemləri yenidən qurulacaqdır. Qaradağlı kəndi ərazisində çirkab sularını təmizləyən qurğu inşa ediləcəkdir. Texniki-iqtisadi əsaslandırmaya görə bu iş üçün xərclərin 75 faizini Asiya İnkişaf Bankı, qalan 25 faizini isə Azərbaycan hökuməti kredit şəklində ödəyəcəkdir. Əhalini yüksək keyfiyyətli içməli su ilə təmin edəcək layihənin 24 ay ərzində reallaşdırılması nəzərdə tutulur.

Qeyd olundu ki, bu günə qədər layihə çərçivəsində ərazidə hər birinin məhsuldarlığı saatda 70 kubmetr olan 3 artezian quyusu qazılmışdır. Quyulardan çıxan suyun əhaliyə çatdırılması üçün suqəbuledici qurğu, nasos stansiyası, 2 min kubmetr tutumu olan su anbarı və xlorlaşdırma binası inşa edilmiş, 2600 metr magistral boru kəməri çəkilmiş, suyun keyfiyyətinə nəzarət etmək üçün laboratoriya yaradılmış, həmçinin su-kanal idarəsinin inzibati binasının və istehsal bazasının tikintisi başa çatdırılmış, qurğuları elektrik enerjisi ilə qidalandıran yeni xətlər çəkilmişdir. Suyun şəhərin mövcud paylayıcı şəbəkəsinə ötürülməsi məqsədi ilə 6 kilometr uzunluğunda iki xətt çəkilmişdir.

Layihənin birinci mərhələsinin başa çatdırılması nəticəsində 35 min adam içməli su ilə təmin ediləcəkdir.

Prezident İlham Əliyev yeni su xəttinin açılışını bildirən düyməni basdı.

Akademik Bəkir NƏBİYEV diqqət və qayğıya görə ağdaşlıların minnətdarlığını dövlətimizin başçısına çatdıraraq dedi:

-Möhtərəm cənab Prezident, Siz bu gün Ağdaşın tarixində ən əlamətdar bir hadisəyə başlanğıc verdiniz. Bizim bu Ağdaşın girəcəyi Qəbələdən gələndə Türyançayın ağzında bir Dəhnə kəndi vardır, ondan başlayır. “Dəhnə” qədim Azərbaycan dilində subölünən yer deməkdir. Ağdaşa gələn su elə oradan da bölünər.

Bu gün, bu anda Sizin iştirakınız, Sizin rəhbərliyiniz ilə Ağdaşın su bölgüsü xətti tamam yeniləşdi, dəyişdi, mənbə gəldi bura. Rəmzi olaraq üstünə barmağınızı qoyduğunuz bu düymənin vasitəsilə Ağdaş elə bil ki, yenidən canlandı. Ona təravətli, təzə su gəldi. Bu münasibətlə köhnə bir ağdaşlı kimi mən Sizə öz minnətdarlığımı bildirirəm. Çox sağ olun. Çox təşəkkür edirəm.

Prezident İlham ƏLİYEV: Çox sağ olun, Bəkir müəllim. Mən də sizi təbrik edirəm. Bütün ağdaşlıları təbrik edirəm ki, bu gün doğrudan da Ağdaşın həyatında tarixi bir hadisə baş verir. Yeni su mənbələrinin müəyyən edilməsi və şəhərə çəkilməsi artıq reallıqdır. Su həyatdır. Susuz nə insan yaşaya, nə müəssisə işləyə bilər. Əsas odur ki, insanlarımız təmiz içməli suya malik olsunlar. Bu məqsədlə ölkə üzrə böyük işlər görülür və müxtəlif layihələr icra olunur. Misal üçün, Kür-Araz çayları boyunca yaşayan insanların su ilə təmin edilməsi istiqamətində ayrıca layihələr icra edilir. Orada təmizləyici qurğular tikilir ki, çay suları təmizlənsin və insanlara keyfiyyətli su verilsin. Artıq haradasa 200 mindən çox vətəndaş bu layihənin həyata keçirilməsi nəticəsində təmiz su ilə təmin edilib. Layihə tam başa çatandan sonra haradasa 800 minə qədər Azərbaycan vətəndaşı, bu vaxta qədər çay sularından istifadə edən insanlar təmiz suya malik olacaqlar.

Digər layihələr isə, Ağdaşda icra edilən bu layihələr kimi, artezian quyularının qazılması və yeni müasir sistemin quraşdırılması, su və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi daşıyır. Bu, artıq reallıqdır. Birinci mərhələ artıq bu gün reallaşıb, ikinci mərhələnin icrası nəticəsində bütün kanalizasiya sistemi də yenidən qurulacaq və beləliklə, Ağdaşın su, kanalizasiya problemləri birdəfəlik həll olunacaqdır. Bu, həm də sağlamlıq deməkdir. Təmiz ekoloji normalara tam riayət olunacaq və insanlar əlbəttə ki, bundan faydalanacaqdır.

Bəkir NƏBİYEV: Möhtərəm Prezident, ağdaşlıların bir arzusu vardır. Mən onu da Sizə çatdırım. Sizi bu qarın altında çox saxlamarıq, inşallah. İş belə gətirib ki, 1945-ci ildə Böyük Vətən müharibəsinin 65 illiyinə hazırlaşdığımız Qələbə barədə xəbəri ağdaşlılara o zaman 15 yaşında radio diktoru işləyərkən mən çatdırmışam. Ağdaşlılar arzu edirlər ki, özümüzdən asılı olmayaraq cəlb edildiyimiz bu müharibədə də biz inşallah Sizin Baş Komandanlığınız ilə qalib gələk. Mən inanıram ki, Siz bu münaqişəni sülh yolu ilə həll edəcəksiniz. Bizim hamımızda bu inam vardır. Amma əgər olmadı belə, oldu elə, bu məsələ, müharibə yolu ilə həll olunsa ağdaşlılar arzu edirlər ki, Sizin Qələbə paradını keçirməyinizin də xəbərini onlara burada mən çatdırım.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar