Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV AĞDAŞDA HABİL ƏLİYEV ADINA MUSİQİ MƏKTƏBİ İLƏ TANIŞ OLMUŞDUR

PREZİDENT İLHAM ƏLİYEV AĞDAŞDA HABİL ƏLİYEV ADINA MUSİQİ MƏKTƏBİ İLƏ TANIŞ OLMUŞDUR

Agdaş, 12 fevral (AZƏRTAC). Fevralın 12-də Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Habil Əliyev adına Ağdaş Şəhər Musiqi Məktəbində yaradılmış şəraitlə tanış olmuşdur.

Tikintisinə 2008-ci ilin martında başlanmış 540 şagird yeri olan musiqi məktəbinin binası ötən ilin iyununda istifadəyə verilmişdir. Ağdaş şəhərinin mərkəzində yerləşən məktəbdə 36 sinif otağı, 200 yerlik konsert zalı və muzey vardır.

Lazımi inventar və avadanlıqla təmin olunmuş məktəbin ətrafı abadlaşdırılmış və yaşıllıq zolaqları salınmışdır. Məktəbin ayrıca havalandırma sistemləri və transformator stansiyası vardır.

Məktəbin birinci mərtəbəsində Xalq artisti, kamança ustadı Habil Əliyevə həsr olunmuş muzey yaradılmışdır.

Xalq artisti Habil ƏLİYEV dövlətimizin başçısını məktəbdə salamlayaraq dedi:

-Möhtərəm cənab Prezident! Sizi burada görməyimə çox şadam! Mən uşaqlara danışıram, deyirəm ki, oxuduğum məktəb iki köhnə uçuq evdən ibarət idi. Dərs dediyim kənddə isə bayırda qarın-yağışın altında dayanırdıq, əlim də tutmurdu. Ancaq bu məktəbi görəndən sonra istəyirəm təzədən oxuyam.

Prezident İlham ƏLİYEV: Bu məktəb doğrudan da çox gözəldir, həm xarici görünüşü, indi mən baxacağam, həm də eşitdiyimə görə daxili çox gözəl tərtib olunub. Bu məktəb sizin adınızı daşıyır.

Habil ƏLİYEV: Allah Sizi qorusun! Hamısı Sizin verdiyiniz böyük qiymətdir. Mən layiq olmasam da bu qiyməti vermisiniz.

Prezident İlham ƏLİYEV: Siz buna layiqsiniz və mən çox şadam ki, Ağdaşda belə gözəl məktəb tikilib. Mənə deyirlər ki, burada musiqi məktəbinin böyük ənənələri vardır. Hələ 30-cu illərdə məktəb qurulmuşdur. Amma bu məktəbin bu gün, yeni dövrdə, yeni müasir səviyyədə yaradılması böyük hadisədir.

Habil ƏLİYEV: Bu məktəbdən heç harada yoxdur.

Prezident İlham ƏLİYEV: Biz gərək öz milli musiqimizi təbliğ edək, həm dünyada, həm Azərbaycanda. Xüsusilə uşaqlar, gənc nəsil bu işlərə qoşulmalıdır.

Habil ƏLİYEV: Siz nə lazımdırsa, hamısını edirsiniz. O gün olsun ki, biz də edək.

Prezident İlham ƏLİYEV: Siz çox etmisiniz. İndi gərək biz edək ki, həm Sizin fəaliyyətinizi layiqincə qiymətləndirək, həm də Azərbaycanı bax bu cür hərtərəfli inkişaf etdirək. Əlbəttə ki, ölkəmizin inkişafı üçün sənaye potensialı, iqtisadi inkişaf və başqa məsələlər çox vacibdir. Amma mədəniyyət sahəsində görülən işlər - onlar xalqımızı yaşadacaqdır.

Biz 20 ilə yaxındır ki, müstəqil ölkəyik. Əgər öz musiqimizi, öz ədəbiyyatımızı, dilimizi saxlamasaydıq, biz müstəqil ölkə kimi necə yaşaya bilərdik. Azərbaycan bunun hesabına müstəqil ölkə kimi yaşayır. Azərbaycan xalqı bunun hesabına inkişaf edir. Ona görə biz mütləq öz milli musiqimizi, ədəbiyyatımızı, mədəniyyətimizi qorumalıyıq. Hansı yollarla?! Bax bu cür. Həm məktəblərin tikintisi, həm mədəniyyət xadimlərinə dövlət tərəfindən göstərilən qayğı, həm də ki, mədəniyyət sahəsində dövlət siyasətinin düzgün şəkildə aparılması yolu ilə. Bax bu məsələlər kompleks şəkildə bugünkü Azərbaycanın, necə deyərlər, müasir simasını əks etdirir.

Habil ƏLİYEV: Möhtərəm Prezident, həmin Ağdaşdır. Təsəvvürünüzə gətirin ki, bu məktəb burada niyə belə gözəl çıxdı? Niyə belə gözəl məktəb yarandı? Çünki ölkəmizi, xalqımızı idarə edənlər xalqımızın öz balalarıdır. Allah Sizi əksik eləməsin. Vallah, indiyə qədər çoxlarının dilini bilməmişik, ölkəmizi idarə ediblər. Nə onlar bizim dilimizi bilib, nə biz onların dilini. İndi xalqı da, ölkəni də xalqın öz balaları idarə edirlər. Onunçün belə məktəbimiz olacaqdır. Gələcəkdə lap bundan da artığı olacaqdır. Hamısına inanıram. Allah Sizi qorusun! Allah Sizi əksik eləməsin!

Prezident İlham ƏLİYEV: Sağ olun. Ağdaşda nəinki bu gözəl məktəb tikilib, başqa tədbirlər də, başqa gözəl işlər də görülür. Bu gün iştirak edəcəyim mərasimdə yeni, böyük xəstəxananın təməl daşı qoyulacaqdır. Bu da bizim xalqımızın sağlamlığının təminatıdır. Ən gözəl, ən müasir avadanlıq, gözəl xəstəxana. Doğrudan, bütün şərait olacaqdır. Bundan başqa, Asiya İnkişaf Bankı ilə bərabər, Ağdaşın su-kanalizasiya problemləri həll olunmağa başlayıbdır. Bu da böyük layihədir. Böyük vəsait tələb edən layihədir. O da sudur. O da, yəni insanların sağlamlığıdır. Demək olar ki, bütün bölgələrdə belə işlər gedir və ölkəmiz ona görə dünya miqyasında ən sürətlə inkişaf edən ölkədir.

X X X

Prezident İlham Əliyev məktəbdəki Habil Əliyev muzeyinə baxdı. Burada görkəmli sənətkarın büstü qoyulmuşdur. Muzeyin ən qiymətli eksponatları arasında Habil Əliyevin vaxtilə ulu öndər Heydər Əliyevlə, Prezident İlham Əliyevlə, həmçinin Heydər Əliyev Fondunun kamanşa ustadına və bütövlükdə musiqi mədəniyyətimizə göstərdiyi qayğını əks etdirən şəkillər vardır. Burada Fondun muzeyə bağışladığı hədiyyələr, rəmzi kamança maketi, disklər, Habil Əliyev haqqında kitab, “Muğam ensiklopediyası”, “Ustad xanəndələr”, “Qarabağ xanəndələri”, “Muğam dəstgahları” və “Gənc xanəndələr” albomları vardır. Muzeydə, həmçinin xalq artistinin çoxsaylı təltifləri və digər maraqlı eksponatlar da saxlanılır.

Prezident İlham Əliyev məktəbdə təlim prosesi ilə tanış oldu, konsert salonunda məktəbin ansamblının ifasında dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasından bir parçanı dinlədi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb