Prezident İlham Əliyev: Azərbaycan azad olunmuş ərazilərdə irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Azərbaycan, Ermənistan və digər qonşularımızı birləşdirən infrastrukturun yaradılması məsələsi müharibənin bitməsindən sonra imzalanmış üçtərəfli Bəyanatda öz əksini tapıb. Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində deyib.
“Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. Bütün işlər gedir və biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib”, - deyə dövlətimizin başçısı vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycan güləşçisi ardıcıl 2-ci dəfə dünya çempionu olub
- 19.08.2026 [22:12]
Qazaxıstanda 650 hektar ərazini əhatə edən yanğın lokallaşdırılıb
- 19.08.2026 [22:08]
Çempionlar Liqası: "Hapoel" və "Sabah"ın start heyətləri açıqlanıb
- 19.08.2026 [21:54]
III “Ulduz Cup” futbol turnirinin iştirakçıları bəlli olub
- 19.08.2026 [21:44]
Tramp Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb
- 19.08.2026 [20:11]
Bu saata olan əsas xəbərlər
- 19.08.2026 [20:00]
“Tvente”nin baş məşqçisi: Bizi “Qarabağ”la finala bərabər iki oyun gözləyir
- 19.08.2026 [18:58]