Prezident İlham Əliyev: Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik
Bakı, 29 aprel, AZƏRTAC
Biz sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyirik. Artıq sülh sazişini imzalamağın vaxtı gəlib.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlətimizin başçısı deyib ki, artıq belə tədbirlər istər Avropada, istərsə də Rusiya, Türkiyə və Amerikada keçirilə bilər, bununla da biz ictimai diplomatiyanı, xalq diplomatiyasını başlaya bilərik.
“Bu cür tədbirlərə hətta Ermənistandan da mütəxəssislər dəvət oluna bilər. Yəni, nifrət deyil, sülh təbliğatçıları olan mütəxəssislər də bu cür tədbirlərə dəvət edilə bilərlər. Yəni, bu, özü gözəl bir bünövrə olar”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [11:51]
Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib
- 19.06.2026 [11:01]
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
- 18.06.2026 [19:27]
Süni intellekt və insan hüquqları üzrə Bakı Bəyannaməsi qəbul edilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub
- 18.06.2026 [23:59]