Prezident İlham Əliyev: İndi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir
Bakı, 14 may (AZƏRTAC). İndi Bakı dünyanın ən gözəl şəhərlərindən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsinin sakinləri ilə görüşündə demişdir.
Dövlətimizin başçısı vurğulamışdır: “Bu, həqiqətdir. Bunu həm biz bilirik, həm Bakıya gələn qonaqlar da qeyd edirlər. Bakıda gözəl parklar salınır, binalar tikilir, bərpa olunur, yollar çəkilir, infrastruktur yaradılır. Bakı doğrudan da dünya səviyyəli gözəl şəhərə çevrilib”.
Prezident İlham Əliyev Bakıətrafı qəsəbələrin inkişafının da diqqət mərkəzində olduğunu qeyd edərək demişdir ki, bunu etmək üçün bütün imkanlar vardır. Artıq konkret proqram da vardır. Bu proqram həm qaldırdığınız məsələlərin həllinə kömək göstərəcək, eyni zamanda, orada bütün qəsəbələrin abadlığı məsələləri öz həllini tapmalıdır. Yol həm rahatlıq, həm də abadlıqdır. Bütün binaların rənglənməsi, bərpası, hasarların çəkilməsi, ağacların əkilməsi abadlıqdır. Ancaq keçən il bir neçə milyon ağac əkilmişdir. Bu, sağlamlıq deməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]