Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENT İLHAM ƏLİYEV “N” HƏRBİ HİSSƏSİNDƏ YENİ KORPUSUN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev mayın 12-də Naxçıvandakı “N” hərbi hissəsində yeni korpusun açılış mərasimində iştirak etmişdir.

Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev dövlətimizin başçısına raport verdi.

Prezident, Ali baş komandan İlham Əliyev əsgərləri salamladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Sonra Ali baş komandan döyüş bayraqlarını təqdim etdi, şəxsi heyəti bu əlamətdar hadisə münasibətilə təbrik etdi.

Mərasimi Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov açdı.

NAXÇIVAN MR ALİ MƏCLİSİNİN SƏDRİ

VASİF TALIBOVUN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Hörmətli mərasim iştirakçıları!

Qədim Naxçıvan torpağı unudulmaz günlərini yaşayır. Muxtar respublika ərazisində yerləşən bu hərbi hissənin korpusu tikinti və yenidənqurma işlərindən sonra ölkəmizin rəhbəri, Ali baş komandan cənab İlham Əliyevin bilavasitə iştirakı ilə xidməti istifadəyə verilir. Ölkəmizə qarşı əsassız ərazi iddialarından əl çəkməyən azğın düşmənlə üz-üzə dayanan Azərbaycan ordusunun Naxçıvan Muxtar Respublikası ərazisindəki qoşun hissələrinin gücləndirilməsi, müdafiə potensialının artırılması, hərbi təmayüllü yeni obyektlərin istifadəyə verilməsi ümummilli liderimizin ordu quruculuğuna qayğısının ən mühüm göstəricisi və real təzahürüdür.

Azərbaycanın bütün tarix boyu yetişdirdiyi ən qüdrətli dövlət xadimi, ümummilli lideri, milli ordumuzun və dövlətimizin qurucusu möhtərəm Heydər Əliyevin əziz xatirəsini bir daha yad edirik. Hər bir dövlətin müstəqilliyinin vacib şərti onun ordusunun olmasıdır. Azərbaycan ordusu da, necə deyərlər, boş yerdən yaranmamışdır. Bu siyasət ötən əsrin 70-ci illərindən başlanmışdır. Həmin dövrdə Azərbaycanın digər respublikalarla birlikdə vahid siyasi məkana daxil olmasına baxmayaraq, möhtərəm Heydər Əliyev ölkəmizin gələcək müstəqilliyini nəzərdə tutaraq, uzun müddətə hesablanmış addımlar atır, milli hərbi kadrların yetişdirilməsinə diqqəti gücləndirirdi. O dövrdə bu cür siyasət yeritmək böyük qətiyyət və iradə tələb edirdi.

Bu, o dövr idi ki, keçmiş imperiya çar Rusiyasının siyasətini davam etdirərək, azərbaycanlı gəncləri hərb sənətinə yaxın buraxmırdı. Orduda hərbi xidmət keçən azərbaycanlıların tam əksəriyyəti müasir hərbi texnikadan kənarda saxlanılır, ən çox istehsal işlərinə, tikintiyə cəlb olunurdular. Bakının özündə fəaliyyət göstərən iki ali hərbi məktəbin qapıları da, əslində, azərbaycanlıların üzünə bağlı idi. Bütün bunlara baxmayaraq, xalqımızın böyük oğlunun vətənə, onun gələcəyinə bağlı siyasəti öz bəhrəsini verdi.

Möhtərəm Heydər Əliyev Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış məktəbi yaratdı. Bakıdakı ali hərbi məktəblərə qəbulda azərbaycanlı tələbələrin sayını artırdı. Keçmiş Sovetlər Birliyinin qabaqcıl ali hərbi məktəblərinə azərbaycanlı gəncləri təhsilə göndərdi. Məhz bu potensial hesabına 30 il sonra müstəqil Azərbaycan ordusunun zabit heyəti formalaşa bildi.

Bugünkü mərasimdə bir daha yada salmağın, xatırlatmağın yeridir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra da o vaxtkı siyasi rəhbərlərin naşılığı, ordu işini bilməməsi, bəzən də xalqın milli maraqlarına zidd mövqe tutması ucbatından ordu quruculuğuna lazımi diqqət yetirilmirdi. Ölkənin müharibəyə cəlb edilməsinə baxmayaraq, peşəkar ordu əvəzinə, siyasi partiyaların dəstələri yaradılırdı. O dövrdə Vətənin müdafiəsi əliyalın könüllülərin, polis dəstələrinin, avtovağzallardan, bazarlardan yığılıb heç bir hazırlıq keçmədən avtobuslarla birbaşa cəbhə bölgələrinə göndərilənlərin öhdəsinə buraxılmışdı.

Bunun əksinə olaraq, həmin dövrdə Naxçıvanda milli ordu quruculuğu istiqamətində əhəmiyyətli addımlar atan ümummilli liderimiz Ali Məclisin sədri seçiləndən dörd gün sonra, 1991-ci il sentyabrın 7-də Müdafiə Komitəsi yaratmaqla, müdafiəni mərkəzləşdirilmiş qaydada təşkilinin əsasını qoydu. İlk dəfə Naxçıvanda təşkil olunan sərhəd dəstəsinin və Azərbaycanın dövlət bayrağı böyük şəxsiyyətin iştirakı ilə qaldırıldı. Hərb tariximiz üçün bu da maraqlı faktdır ki, ilk dəfə hərbi parad 1992-ci il oktyabrın 19-da Naxçıvanda keçirildi.

Xalqımızın böyük oğlunun apardığı məqsədyönlü siyasət nəticəsində sovet qoşunları muxtar respublika ərazisini tərk edərkən, bütün əmlakı, texnikanı və döyüş sursatını burada saxlamış, bu potensialın sayəsində Naxçıvan Müdafiə Komitəsinin bazasında Azərbaycan ordusunun müvafiq strukturu yaradılmışdır. Həmin dövrdə motoatıcı briqada kimi fəaliyyətə başlayan hərbi hissə ümummilli liderimizin bilavasitə qayğısı nəticəsində milli ordu korpusu kimi fəaliyyət göstərir.

Qeyd olunanlar bir daha göstərir ki, Azərbaycan ordusunun bütün inkişaf mərhələləri, təşkilatlanması və bugünkü səviyyəyə gəlib çatması xalqımızın dahi rəhbərinin gərgin əməyinin nəticəsidir, bilavasitə onun adı ilə bağlıdır. Ümummilli liderimiz Naxçıvan Muxtar Respublikasına hər səfərində buradakı ordu hissələrində olur, müdafiənin təşkili ilə maraqlanır, öz tövsiyə və tapşırıqlarını verirdi. 2003-cü ildə muxtar respublikada yaradılmış “N” hərbi hissəsində olarkən möhtərəm Heydər Əliyev demişdir:

“Bizim buradakı hərbi hissələrimiz öz vəzifələrini bilirlər. Naxçıvan Muxtar Respublikasını hər an qorumağa qadirdirlər. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan ərazimizin parçalanması nəticəsində ağır vəziyyətdə olduğu halda, buradakı ordu hissələrimiz yaxşı səviyyədədir. Ancaq mən onların qarşısında vəzifələr qoydum. Bu vəzifələri yerinə yetirmək üçün isə onlara yardım lazımdır”.

Cənab Prezident, ölkəmizin möhtərəm Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş və hələ bundan sonra da uzun müddətə hesablanmış quruculuq siyasətinin davamçısı kimi Sizin böyük diqqət və qayğınız nəticəsində Naxçıvanda bu hərbi hissənin yenidən qurulması, Ali baş komandan olaraq, açılış mərasimində şəxsən iştirak etməyiniz bizə hədsiz sevinc gətirməklə yanaşı, məsuliyyətimizi də artırır. Əmin ola bilərsiniz ki, ordumuzun Naxçıvandakı hissələrində mənəvi əhval-ruhiyyə, Vətənə, Ali baş komandana sədaqət hissi, peşə və döyüş hazırlığı daim yüksələcəkdir.

Diqqətinizə görə sağ olun!

X X X

Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev mərasimdə nitq söylədi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Türk dünyasının gücünü artırır - ŞƏRH

Ötən gün 61 cinayətin açılması təmin olunub

Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir

Kino Agentliyi 5 yeni film layihəsinə maliyyə vəsaiti ayırıb

Gürcüstan Ali Məhkəməsinin sədri Xankəndi Məhkəmə Kompleksində olub

Şuşada Azərbaycanın və Türkiyənin müdafiə nazirlərinin ikitərəfli görüşü keçirilib

Fərrux İrnazarov: Mərkəzi Asiyada ticarət potensialının tam reallaşdırılması üçün bir sıra məsələlərin həlli vacibdir

Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır

Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir

Astanada travmatoloq-ortopedlərin I Beynəlxalq konqresi keçirilir

Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır

Lixtenşteyn yığmasının kapitanı: Azərbaycan millisinin bəxti gətirmədi - MÜSAHİBƏ

Prezident: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meyilləri yer alsın

SOCAR “Günəşli” yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını tamamlayıb

Hikmət Hacıyev: Ermənistan Konstitusiyasındakı müvafiq müddəanın dəyişdirilməsi prosesə müsbət təsir edəcək

Şuşada Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər

Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi

Azərbaycan Prezidenti: Şanlı Zəfərimizdən sonra fəaliyyətimiz ərazi bütövlüyümüzün tam bərpasına istiqamətləndirilmişdi

Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır

Filippində 7 mədənçinin qazsızma nəticəsində öldüyü ehtimal olunur

Prezidentin köməkçisi: Ermənistanda revanşist qüvvələrin hələ də güclü olması bizi narahat edir

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilir YENİLƏNƏCƏK

Prezident: Bugünkü Ermənistan iqtidarı bizə qarşı ərazi iddiaları ilə çıxış edirdi

Bələdiyyə sədri: Şanlıurfa Türkiyə-Azərbaycan əməkdaşlığına daha çox töhfə verməyə hazırdır

Azərbaycanlı alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

YAP-ın Sədri: İlk dəfədir qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir

Hikmət Hacıyev: Qafqazda sülh təmin olunmasa, regionda tamamilə fərqli reallıqlar yarana bilər

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir

“ASAN xidmət”in nümayəndə heyəti "TEKNOFEST"də

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

“TEXNOFEST” yenilikləri: KAAN beşinci nəsil təyyarəsi və ANKA III zərbə dronu

Zəngilan filizindən molibdenin ayrılması üçün yeni metodlar sınaqdan keçirilir

Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

Azərbaycan nefti 5 dollardan çox bahalaşıb VİDEO

UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq

Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub - EKSKLÜZİV

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012-ci il 18 yanvar tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Yasamal və Qaradağın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

“Raytheon” Pentaqona 24,4 milyard dollarlıq raket tədarük edəcək

Bakının iki rayonunda qaz təchizatında fasilə olacaq

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Qırğızıstanın ilk milli peyki orbitə buraxılıb

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə “Patriot” batareyaları yerləşdirib

Hörmüz boğazında üç BƏƏ tankeri hücuma məruz qalıb

Misir Efiopiya diplomatını ölkədən çıxaracaq

Tramp: Demokratların Konqresdə qələbəsi maliyyə böhranına səbəb ola bilər

Ukrayna Rusiya ilə münaqişədən 600 milyard dollardan çox ziyan görüb

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu VİDEO

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir