PREZİDENT İLHAM ƏLİYEV QAX VƏ ŞƏKİ RAYONLARINDA OLMUŞDUR
AZƏRTAC-ın müxbirləri xəbər verirlər ki, Prezident İlham Əliyev Zaqatalaya səfərini başa çatdırdıqdan sonra sentyabrın 19-da Qax rayonuna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə şəhər parkı ilə tanış oldu, ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı mərasimində iştirak etdi. Prezident İlham Əliyev parkda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb söhbət etdi.
Azərbaycan Prezidenti daha sonra Heydər Əliyev muzeyinin açılışı və Qax şəhərində tikiləcək idman kompleksinin təməlqoyma mərasimində iştirak etdi.
Həmin gün Prezident İlham Əliyev Şəki şəhərinə gəldi. Burada 100 çarpayılıq xəstəxana binasının təməlqoyma mərasimi keçirildi.
Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış etdi.
Dövlətimizin başçısı “Şəki Aqro İndastrit” MMC-nin süd emalı müəssisəsi ilə də tanış oldu.