Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev və milli-mənəvi dəyərlərimiz

Prezident İlham Əliyev və milli-mənəvi dəyərlərimiz

Son 20 ildə mədəni irsimizin bir çox örnəklərinin tədqiqi və dünyaya tanıdılması istiqamətində dövlət əhəmiyyətli işlər görülüb

Bakı, 17 oktyabr, AZƏRTAC

Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, eyni zamanda, bu dəyərlərin ümumbəşəri dəyərlərlə sintezi və zənginləşməsi Prezident İlham Əliyevin mənəvi-mədəni inkişafa yönəlmiş siyasətinin qaynaqlarından birini təşkil edir. Ölkə Prezidenti Novruz bayramı şənliyindəki çıxışlarından birində xüsusi vurğulayıb ki, “Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərinə həmişə sadiq olmuşdur. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır... Müstəqil Azərbaycan dövləti də milli-mənəvi dəyərlər üzərində qurulmuşdur”.

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin milli mədəniyyətimizin mühafizəsinə, inkişaf etdirilməsinə, eləcə də onun yüksək amallarının, bədii-estetik və humanist keyfiyyətlərinin dünyaya tanıdılmasına yönələn siyasətini uğurla davam etdirməkdədir. Təsadüfi deyil ki, İlham Əliyevin ölkə Prezidenti seçildikdən sonra ilk imzaladığı sənədlərdən biri Ümummilli Lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında Azərbaycan Respublikası Qanunu”nun icrasının təmin edilməsi haqqında Fərman olub.

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov deyib. O bildirib ki, son iyirmi ildə mədəni irsimizin bir çox örnəklərinin - tar və kamança ifaçılığı sənətinin, ənənəvi xalçaçılığın və ənənəvi kəlağayı sənətinin, “Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposlarının, Molla Nəsrəddin lətifələrinin, aşıq və muğam sənətlərinin, Novruz bayram kompleksinin, Çövkən və Qarabağ atüstü oyunlarının tədqiqi və dünyaya tanıdılması istiqamətində böyük miqyasda dövlət əhəmiyyətli işlər görülüb. 2000-ci illərin əvvəllərindən bu günədək İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, Qobustan qaya sənəti və mədəni landşaftı, Şəki şəhərinin tarixi mərkəzi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına, “Lahıc misgərlik sənəti”, “Azərbaycan aşıq sənəti”, “Azərbaycan muğamı”, “Novruz bayramı”, “Dədə Qorqud irsi, dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, “Qarabağ atüstü oyun ənənəsi - Çövkən”, “Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri”, “Tar və tar ifaçılığı”, “Kamança hazırlanması və ifaçılığı”, “Ənənəvi Azərbaycan xalçaçılığı”, “Ənənəvi kəlağayı sənəti”, “Nazik çörəyin hazırlanması və paylaşması mədəniyyəti”, “Dolmanın hazırlanması və paylaşması mədəniyyəti”, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun “Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısı”na daxil edilib. Azərbaycanın yüksək mədəniyyətli ölkə kimi dünyaya tanıdılması, xalqımızın sahib olduğu mədəni irs örnəklərinin ümumbəşəri əhəmiyyətinin müvafiq beynəlxalq ali instansiyalar tərəfindən qəbul edilməsi və mühafizə altına alınması sahəsində fəaliyyət bu gün də durmadan davam etdirilir. Bu il Azərbaycan Respublikasının Prezidenti “Xınalıq və Köç yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğunun yaradılması haqqında” Sərəncam imzalayıb, UNESCO-nun Ümumdünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən 45-ci sessiyasında “Xınalıq kəndi və Köç yolu” da UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.

Alim vurğulayıb ki, çoxsaylı Azərbaycan mədəniyyəti örnəklərinin UNESCO-nun Ümumdünya İrs Siyahısına və Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahıya, Şəkinin sənətkarlıq və xalq yaradıcılığının, Bakı şəhərinin dizayn tematikasının isə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilməsi, 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə təşkili Azərbaycan mədəni irsinin ümumdünya əhəmiyyətini bir daha ortaya qoyub: “Təbii ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gərgin əməyinin, eləcə də onların milli-mədəni dəyərlərə verdiyi böyük önəmin ifadəsidir. Bakıda 2012-ci ildə “Xalq qəhrəmanı Koroğlu”, 2013-cü ildə “Kitabi-Dədə Qorqud” abidələrinin açılışı və Dədə Qorqud parkının salınması, Prezident İlham Əliyevin 2015-ci ildə “Kitabi-Dədə Qorqud”un elm aləminə məlum olmasının, ilk dəfə tərcümə və nəşr edilməsinin 200 illiyi ilə bağlı olaraq imzaladığı Sərəncam epik folklor irsimizə yenidən qayıtmaq, onu yenidən öyrənmək və təbliğ etmək istiqamətində müstəsna rol oynayıb. Prezident İlham Əliyev 2021-ci ildə Azərbaycan aşıq şeirinin zirvəsi sayılan Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi və Aşıq Ələsgərin abidəsinin ucaldılması haqqında da iki Sərəncam imzalayıb. Sərəncamlarla əlaqəli Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Folklor İnstitutu, Dilçilik İnstitutu və s.) beynəlxalq və respublika səviyyəli tədbirlər keçirib, aşığın irsini yenidən əlavələr və şərhlərlə nəşrə hazırlayıb, ciddi elmi tədqiqat müstəvisinə gətirib, yeni elmi toplular və monoqrafiyalar çap ediblər.

Tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə münasibətdən danışarkən Prezidentin sərəncamları ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (2005) və Beynəlxalq Muğam Mərkəzinin (2005) yaradılması, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsis edilməsi (2011), Azərbaycan Xalça Muzeyinin inşası və muzeyə yeni statusun verilməsi (2014) faktları da xüsusi qeyd edilməlidir. Prezidentin Tarixi İpək Yolu dövrünə aid Azərbaycan mədəni irsinin, tarix və mədəniyyət abidələrinin mütəşəkkil qorunmasını təmin etmək məqsədi daşıyan “Çıraqqala-Şabran”, “Qədim Şəmkir şəhəri”, “Orta əsr Ağsu şəhəri” Dövlət tarix-mədəniyyət qoruqlarının yaradılması (2019), “Nizami Gəncəvi məqbərəsi” kompleksinin Gəncə Dövlət tarix-mədəniyyət qoruğunun tərkibinə daxil edilməsi (2019) barədə sərəncamları da xüsusi əhəmiyyətli mədəni hadisələr sırasındadır”.

Prezident İlham Əliyevin milli mədəniyyət, milli dəyərlərə bağlı siyasətinin təkcə ənənəvi mədəniyyət təzahürlərinin konservasiyası, qorunması və dünyaya tanıdılması məqsədi daşımadığını qeyd edən alim bildirib ki, dövlətimizin başçısı üçün milli-mədəni irs, milli folklor həm də milli düşüncəli, milli hissiyyatlı gənc nəslin yetişməsində mühüm rol oynayan, heç nə ilə əvəz edilə bilməyən bir məxəzdir. Milli ruhlu və sağlam əqidəli gənclik isə Azərbaycan dövlətinin gələcək mövcudluğunun qarantıdır. Prezident gənclərlə görüşündə gənclərə milli vətənpərvərlik ruhunun aşılanmasına dövlətin xüsusi diqqət yetirdiyini dəfələrlə vurğulayıb.

Elçin Abbasov qeyd edib ki, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyev xalqı öz ətrafında səfərbər edə bilən bacarıqlı və müzəffər sərkərdə kimi torpaqlarımızın işğal altında olmasına son qoyduqdan sonra, özünün Böyük Qayıdış planına uyğun olaraq, dağıdılmış bölgələrdə təkcə infrastruktur obyektlərinin, inzibati və yaşayış binalarının təməlini qoymayıb, eyni zamanda, milli-mədəni ab-havanın bərpası, mədəni dəyər daşıyan abidələrin həyata qaytarılması üçün xüsusi göstərişlər verib və sərəncamlar imzalayıb. Tarixi və dini ibadət yerlərimizin - məscidlərimizin, pir və türbələrimizin yenidən inşası, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin bərpası (2021), Azərbaycan Respublikasının Xocavənd rayonunun Tuğ kəndinin tarixi ərazisində “Tuğ Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu”nun yaradılması (2023), Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planının həyata keçirilməsi (2023) bu işin səciyyəvi nümunələridir.

“Otuz illik fasilədən sonra - 2021-ci ildən etibarən Şuşada ölkə Prezidentinin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının yenidən təşkil edilməsi, bunun bir ənənəyə, hər il keçirilən xalq musiqisi bayramına çevrilməsi mədəniyyət tariximizin yeni səhifəsi kimi xüsusi qeyd edilməlidir. Bütün bunlar Prezident İlham Əliyevin və ölkənin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan xalqının ənənəvi mədəniyyətinə, milli-mənəvi dəyərlərinə bağlılığından xəbər verir və bu bağlılığın əməli fəaliyyətdə gerçəkləşən miqyasını göstərir”, - deyə E.Abbasov fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kubanıçbek Ömüraliyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib