Azərbaycan Dövlət İnformasiya Agentliyi

PREZİDENTİN İCRA APARATININ RƏHBƏRİ RAMİZ MEHDİYEVİN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

Azərbaycanın müasir dövlətçiliyi tarixində müstəqillik dövrünün arxada qalan hər ilinin özünəməxsus yeri var. Ötən illər mürəkkəb və ziddiyyətli, dinamik və taleyüklü proseslərin yaşanması ilə səciyyələnən zəngin dövlət quruculuğu dövrü kimi tarixə qovuşmuşdur.

Bu gün təqdimat mərasimini keçirdiyimiz “Azərbaycan 2003: İnkişaf strategiyasında yeni mərhələ” kitabı da müstəqil dövlətçiliyimizin inkişafı tarixində quruculuq proseslərinin yeni mərhələsinin başlanğıcı kimi xarakterizə olunan 2003-cü ilin ikinci yarısını əhatə edir. Bu dövrdən etibarən ölkəmizdə əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi tərəqqinin və dövlət müstəqilliyinin möhkəmləndirilməsi sahəsində görülən işlərin miqyası və dinamikasında nəzərəçarpan keyfiyyət dəyişikliyi başlayır.

Təbii ki, 2003-cü ilə qədərki tarixi nailiyyət son on il ərzində hüquqi dövlət quruculuğu, iqtisadi, sosial, humanitar və xarici siyasət sahəsində aparılan müdrik siyasi xəttin məntiqi nəticəsində qazanılmışdır. Azərbaycanın müharibə şəraitində yaşamasına və keçid dövrünün mahiyyətindən doğan çətinliklərə baxmayaraq, bu müddət ərzində Heydər Əliyevin gərgin və yorulmaz fəaliyyəti demokratik təsisatların, vətəndaş cəmiyyətinin formalaşması prosesinə, ictimai-siyasi sabitliyin və güclü iqtisadi potensialın yaranmasına gətirib çıxardı. Bərqərar olmuş ictimai-siyasi sabitlik, əlverişli iqtisadi mühit xarici investisiyaların həcminin artmasına səbəb oldu. Neft strategiyasının uğurla həyata keçirilməsi sosial-iqtisadi inkişafa təkan verdi.

Əhalinin sosial həyat şəraiti yaxşılaşdırıldı, yoxsulluğun səviyyəsinin aşağı salınması üçün mühüm işlər görüldü. Milli-mənəvi dəyərlərin qorunub saxlanılması, zənginləşməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi dövlətin prioritet vəzifələrindən birinə çevrildi. Siyasi sistemin demokratik prinsiplər əsasında inkişafı, cəmiyyətimizdə ümumbəşəri dəyərlərin dərin kök salması Azərbaycanın beynəlxalq aləmlə sıx inteqrasiyasına və formalaşmaqda olan demokratik dövlət kimi tanınmasına yol açdı. Azərbaycanın dövlət müstəqilliyinin qorunması və təhlükəsizliyinin möhkəmləndirilməsi, dövlətlərarası əlaqələrin inkişaf etdirilməsi, beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli yer tutmasını təmin etdi.

Beləliklə, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi son on ildə müstəqil dövlətimizin tərəqqisi üçün möhkəm təməl yaradıldı. Azərbaycan xalqının və dövlətinin mənafeyi bu siyasətin ardıcıl şəkildə davam etdirilməsini həyati zərurətə çevirmişdi.

2003-cü il avqustun 4-də Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevin respublikanın Baş naziri təyin olunması dahi öndər Heydər Əliyevin həyata keçirdiyi siyasi xəttin böyük prinsipiallıqla və çevik surətdə davam etdiriləcəyinə inamı daha da artırdı. Prezident seçkiləri ərəfəsində ümummilli lider Heydər Əliyevin səhhəti ilə bağlı namizədliyini geri götürərək, özünün layiqli siyasi davamçısı kimi cənab İlham Əliyevin namizədliyini dəstəkləməsi xalqımız tərəfindən yüksək qiymətləndirildi. Əslində, müdrik siyasətçi Heydər Əliyevin bu tarixi qərara gəlməsi heç də təsadüfi deyildi. Çünki dərin intellektə malik, dövlətçiliyə bağlı bir şəxsiyyət kimi cənab İlham Əliyev 2003-cü ilə qədər ona tapşırılan vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, dövlətin ona göstərdiyi etimadı böyük şərəflə doğrultmuşdur. Cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti, səkkiz il Milli Məclisin deputatı kimi gördüyü işlər və Baş nazir kimi fəaliyyəti xalqımızın böyük dəstəyini qazanmış, beynəlxalq ictimaiyyət tərəfindən rəğbətlə qarşılanaraq, daim diqqət mərkəzində olmuşdur.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili, təşəbbüskar bir şəxsiyyət kimi dəyərləndirməsi və ona özünün inamını ifadə etməsi, əslində, həm də Azərbaycan xalqının iradəsinin təzahürü idi.

2003-cü il 15 oktyabr prezident seçkilərində xalqımız prinsipial mövqe və siyasi mütəşəkkillik nümayiş etdirərək, cənab İlham Əliyevi Azərbaycanın Prezidenti seçdi. Bu, ölkəmizin inkişafı, onun dövlətçiliyinin qorunub saxlanılması, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təmin olunması yolunda mühüm tarixi hadisə idi. Bu hadisə Heydər Əliyev siyasi xəttinin alternativsizliyini və xalqımızın dahi şəxsiyyətin ideyalarına sədaqətini əyani şəkildə təsdiq etdi. Cənab İlham Əliyev isə öz növbəsində, 2003-cü il oktyabrın 31-də andiçmə mərasimindəki çıxışında Heydər Əliyevin siyasi xəttinə sadiq qalaraq, onu davam etdirəcəyini bildirdi və Azərbaycanın tərəqqisi, xalqımızın milli maraqları naminə bu yoldan dönməyəcəyini bəyan etdi.

Heydər Əliyev dövlətçilik modelinə arxalanan İlham Əliyev Azərbaycan dövlətinin sükanını əlində möhkəm saxlayır. O, ilk gündən elan etdi ki, Azərbaycanın tərəqqisinin başlıca şərtlərindən biri sabitliyin və demokratik inkişafın təmin edilməsidir. O deyirdi: “Biz Azərbaycan xalqının rahat, təhlükəsiz, sabitlik şəraitində yaşamasını təmin edəcəyik. Bu sabitlik bizə imkan verəcək ki, gələcəkdə Azərbaycanı daha da sürətlə, hərtərəfli inkişaf etdirək”.

Humanizm, tələbkarlıq və qətiyyətlilik Prezident İlham Əliyevin əsas idarəçilik prinsipləridir. Onun atdığı bütün addımların arxasında dərin inam, dövlətçiliyə və xalqa sədaqət ölçüsü dayanır. O, ölkənin inkişafının radikal sıçrayış, “narıncı inqilab” deyil, təkamül yolunu əsas götürüb və bu yol ilə də Azərbaycanı irəliyə aparır. Bu, indiki qarışıq dünyada Azərbaycanın xoşbəxt gələcəyinə yol açan və keçid dövrünü rəvan keçmək üçün əlverişli şərait yaradan uzaqgörən və çox böyük siyasi cəsarət tələb edən keyfiyyətdir.

Həqiqətən də, 2003-cü ildən başlayaraq, Azərbaycan cəmiyyətinin bütün sahələrində dinamik inkişaf prosesinin vüsət alması, müstəqil dövlətimizin beynəlxalq münasibətlər sistemində öz mövqeyini daha da möhkəmləndirməsi Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri böyük uzaqgörənliklə və ardıcıl şəkildə yerinə yetirdiyini göstərir. Heydər Əliyevin rəhbərliyi ilə başlanmış sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində iqtisadi inkişaf daha da sürətləndi və keyfiyyətcə yeni məzmun kəsb etdi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün intensiv tədbirlər həyata keçirilməyə başlandı.

Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti ilk günlərdən onun elan etdiyi proqramın ardıcıl şəkildə həyata keçirilməsi ilə səciyyələnir. Bu baxımdan Azərbaycan Prezidentinin 2003-cü il 24 noyabr tarixli “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanını xüsusi qeyd etməliyəm. Fərmanda sosial-iqtisadi sahədə qazanılmış dinamik inkişafın müxtəlif istiqamətlər üzrə ardıcıl və məqsədyönlü şəkildə davam etdirilməsi nəzərdə tutulmuş, bununla bağlı hökumətin qarşısında konkret vəzifələr qoyulmuşdur.

Prezident İlham Əliyevin böyük əzmlə həyata keçirdiyi quruculuq proqramının gerçəkləşməsi yolunda ciddi tədbirlərin görüldüyü vaxtda xalqımızın ümummilli lideri Heydər Əliyevi itirməsi bütün cəmiyyətimizi sarsıtdı. Lakin kədərimiz nə qədər ağır olsa da, xalqımız özünün görkəmli oğlu Heydər Əliyevin ideyalarına sadiq qalaraq, onun bizə əmanət qoyduğu müstəqil dövlətçiliyimizi yaşadıb inkişaf etdirmək üçün qüvvələrini səfərbər etdi, ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin hər bir vətəndaşın maraqlarını ifadə edən siyasi xəttinə dəstək verdi.

Prezident İlham Əliyevin 2003-cü ildə elan etdiyi xətt və apardığı səmərəli siyasət növbəti illərdə də tərəqqi, inkişaf və sabitlik üçün geniş imkanlar yaratdı.

Konkret fəaliyyət proqramının müəyyənləşdirilməsi və iqtisadiyyatın tarazlı inkişafına yönəlmiş tədbirlər baxımından ölkə başçısının 2004-cü il 11 fevral tarixli “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” Fərmanı mühüm əhəmiyyət daşıyır. Bu proqramda regionların sosial-iqtisadi inkişafının təmin edilməsi ilə bağlı konkret vəzifələr irəli sürülmüş, regionlarda inkişafın tarazlığının əldə olunması nəticəsində sosial problemlərin aradan qaldırılmasının sürətləndirilməsi nəzərdə tutulmuşdur. Fərəhlə demək olar ki, bu proqram dövlət başçısının daim diqqət və nəzarəti altında müvəffəqiyyətlə yerinə yetirilməkdədir.

Yeni başa vurduğumuz 2005-ci ilin yekunlarına görə, ümumi daxili məhsul (ÜDM) 26 faiz artmışdır ki, belə yüksək göstəriciyə dünyanın heç bir dövlətində, xüsusən keçid dövrü yaşayan ölkələrdə rast gəlmək mümkün deyildir. Bu il isə iqtisadi artım sürəti 30 faizi ötəcəkdir. Ümumi daxili məhsulda özəl sektorun çəkisinin 75 faiz olması ölkəmizdə sahibkarlığın da yüksək inkişafının göstəricisidir.

Bu gün Azərbaycanın neft strategiyası uğurla davam etdirilir. Heydər Əliyevin təşəbbüsü ilə inşasına başlanılmış və dahi öndərin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi yekunlaşmaq üzrədir və yaxın vaxtlarda tam istismara veriləcəkdir. Eyni zamanda, Bakı-Ərzurum qaz kəməri də ilin sonunda işə düşəcəkdir. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkəmizin daxili ehtiyaclarını ödəmək qabiliyyətinə malik olan müxtəlif profilli yeni emal və istehsal müəssisələrinin işə salınması da iqtisadi sahədə qarşıda duran əsas vəzifələrdəndir. Təsadüfi deyil ki, bu, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin mühüm tərkib hissəsini təşkil edir.

Makroiqtisadi sabitlik və iqtisadi inkişaf hər bir ailənin gündəlik həyatında öz təsirini göstərməkdədir. Əgər 2004-cü ilin əvvəllərində yoxsulluq şəraitində yaşayanların sayı 49 faiz olmuşdursa, 2005-ci ilin əvvəlində bu rəqəm 40 faizə düşmüş, cari ilin əvvəlində isə daha aşağı olmuşdur. Ötən dövrdə Azərbaycanda 340 min yeni iş yerinin açılması Prezident İlham Əliyevin qarşıya qoyduğu məqsədlərin reallığa söykəndiyini və uğurla yerinə yetirildiyini təsdiq edir.

Bəli, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı son illər ərzində çox sürətlə inkişaf edən ölkəyə çevirib, dünyada siyasi çəkisini artırıb, iqtisadi potensialını gücləndiribdir. İlham Əliyev çox haqlı olaraq bundan fərəh hissi keçirir və qeyd edir: “Mənim siyasətim bundan ibarətdir və bu günə qədər atılmış bütün addımlar məhz bu məqsədi daşıyır: güclü iqtisadiyyat yaratmaq, iqtisadi potensialı möhkəmləndirmək, cəsarətli iqtisadi islahatlar aparmaq və eyni zamanda, Azərbaycanda demokratik prosesləri sürətləndirmək”.

Son iki il ərzində Azərbaycan hökuməti Ermənistanın hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlamışdır. Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı bu kateqoriyadan olan insanların həyatında mühüm hadisə olmuşdur.

Azərbaycanın iqtisadi potensialının güclənməsi ordumuzun yüksək standartlara uyğun qurulmasına təminat yaradır. 2005-ci ildə hərbi xərclər 70 faiz artmışdırsa, 2006-cı ildə müvafiq xərclərin 2005-ci ilə nisbətən 100 faiz artırılması nəzərdə tutulmuşdur.

Ölkəmizin beynəlxalq aləmdə milli maraqlarını qoruması, öz nüfuzunu daha da gücləndirmək üçün geosiyasi proseslərdən fəal şəkildə faydalanmağa çalışması Azərbaycanın xarici siyasətinin prioritet istiqamətini təşkil edir. Azərbaycan Prezidentinin qloballaşan dünyada milli mənafeləri əsas tutaraq, tarazlaşdırılmış xarici siyasət həyata keçirməsi ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsində və təhlükəsizlik problemlərinin həllində böyük əhəmiyyət daşıyır.

Ümumiyyətlə, qeyd etməliyəm ki, Azərbaycanın xarici siyasət konsepsiyasını Heydər Əliyev yaradıb və bu siyasət dəyişməz olaraq qalır. Bu gün də xarici siyasət ilk növbədə, Azərbaycan xalqının maraqları üzərində qurulur və davam etdirilir.

Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi məsələsi Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Prezident İlham Əliyev xarici ölkələrin dövlət başçıları ilə çoxsaylı görüşlərində, BMT, Avropa Şurası, NATO kimi nüfuzlu təşkilatlardakı çıxışlarında bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq, tezliklə aradan qaldırılmasının vacibliyini bildirmiş, Ermənistanın təcavüzkar siyasətini və qeyri-konstruktiv mövqeyini ifşa etmişdir.

Azərbaycanın bu məsələdə tarixi ədalətin bərpa olunması üçün qətiyyətli mövqe tutması dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların ölkəmizə dəstəyini daha da artırmışdır. Hazırda intensiv xarakter almış danışıqlar prosesində Azərbaycan Prezidentinin prinsipial və ardıcıl mövqeyi mühüm rol oynamışdır. Prezident öz qəti mövqeyini belə ifadə edir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Başqa heç bir variant müzakirə olunmur. Başqa heç bir variant nəzərdən keçirilmir. Bu, bizim prinsipial mövqeyimizdir”.

2003-cü ildən başlayan inkişaf strategiyasının yeni mərhələsi Azərbaycanda demokratikləşmə prosesini də üzvi surətdə əhatə etmişdir. Bu gün ölkəmizdə demokratik siyasi sistem tam şəkildə strukturlaşmış, onun bütövlüyü təmin olunmuş, tərkib hissələri arasında səmərəli qarşılıqlı əlaqələr yaranmışdır. Ölkəmizdə demokratiyanın inkişafı vətəndaşların konstitusion hüquqlarından azad və sərbəst şəkildə istifadə etmələri üçün böyük töhfədir.

2003-cü ilin prezident seçkiləri və 2005-ci il noyabrın 6-da keçirilmiş parlament seçkiləri xalqımızın həyatında mühüm tarixi hadisə olmuşdur. Hər iki seçkidə seçicilərin yüksək siyasi şüur və dərin vətəndaş mövqeyi nümayiş etdirməsi ölkədə həyata keçirilən Heydər Əliyev siyasi xəttinin xalqımız tərəfindən qətiyyətlə dəstəkləndiyini göstərir.

Demokratikləşmə prinsipinə sadiq olan Prezident İlham Əliyev ötən ilin parlament seçkiləri dövründə imzaladığı 11 may 2005-ci il tarixli “Seçki praktikasının təkmilləşdirilməsi haqqında” və 25 oktyabr 2005-ci il tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamları ilə seçkilərin şəffaf, azad və ədalətli keçirilməsi üçün daha əlverişli şərait yaratdı.

Beləliklə, ölkədə açıq və təmiz seçkilər keçirildi və bu seçkilərin nəticələri cəmiyyətdə yaranmış ab-havanın təzahürü kimi qiymətləndirilməlidir. Parlament seçkiləri bir daha göstərdi ki, ölkədə xalqla iqtidar arasında sarsılmaz birlik var və Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Prezident İlham Əliyev belə qəti fikirdədir ki, “parlament seçkiləri ərəfəsində görülmüş işlər, yeni Seçki Məcəlləsinə edilmiş dəyişikliklər və başqa yeniliklər artıq bir səviyyə yaratdı. Bundan sonra Azərbaycan bu səviyyədən aşağı enməyəcəkdir. Bundan sonra daha da böyük addımlarla irəliləyəcəkdir…”

Dövlət başçısının Milli Məclisə seçkilərlə bağlı gördüyü tədbirlər ölkə vətəndaşları və beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildi. Görülmüş kompleks işlər nəticəsində bu seçkilər demokratik seçki praktikasında yeni bir mərhələnin başlanğıcını qoydu. Yeni seçki ənənəsinin əsasının qoyulması vacib vəzifələrindən biri idi. Bununla da Gürcüstan, Ukrayna və Qırğızıstanda “zəfər yürüşü” edən “narıncı inqilaba” Azərbaycanda imkan verilmədi və xaricdən süni surətdə ixrac edilən “inqilab” ifşa olundu, nəticədə ona, ümumiyyətlə, son qoyuldu.

Beləliklə, 2003-cü ilin prezident seçkilərindən sonra Azərbaycanın keçdiyi yola nəzər salarkən, qətiyyətlə demək olar ki, prezidentlik fəaliyyətində sabit və güclü dövlət, milli həmrəylik və sosial rifah prinsiplərini əsas tutan İlham Əliyev üzərinə götürdüyü məsuliyyətli işin öhdəsindən layiqincə gəlmişdir. Praqmatizm və yeni düşüncə, siyasi iradə və qətiyyət kimi səciyyəvi keyfiyyətlər İlham Əliyevin yeni lider kimi cəmiyyətin böyük rəğbət və etimadını qazanmasına səbəb olmuşdur. Təsadüfi deyil ki, respublikamızın və dünyanın müxtəlif nüfuzlu sorğu mərkəzlərinin son illərdə apardıqları bir sıra rəy sorğularında İlham Əliyevin xalqımızın mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyi ardıcıl olaraq öz təsdiqini tapmışdır. Bu isə Azərbaycanda vətəndaş həmrəyliyinin, xalq ilə hakimiyyət arasında birliyin bariz təzahürüdür. Bununla da İlham Əliyev bir daha göstərdi ki, xalqa müraciətlə söylədiyi “mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam” fikri bu gün artıq həyatımızın reallığına çevrilmişdir.

Bütün proseslər göstərir ki, İlham Əliyev verdiyi sözə sadiqdir və onun siyasətinin məqsədi Azərbaycanı rəqabət, qarşıdurma yox, əməkdaşlıq məkanına çevirməkdir. O, milli maraqların təmin olunmasında əlindən gələni əsirgəmir. Ən əsası, Azərbaycanın milli maraqları, Azərbaycan xalqının inkişafı, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsidir. Bütün görülən işlərin nəticəsində respublikamız artıq regional müstəvidən çıxıb dünya miqyasında çox önəmli rol oynayan ölkəyə çevrilmişdir. Prezident İlham Əliyevin məqsədi məhz bundan ibarətdir. Həyata keçirilən bütün tədbirlər, atılan addımlar, iqtisadi və siyasi islahatlar, Azərbaycanın hərtərəfli inkişafı, o cümlədən demokratiyanın dərinləşməsi məhz bu məqsədi daşıyır.

Bir sözlə, son iki ildə respublikamızın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük dəyişikliklər baş vermiş, nəhəng quruculuq işləri vüsət almışdır. Şübhə yoxdur ki, yaşadığımız dövr müstəqil Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ kimi öz layiqli yerini tutacaq və dərin elmi araşdırmaların obyekti olacaqdır.

Bu baxımdan, ümid edirəm ki, bu gün təqdimat mərasiminə toplaşdığımız “Azərbaycan 2003: İnkişaf strategiyasında yeni mərhələ” kitabı həmin dövrdə Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət, onun əsas istiqamətlərinin xüsusiyyətləri, ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mənəvi həyatında gedən prosesləri öyrənmək üçün dəyərli mənbə rolunu oynayacaqdır.

Diqqətinizə görə sağ olun.

X X X

BAKI SLAVYAN UNİVERSİTETİNİN REKTORU,

PROFESSOR KAMAL ABDULLAYEVİN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

Yəqin belə bir həqiqətin şübhəyə alınmasına ehtiyac görünməz ki, böyük zaman üçün 3 il bundan əvvəl olanla 3 min il bundan əvvəl olanın arasında elə böyük bir fərq yoxdur. Niyə? Çünki tarix tarixdir, onun hər anı, hər günü nə zaman olmasından asılı olmadan qiymətli sayılır. Bu mənada təqdimat mərasiminə toplaşdığımız kitabın qiyməti təbii ki, xeyli artmış şəkildə göz önünə gəlir. Çünki onun ən əlamətdar xüsusiyyətlərindən biri odur ki, təkcə bizim yaxın keçmişimizi addım-addım, səhifə-səhifə göz önündə canlandırmır, eyni zamanda, psixologiyamıza, yaddaşımıza çox ciddi, güclü bir enerji, təkan vermiş olur.

Ölkəmiz çox ağır bir mərhələ içərisində inamla, qətiyyətlə, şərəf və ləyaqətlə irəliləməkdədir. Bu irəliləyişin stimullarını, enerjisini ölməz Prezidentimiz Heydər Əliyev qoydu. O qətiyyət, ləyaqət, şərəf bu gün də dövlətçiliyimizin hər bir addımında Azərbaycan adlı məmləkətin dünya xalqları sırasında inamla irəliləyişində özünü göstərir. Amma çox zaman bunu görmək istəməyənlər də tapılır. Qarayaxanlar da ortalığa çıxır. Görmək istəməyənlə görə bilməyənlər də biri-birilə mübahisəyə girirlər. Ancaq bu gün onlara deyilə biləcək cavabı öz dövrünün çox böyük islahatçısı, dövlət məmuru, Rusiyanın dövlət xadimi Stolıpinin məşhur bir fikrini transformasiya etməklə vermək olar: “Cənablar, sizə güclü sarsıntılar lazımdır, bizə isə güclü Azərbaycan lazımdır”. Bu gün güclü Azərbaycanın hər addımı, 2003-cü ildə baş verən hər bir dönüş nöqtəsi indi təqdimatına toplaşdığımız kitabda ardıcıl, sistemli, məntiqli şəkildə ortaya çıxır və yenə deyirəm, yaddaşımızı silkələyir.

Bütün bu məğrur qürur hissinin içərisində bir “amma” var. Mən nə üçün bu “amma” sözünü dilimə gətirirəm? Onun içində bizim hamımızın keçirdiyimiz bir xiffət, nigarançılıq, qüssə vardır. Xanımlar və cənablar, biz hamımız onun üçün necə də darıxmışıq. Biz hamımız onun xiffətini necə də çəkirik, bunu bir Allah bilir! Heydər Əliyevin baxışı, onun sözü üçün, diqqətli, hissiyatlı münasibəti üçün biz doğrudan da qəribsəmişik!

Ölməz Prezidentimizin siyasi həyatı qayıdışlarla zəngin olmuşdur. Bu qayıdışlar içərisində onun ölkə rəhbərliyinə qayıdışını, Bakıda baş vermiş ağır zəlzələ günü evindən iş yerinə qayıdışını - küçələrə tökülmüş camaatın ürəyinə sanki su kimi səpilən qayıdışını, məğrur bir zabitin səhhətinə baxmayaraq, tribunaya qayıdışını və daha nə kimi qayıdışları yada salmaq olar. Amma Heydər Əliyevin ən möhtəşəm qayıdışı Prezident İlham Əliyevin timsalında Azərbaycan Respublikasının rəhbərliyinə qayıdışı oldu. Millət üçün uğurlu olsun! Biz hamımız son nəfəsimizə, qanımıza qədər bu qayıdışın yanında olacağıq.

Sağ olun.

X X X

MİLLİ MƏCLİSİN İQTİSADİ SİYASƏT DAİMİ

KOMİSSİYASININ SƏDRİ, AKADEMİK

ZİYAD SƏMƏDZADƏNİN ÇIXIŞI

- Hörmətli Ramiz müəllim!

Hörmətli mərasim iştirakçıları!

Respublikamızın ictimai-siyasi həyatında mühüm hadisə kimi qiymətləndirilən “Azərbaycan 2003: İnkişaf strategiyasında yeni mərhələ” kitabının nəşri ilə dəyərli bir ənənənin layiqli əsası qoyulur. XXI əsrin hər bir ili respublikamız üçün bu səpkili kitabların yazılmasına təminat yaradacaq uğurlarla zəngin olacaqdır.

Dünyanın hər yerində arxada qalan illər ciddiyyətlə təhlil edilir. Xüsusilə də dövlət, xalq seçim qarşısında qalanda. Kim ölkə başçısı, hökumət başçısı seçilə bilər, onun aparacağı siyasət necə olacaqdır? Axı dövlətin, xalqın taleyi ilk növbədə, ölkə başçısının müəyyən etdiyi siyasətdən, dövləti qoruyub saxlamaq məharətindən asılıdır.

Belə bir dövrü biz 2003-cü ilin oktyabrında elliklə yaşamışıq. Əslində, həmin dövrdə dünyanın bütün nüfuzlu siyasətçilərini bir sual düşündürürdü: zəngin təbii sərvətlərə malik olan, Şərqlə Qərb üçün mühüm strateji mərkəzdə yerləşən Azərbaycan Respublikasının yeni prezidenti kim olacaq, onun siyasi xətti necə olacaqdır? İlham Əliyev xalqın böyük etimadını qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçildi və ölkənin gələcəyi, inkişaf perspektivləri barədə elmi dəlillərə əsaslanan fəaliyyət proqramını elan etdi.

O, Prezident seçiləndən dərhal sonra “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” Fərman imzaladı. Bununla da bir daha təsdiq etdi ki, Heydər Əliyevin inkişaf strategiyası davam etdiriləcəkdir. Çünki bu strategiya Azərbaycanın mənafelərinə, onun iqtisadi qüdrətinin artmasına xidmət edir. Son iki ilin nəticələrinin təhlili göstərir ki, bu tarixi sənəddə qarşıya qoyulmuş vəzifələr uğurla həyata keçirilir.

Kitabda Azərbaycan tarixinin məsuliyyətli bir dövründə sosial-iqtisadi həyatda cərəyan edən ən vacib proseslərə diqqət yetirilir. Cənab İlham Əliyevin Azərbaycanın davamlı inkişafına, xalqımızın gələcəyinə xidmət edən baxışları açıqlanır. İqtisadi inkişaf, o cümlədən neft siyasətinin həyata keçirilməsi sahəsində görülmüş işlərin xronologiyası verilir. Göstərilir ki, respublikamızın dünya iqtisadiyyatına inteqrasiya olunması, ölkəyə böyük miqdarda xarici sərmayələrin cəlb edilməsi, Qərbin Azərbaycana marağının artması, ilk növbədə, Azərbaycan dövlətinin neft strategiyası ilə bilavasitə bağlıdır.

Kitabda toplanmış əhatəli materiallardan bir daha aydın olur ki, dünyanın ən nüfuzlu ölkə başçıları İlham Əliyevi özlərinin layiqli tərəfdaşı, yeni dövrə mənsub olan islahatçı, beynəlxalq birliyə uğurla inteqrasiya edən Azərbaycanın əsil lideri kimi görür, onun fəaliyyətini yüksək dəyərləndirirlər.

Azərbaycanın neft siyasətinin formalaşması və reallaşması prosesində fəal iştirak edən, ölkədə investisiya mühitinin yaxşılaşmasında böyük rolu olan İlham Əliyev bildirir ki, Azərbaycan sivil, demokratik cəmiyyət qurur. O, rəqabət meydanı deyil, müxtəlif mənafelər arasında əməkdaşlıq məkanıdır.

Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə dünya bazarına çıxarılması məsələsinin həlli də məhz bu uğurlu siyasətin məntiqi nəticəsidir. İnkişaf strategiyasında yeni mərhələnin xüsusiyyətlərindən biri ondan ibarətdir ki, yaxın illərdə ölkəyə neft satışından külli miqdarda vəsaitlər daxil olacaqdır.

Kitaba İlham Əliyevin bu məsələyə dair beynəlxalq təşkilatların, aparıcı dövlətlərin liderləri və Nobel mükafatı laureatı Cozef Stiqlits ilə görüşlərindən bəhs edən çox zəngin materiallar daxil edilmişdir. Azərbaycan dövləti birmənalı şəkildə bəyan edir ki, Neft Fondunun şəffaflığı təmin olunacaq, onun vəsaitlərindən təkcə indiki nəslin deyil, gələcək nəsillərin inkişafı üçün də istifadə ediləcəkdir.

Kitabda dövlət başçısının bir çox onilliklər Azərbaycanın inkişaf startegiyasının prioritet istiqaməti sayılacaq qeyri-neft sektorunun inkişafı barədə dövlətin prinsipial mövqeyi açıqlanmış və görülən tədbirlər əks etdirilmişdir.

İlham Əliyev demişdir: “Biz öz siyasətimizi elə aparmalıyıq ki, sanki Azərbaycanda neft yoxdur. İqtisadiyyatın bütün sahələri, ilk növbədə qeyri-neft sektoru, infrastruktur inkişaf etməlidir. Ancaq bu yolla biz Azərbaycanı hərtərəfli inkişaf etmiş ölkəyə çevirə bilərik”.

2003-cü ildə Azərbaycan dövlətinin başçısı ölkəmizin gələcək inkişafında, onun beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin strateji əhəmiyyət kəsb etdiyini bir daha təsdiqlədi, bu sahədə görülən işlərin daha da genişlənməsini məqsədəuyğun saydı.

O bildirdi ki, “Şimal-Cənub” dəhlizinə də qoşulmaq niyyətindəyik. Hesab edirik ki, bu da ölkəmizə böyük uğurlar gətirəcəkdir. Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti bizə imkan vermişdir ki, XXI əsrin əvvəllərində Azərbaycan dünya üçün mühüm neft-qaz hasil edən ölkəyə, eyni zamanda mühüm tranzit məntəqəsinə çevrilsin”.

Kitabda Azərbaycanın inkişaf strategiyasının yeni mərhələsində sahibkarlıq, özəl sektorun fəaliyyətində yeni keyfiyyət dəyişikliklərini xarakterizə edən dəyərli informasiya toplanmışdır. Bir daha təsdiq edilir ki, Azərbaycan dövləti, onun Prezidenti sərbəst bazar iqtisadiyyatı münasibətlərinin ən fəal tərəfdarıdır.

Biz hamımız Prezidentin bölgələrdə sahibkarlarla canlı, maraqlı və ibrətamiz dialoqlarının şahidiyik. Prezident yeni informasiya texnologiyaları, müasir xidmət obyektləri, bankların yeni filialları, su təsərrüfatı obyektləri, sənaye məhsulları istehsal edən yeni müəssisələrin açılışı kimi hadisələri alqışlayır və sevinclə qeyd edir. Hər dəfə də yerli istehsalçıları dəstəklədiyinə görə əminlik yaradır, problemlərin operativ şəkildə həlli üçün müvafiq sərəncamlar, tapşırıqlar verir.

Kitabda, həmçinin inkişaf strategiyasının yeni mərhələsində Azərbaycan dövlətinin sosial siyasətinin prioritet istiqaməti barədə dövlət başçısının fəaliyyət proqramının məqsəd və vəzifələri işıqlandırılır. Respublikanın şəhər və rayonlarında çoxsaylı görüşlərdən zəngin informasiya toplayan və ciddi təhlillər aparan dövlət başçısı xalqın həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş proqramların hazırlanmasını ön plana çəkir. Hökumət strukturlarından tələb edir ki, əhali islahatlardan sosial sarsıntılar keçirməməlidir, pensiya təminatı yaxşılaşmalı, aztəminatlı ailələrə qayğı artırılmalı, yoxsulluq problemi həll edilməlidir.

2003-cü ilin xalqımız, tariximiz üçün yaddaqalan hadisələrindən biri də odur ki, dövlət başçısı Azərbaycanın taleyüklü problemi sayılan işsizliyin həllində köklü dönüş yaratmağa yönəlmiş konkret proqramla çıxış etdi. Son iki ilin yekunları inandırıcı şəkildə göstərdi ki, Prezidentin konsepsiyası realdır. Artıq cəmiyyətdə belə bir qəti inam yaranmışdır ki, İlham Əliyev tərəfindən respublikanın strateji inkişafının birinci mərhələsi üçün müəyyən edilmiş işsizlik, yoxsulluq problemi hökmən həll olunacaqdır.

Diqqətinizi inkişaf strategiyasının yeni mərhələsi üçün xarakterik olan daha bir məsələyə cəlb etmək istərdim. Müstəqillyin ilk illərində buraxılmış ciddi səhvlər, düşünülməmiş siyasət nəticəsində şəhər və rayonlarda sosial imkanlar, istehsal imkanları dəfələrlə aşağı düşdü, sosial problemlərin həllində böyük çətinliklər yarandı. Ona görə də Azərbaycan dövləti, onun Prezidenti regionların üstün inkişafını prioritet istiqamət kimi müəyyənləşdirdi. Hazırda bu istiqamətdə işlər uğurla həyata keçirilir. Şəhər və rayonlarda çoxsaylı yeni-yeni müəssisələr işə salınır, yerli resurslardan istifadə imkanları genişlənir, hər bir regionun sosial-iqtisadi həyatı ilə bağlı ətraflı təhlillər aparılır, inkişaf imkanları, perspektiv istiqamətlər müəyyənləşdirilir.

Hörmətli mərasim iştirakçıları!

2003-cü ildə ümummilli lider Heydər Əliyev dünyasını dəyişmiş, xalq sarsılmış, ağır hüzn içinə düşmüşdü. Fəxri xiyaban müqəddəs ziyarətgaha çevrilmişdir. Ancaq Azərbaycan xalqı tarixinin ən mürəkkəb və məsuliyyətli illərindən olan 2003-cü ili çox böyük ləyaqətlə və şərəflə başa vurdu.

Biz müstəqilliyimizin çətin, ağır mərhələlərini, sarsıntılarla müşayiət olunan illəri arxada qoymuşuq. Bu gün Azərbaycan dövləti əvvəlki illərdən qat-qat güclüdür, üzləşdiyimiz problemlər daha sistemli, daha ardıcıl həll olunur. Azərbaycan dövləti bütünlükdə öz fəaliyyətində reallığın, qloballaşmanın təsirini, dinamik və keyfiyyətli inkişaf amillərini daha miqyaslı şəkildə nəzərə almaq imkanına malikdir. 2005-ci ilin yekunları inandırıcı surətdə bir daha göstərdi ki, xalqın ümidləri doğrulur. Xalq daha aydın sabahını görür.

Təqdimatı keçirilən “Azərbaycan 2003: İnkişaf strategiyasında yeni mərhələ” kitabı sözün əsil mənasında tarixdə qalacaq bir kitabdır. Bu kitabın ana xətti budur - Azərbaycanın inkişaf strategiyası özünün yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. İnkişaf strategiyasının tələblərinə uyğun olaraq, dövlət quruculuğu daha da təkmilləşir, iqtisadiyyatda müsbət meyillər daha da güclənir, taleyüklü problemlərin həllinə yanaşmalar keyfiyyətcə yeni məzmun kəsb edir.

Çoxları kimi arzu edərdim ki, XXI əsrin hər ili barədə ziyalılar, elmi ictimaiyyət, geniş oxucu kütləsi üçün böyük maraqla qarşılanan belə məzmunlu kitablar nəşr edilsin. Unutmamalıyıq ki, Azərbaycan dövlətinin inkişaf xronologiyasını yaddaşlarda saxlamaq, gələcək nəsillərə çatdırmaq ən müqəddəs vəzifələrdən biridir.

Hörmətli Ramiz müəllim, mən sizə, nəfis şəkildə çap edilmiş bu sanballı kitabı hazırlayanlara bir daha dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.

X X X

RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI

NAZİRİ, AKADEMİK ƏLİ ABBASOVUN ÇIXIŞI

- Hörmətli Ramiz müəllim!

Hörmətli xanımlar və cənablar!

Azərbaycanın ictimai-siyasi şüuruna və tarixinə çox dəyərli bir hədiyyə verilmişdir. Nəfis bir tərtibatla və orijinal formada buraxılan “Azərbaycan 2003: İnkişaf strategiyasında yeni mərhələ” kitabı ölkəmizin müstəqillik tarixinin zaman baxımından nisbətən qısa, gələcək inkişafı baxımından isə taleyüklü əhəmiyyətə malik olan bir dövrünü ən mühüm sənədlərin, faktların dili ilə xronoloji və sistemli bir ardıcıllıqla əks etdirir.

Bu dövr müstəqil Azərbaycan dövlətinin inkişaf strategiyasında yeni bir mərhələni müəyyənləşdirən 2003-cü ilin son beş ayıdır. Məhz bu aylarda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanı on il ərzində müstəqilliyə, inkişafa, əmin-amanlığa, xoşbəxt gələcəyə aparan siyasi xəttinin davamçısı İlham Əliyev rəhbərliyinin təməli qoyulurdu.

Kitab ulu öndərimizin Azərbaycan xalqına ünvanladığı sonuncu tarixi müraciətindən bu sözlərlə başlayır: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları ... İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bu gün, üzərindən cəmi iki il yarım bir vaxt keçdikdən sonra, xalqımızın dahi oğlunun bütün əməlləri və sözləri kimi, bu sözlərinin də nə qədər böyük məna və həqiqət daşıdığının şahidi oluruq. Ümummilli liderimiz, İlham Əliyevə özünə inandığı qədər inanmaqda zərrə qədər də yanılmamışdır. Bunun tarixi təsdiqi odur ki, bu gün artıq bütün Azərbaycan xalqı da Heydər Əliyevə inandığı qədər İlham Əliyevə inanır. Heydər Əliyevin son müraciətinin işığında açılan “Azərbaycan 2003: İnkişaf strategiyasında yeni mərhələ” kitabı da məhz tarixin dili ilə oxucularına bu həqiqəti aşılayır.

Bu dövr ümummilli liderimiz Heydər Əliyevin səhhətinin son dərəcə ağırlaşdığı bir vaxta təsadüf edən və Heydər Əliyev siyasi xəttinin, deməli, həm də Azərbaycanın gələcək taleyinin həll olunduğu prezident seçkiləri dövrü idi. Əlbəttə, elə o zaman da bu tarixi həqiqət həm ölkə daxilində, həm də xaricdə mütləq əksəriyyətə bəlli idi ki, Azərbaycan xalqı bütün varlığı ilə Heydər Əliyev siyasi xəttinin davam etdirilməsini istəyir və özünün bütün gələcək taleyini buna bağlayıbdır.

Eyni zamanda, bu, taleyin Azərbaycan xalqına bəxş etdiyi bir xoşbəxtlik idi ki, bu siyasi xətti davam etdirməyə, Heydər Əliyev məktəbinin yetirməsi kimi Azərbaycana rəhbərlik etməyə qadir olan bir siyasi varis də yetişmişdi. Bu, ölkəmizin siyasi, iqtisadi, mədəni həyatında özünün yorulmaz praktik fəaliyyəti, gərgin əməyi, çalışdığı hər bir sahədə ölkəyə uğur və qalibiyyət qazandırması, rəhbərlik istedadı ilə seçilən İlham Əliyev idi.

Kitabın əsas qayələrindən biri Azərbaycan tarixinin məhz həmin çətin və mürəkkəb dövründə İlham Əliyevin hakimiyyətə gəlişinin, Azərbaycan xalqının həyatında nə dərəcədə taleyüklü əhəmiyyətə malik olduğunu göstərməkdir. Hesab edirəm ki, bu baxımdan kitab çox uğurludur. Çünki o, hər şeydən əvvəl faktların, sənədlərin, bilavasitə İlham Əliyevin öz dili ilə danışır. Onun 2003-cü ilin avqust ayından başlayaraq, respublikanın müxtəlif regionlarına çoxsaylı səfərlərinə, dövlət başçıları və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərinə dair materiallar, nitq və çıxışları, müsahibələri və s. kitabın əsas məzmununu təşkil edir.

Azərbaycan cəmiyyəti prezident seçkiləri ərəfəsində İlham Əliyevə böyük inam və etimad bəsləyirdi. Amma bu siyasi liderin az bir zaman ərzində belə böyük vəzifələri yerinə yetirəcəyini, bu qədər böyük uğurlara imza atacağını hər kəs gözləmirdi. Məhz bu gün bu kitabda, 2003-cü ilin həmin 5 ayında, İlham Əliyevin hakimiyyətə gəlişinin ilk aylarında etdiyi çıxışları, atdığı əməli addımları yenidən izlədikcə, bu iki il ərzində qazanılan uğur və nailiyyətlərin məntiqi daha dərindən dərk olunur.

Kitabı vərəqlədikcə istər-istəməz çox maraqlı bir analogiya insanın qəlbinə hakim kəsilir. Biz hamımız ümummilli liderimiz Heydər Əliyevin mübarizələr dolu həyat yolunu yaxşı bilirik. Onun bütün həyatı boyu bir çox mübarizələrdən qalib çıxmış obrazı hamımızın yaddaşına çox dərindən həkk olunubdur. Tale həmin mübarizələrlə dolu həyatı, elə Azərbaycan hakimiyyətinə gəldiyi ilk günlərdən İlham Əliyevə də bəxş edibdir. O da, Heydər Əliyev kimi, bu mübarizələrdən qalib, üzüağ çıxır.

Bütün kitab boyu, Azərbaycanın siyasi-ictimai həyatının özündən doğan bir mübarizə ruhu var. Bu neçə ay ərzində İlham Əliyev bir oğul kimi, həm bütün xalqın pənah yeri olan atası Heydər Əliyevin səhhəti ilə bağlı dərin daxili psixoloji həyəcanlar keçirir, digər tərəfdən isə xalqımıza müstəqillik, sabitlik, siyasi-iqtisadi inkişaf bəxş edən Heydər Əliyev siyasi xəttinin müdafiəsi naminə xarici və daxili bədxahlara qarşı siyasi səhnədə mübarizə aparır.

Bu baxımdan “Azərbaycan 2003: İnkişaf strategiyasında yeni mərhələ” kitabı gənclərimiz, siyasətçilərimiz, eləcə də bütün ictimai fikir sahibləri üçün bir örnək, düşüncə mənbəyi ola biləcək bir nəşrdir. Özünün məna və məzmununa, məlumat xarakterliliyinə görə isə müstəqillik tariximizin mühüm bir mərhələsini əks etdirən dəyərli bir nümunədir.

Kitabda həmçinin gənc liderin Azərbaycanın inkişaf perspektivlərinə ilk və əsaslandırılmış baxışları da əks etdirilir. Məsələn, Prezident kimi İlham Əliyevin Cenevrəyə ilk səfəri zamanı İnformasiya Cəmiyyəti üzrə zirvə toplantısının plenar iclasında səsləndirdiyi neft və qaz ehtiyatlarının yüksək texnologiyalara çevrilməsi tezisi iki il sonra Tunis sammitinin qərarlarında təbii sərvətlərlə zəngin ölkələrdə iqtisadi inkişaf üçün tövsiyəyə çevrilmişdir.

Bu kitabı bizə doğmalaşdıran cəhətlərdən biri də odur ki, ümummilli liderimiz, xalqımızın sevimlisi Heydər Əliyevin həyatının son aylarında onun səhhəti ilə bağlı məlumatlar, Azərbaycan xalqının intizarı, böyük rəhbərinə olan sevgisi kitab boyu, xüsusilə İlham Əliyevin çıxış və müsahibələrində müxtəlif emosiyalarla - nikbinlik, ümid, kədər, hüznlə ifadə olunur. Hamımızın həyatında öz yeri olan doğma rəhbərimizin cismən yoxluğundan doğan bu böyük kədər hissi kitabı bizə daha da doğmalaşdırır. Lakin eyni zamanda, bizim həyatımızı əks etdirən bu kitab elə həyatda olduğu kimi, nikbin bir şəkildə - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqına Yeni il təbriki ilə tamamlanır. Bu nikbin sonluq hazırda Azərbaycan xalqının yaşadığı sabit, bütün sahələrdə inkişaf etməkdə olan, ümidli gələcək vəd edən həyatın başlanğıcıdır.

Diqqətinizə görə sağ olun.

X X X

MİLLİ MƏCLİSİN İNSAN HÜQUQLARI DAİMİ

KOMİSSİYASININ SƏDRİ, PROFESSOR

RƏBİYYƏT ASLANOVANIN ÇIXIŞI

- Hörmətli sədr!

Hörmətli mərasim iştirakçıları!

Bu gün biz sizinlə çox maraqlı bir kitabla tanışlıqdan sonra yaranmış təəssüratlarımızı bölüşmək üçün bura toplaşmışıq. Hesab edirəm ki, müstəqilliyimizin tarixini əks etdirən bu qəbil kitabların hər biri yaşanmış dövrün məzmun və mahiyyətini anlamağa, bu gün ətrafımızda cərəyan edən hadisələrin inkişafını duymaq və gələcək perspektivləri müəyyən etmək üçün atılan addımdır, göstərilən cəhddir. Zənnimcə, bu kitab da bu baxımdan istisna təşkil etmir.

2003-cü il çox da uzaq olmayan zaman kəsiyidir. Bu, hər birimizin yaşadığı və ağırılı, sevincli günləri bölüşdürdüyü ömür salnaməmizin qısa bir hissəsidir. Görünür, illər bir-birindən onun taleyinə düşən kədər və sevinc hissinin çəkisi ilə fərqlənir və deyirlər, insan beynində kədərə yaddaş sevincə yaddaşdan daha dayanıqlıdır, daha güclüdür. Bəlkə ona görə, 2003-cü il dedikdə, hər birimizin qəlbindən bir ağrı keçir və bu ilin qismətində hər bir Azərbaycan vətəndaşının, toplumun və Azərbaycan dövlətinin böyük ağrı hissi ilə yaşadığı və heç cür inanmaq istəmədiyi ayrılıq adlı bir həqiqət anı var. Görünür, içimizi göynədən elə bu ağrı da bizə ötüb keçənlərə, yaşadığımız anlara bir daha yenidən baxmağa, əməl və zəka potensialımızı səfərbər etməyə və bütün qüvvələrimizi böyük öndərimizin ümidlərini doğrultmağa sövq edən bir qüvvəyə çevrilibdir.

Ulu öndərimizin bu dəyişən dünyanın indiki və gələcək perspektivlərinə adekvat cavab verən dövlətçilik siyasətinin davam və inkişaf etdirilməsi, Azərbaycan adlı məmləkətin milli suverenliyinin qorunması, dövlətimizin iqtisadi, siyasi qüdrətinin təmin olunması üçün çalışmağımız, milli-mənəvi dəyərlərimizə sədaqətimiz hər birimizin vəfa borcuna, etibar borcuna çevrildi. Hadisələr tarixə çevrildikdən sonra məlum olur ki, tarix heç də gərəkli, gərəksiz hadisələrin bir yığını deyil, əksinə, tarixdə qalmaq haqqı qazanmış hadisələrin, şəxsiyyətlərin fəaliyyətinin nəticəsidir. Böyük dühaların fəaliyyətinin nəticəsidir. O şəxslərin ki, onlar öz missiyasını yerinə yetirmiş, indinin sərhədlərini dağıdıb gələcəyi yaxınlaşdırmaq istəyir. O şəxslərin ki, onlar nisbi başlanğıcla nisbi sonluq arasında olan zaman intervalında yaşamalarına baxmayaraq, bu intervalla razılaşmaq istəmirlər. O şəxslər ki, onlar bir mərhələdə yaşadıqlarına baxmayaraq, nəinki gələcək mərhələləri görür, həm də o mərhələləri yaxınlaşdırmaq, onlara istiqamət vermək istəyirlər.

Bu gün biz yeni bir kitabın - “Azərbaycan 2003: İnkişaf strategiyasında yeni mərhələ” adlanan kitabın təqdimatındayıq. Deməli, bizi yeni mərhələ, onun özünəməxsusluğu maraqlandırır. Amma yaddan çıxarmayaq ki, mərhələ məfhumunun özünə də bu gün çox ciddi dəyişikliklər edilibdir. Mərhələ nədir? İlk növbədə, biz bu gün tarixdə tarixin sıxlaşması fenomeni ilə rastlaşırıq. Əvvəlki dövrlərdə mərhələ dedikdə, böyük tarixi dövrlər nəzərdə tutulurdu. Antik dövr deyəndə, minilliklər nəzərdə tuturduq. Yeni dövr deyirdik, 300-400 illik bir dövrü nəzərdə tuturduq. Hətta XX əsrdə dövrlər, dövrləşmə deyərkən, yenə də bir neçə onilliyi nəzərdə tuturduqsa, XXI əsr bizə bu imkanı vermir, bu mərhələləri məhdudlaşdırır. Bu gün mərhələ 3-5 ili əhatə edir.

Hər birimiz müstəqillik tariximizi gözəl bilirik, bu dövrü yaşamış insanlarıq. Bilirik ki, Azərbaycan xalqı, Azərbaycan vətəndaşı, Azərbaycan dövləti bu 15 il ərzində neçə-neçə mərhələni keçib və keçməkdə davam edir. Ancaq tarixin özünəməxsusluğu var, tarixin geridönməzliyi var. Geridönməzliyin təbiəti isə az ehtimallı vəziyyətlərdən çox ehtimallı vəziyyətlərə keçiddən ibarətdir. Maraqlı odur ki, bu ehtimallar içərisində ən vacibi, ən aparıcısı ortaya çıxarkən, digərlərini də ardınca aparır və yeni bir mərhələnin başlanğıcına əsas verir.

2003-cü ildə də Azərbaycan xalqı çoxlu ehtimallar içərisində idi və bu ehtimallardan ən optimalını, ən vacibini seçməli idi. Biz gözəl bilirdik ki, belə çətin anlarda düzgün seçim edilməməsi Azərbaycan xalqının faciəsinə gətirib çıxarmışdı. Amma daha dəqiq, optimal variantın seçilməsi isə tərəqqiyə, uğura gətirib çıxarmışdı. 2003-cü il Azərbaycan xalqı qarşısında belə ehtimalları qovdu.

XXI əsrin çox çətin bir dövr olacağını və Azərbaycanın, yeni milli dövlətimizin maneələrlə, çətinliklərlə üzləşəcəyini ulu öndərimiz əvvəlcədən demişdi. Hər birimiz çox gözəl xatırlayırıq - ulu öndər tribunalardan bizə böyük xəbərdarlıq edirdi və deyirdi ki, müstəqilliyimizi əldə etmək nə qədər çətindirsə, müstəqilliyimizi qorumaq ondan da çətin olacaqdır. Bu, çox ciddi xəbərdarlıq idi. Bu nəinki bizlərə, gələcək nəsillərə də qüvvələri düzgün səfərbər etməyə, real proqramlar hazırlamağa, eyforiyaya uymamağa sövq edən, səsləyən bir çağırış idi. Doğrudan da, bütün bu çətinlikləri gözəl anlayan Azərbaycan xalqı öz düzgün seçimini etməli idi. Bütün bu xəbərdarlıqları, həmin dövrün, yəni yeni mərhələnin özünəməxsusluğunu fikirləşərkən bir anlığa təəccüb, heyrət içərisində qalırsan və düşünürsən ki, dünyanın vahid, qlobal siyasət sisteminin formalaşdığı, klassik modelinin dəyişdiyi zamanda və çoxsaylı transformasiyalar içərisində bir milli dövlətin öz suverenliyini qoruması üçün, onu davam etdirməsi üçün böyük öndərimiz əvvəlcədən nə qədər göstərişlər, nə qədər məsləhətlər veribdir. Bu məsləhətlərin hər biri bu gün həyatda öz əksini, öz reallığını tapır.

Hər birimiz onu da etiraf edərik ki, bu gün yeni maraqlar, yeni mənafelər baxımından formalaşan yeni dünya nizamı içərisində, bəlkə də, nizamsızlığı içərisində, milli dövlətlərin öz suverenliyini qoruyub saxlaması daha da çətinləşibdir. Bu gün milli dövlətlərin milli suverenliyi, bəlkə də, virtual reallığa çevrilmək təhlükəsi qarşısındadır. Bu gün beynəlxalq aləmdə milli dövlətlərin münasibətləri yeni mühitdə formalaşır. Zaman hər bir şeyə öz təshihini edir. Hətta məkan, böyük dövlət, kiçik dövlət, sərhəd məfhumlarına da öz dəyişikliyini edir. Bu gün güclü, qüdrətli dövlət ərazisinin böyüklüyü ilə ölçülmür. Dövlətlərin qüdrəti onun zəka mühitinin formalaşması, yüksək texnologiyalardan istifadə etməsi, öz xalqının maraq və mənafeyinə uyğun siyasət yeritməsi ilə ölçülür. Bu baxımdan, doğrudan da, bugünkü reallıq olduqca çətin, təlatümlü bir məqamdır və biz bunu gözəl anlayırıq. Bu məqamı Azərbaycan xalqı çox gözəl anlayırdı və başa düşürdü ki, 2003-cü il yeni dövrün başlanğıcı olduğundan, o, düzgün seçimini etməli və bu dövlətin sabahı üçün məsuliyyət hissini hər bir Azərbaycan vətəndaşı yaşamalıdır.

2003-cü il prezident seçkilərində Azərbaycan xalqının seçimi, onun möhtərəm cənab İlham Əliyevə inamı əsaslandırılmış bir inam idi. Azərbaycan xalqı çox gözəl bilirdi ki, bu dövləti təkcə birmənalı beynəlxalq təcrübə ilə yox, Azərbaycanın özünəməxsusluğu, tarixi təcrübəsi, inkişaf spesifikası nəzərə alınmaqla idarə edə biləcək yeganə şəxsiyyət cənab İlham Əliyev olacaqdır.

Hər bir siyasi lideri şəxsiyyət səviyyəsinə qaldıran keyfiyyətlər yeni perspektivləri çox asan duymağa qadir olan siyasi fəhm, cəmiyyətin inkişafına maneə törədən cəhətləri, stereotipləri aradan qaldırmağa qadir olan siyasi iradə və bir də xalqın dəstəyidir. Bu üç məqamı özündə birləşdirən bir şəxsiyyət cənab İlham Əliyev idi və indi biz onun fəaliyyətində ən vacib olan keyfiyyətlərin şahidiyik. Biz bilirik ki, Azərbaycan xalqı öz seçimində nə qədər haqlı idi.

Azərbaycan xalqı cənab İlham Əliyevi seçməklə çaşqınlığa və xaosa aparan “rəngli və rəngsiz inqilablara”, əyalət təfəkkürü və meydan psixologiyası ilə siyasət meydanına atılmış insanlara da yox dedi. Nə yazıqlar ki, o insanlar bu gün öz siyasi məğlubiyyətlərini sona qədər dərk edə, tarixi ətalətdən qurtara bilmirlər. Bu, artıq onların faciəsidir. Çünki tarixdə artıq bu insanlara yer yoxdur.

2003-cü ildən çox az vaxt keçibdir. Lakin bu az vaxt bizə imkan verir ki, həmin dövrü qiymətləndirə bilək və gələcək perspektivlərin nə qədər uğurlu olacağını qəti əminliklə deyək. Görülən işlərin son nəticəsi kimi deyə bilərik: istər ölkədaxili, istərsə də beynəlxalq mühitdə çox çevik uyğunlaşma siyasətinin həyata keçirilməsi, innovasiyaların müsbət potensialından səmərəli istifadə etmək üçün dövlət daxilində strukturlar, mexanizmlər yaradılması, böyük dövlət proqramlarının həyata keçirilməsi, milliliklə dövlətçiliyin gözəl ideallaşdırılmış tarazlığının yaradılması, Azərbaycanın beynəlxalq aləmdə nəinki gündəlik, hər an belə, tələb olunan özünütəsdiqi, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində aparılan ardıcıl siyasətin davamı. Bütün bunlar hazırda Azərbaycan cəmiyyətinin əldə etdiyi uğurlardır.

Onu da deyim ki, bu, yeni təşkilatlanmış Azərbaycan cəmiyyəti qarşısında olan vəzifələrin və onların reallaşmasının yalnız və yalnız kiçik siyahısıdır. Sabah yeni tələblər irəli sürüləcək, yeni vəzifələr ortaya qoyulacaqdır. Biz qəti əminik ki, möhtərəm Prezidentimiz bütün bu problemləri həll etmək iqtidarındadır və biz həmin siyasətin uğurlu nəticəsinin şahidi olacağıq.

Sonda kitabın bir məziyyəti haqqında fikirlərimi sizinlə bölüşmək istərdim. Kitab tarixi xronologiyadır, möhtərəm Prezidentimizin 5 ay ərzindəki fəaliyyətini əks etdirən sənədlər toplusudur. Bu kitabı vərəqlərkən bir anlığa fikirləşdim: olmamasından, bəlkə də az olmasından çox əziyyət çəkdiyimiz salnamə mədəniyyətinin bərpasına başlayırıq. Bu gün tarixçilərin hər biri deyə bilər ki, bir sıra bəlalarımızın da əsası elə bu salnamələrin ardıcıl yazılmamasıdır. Bəlkə də türk xaqanları, türk fatehləri qılınca önəm verdiyindən, qələmi arxa plana keçirmişdilər, buna görə bizim belə çətinliklərimiz var idi. Nə gözəl ki, bu əsərdə hər şey olduğu kimi, faktlara əsasən verilibdir.

Mən bütün tədqiqatçılara böyük hörmət hissi bəsləyirəm. Lakin fikirləşirəm ki, burada ayrı-ayrı şərhlər olsaydı, ayrı-ayrı fikirlər, yazılar olsaydı, bu, oxucunun müstəqil mühakiməsinə təsir göstərə bilərdi. Kitabın bu şəkildə tərtib olunması bir tarixi salnamədir və gələcək nəsillər də həmin fəaliyyəti oxuyacaq, həmin fəaliyyəti görəcək və müstəqil tərzdə fikirləşəcəkdir: nə gözəl ki, bizim ulularımız, əcdadlarımız belə böyük zəka və əməl sahibləri imiş!

Diqqətinizə görə sağ olun.

X X X

MİLLİ MƏCLİSİN MƏDƏNİYYƏT MƏSƏLƏLƏRİ DAİMİ

KOMİSSİYASI SƏDRİNİN MÜAVİNİ, PROFESSOR

RAFAEL HÜSEYNOVUN ÇIXIŞI

- Hörmətli cənab sədr!

Dəyərli dostlar, xanımlar və cənablar!

Hər bir insan da, hər bir millət də, hər bir dövlət də yola möhtacdır. Mənim nəzərimdə bu kitab yol haqqındadır. Bu kitab millət rəhbəri, unudulmaz Heydər Əliyevin həyatı boyu keçdiyi saysız-hesabsız yolların sonuncusu, ən kədərlisi və ən şərəflisi haqqındadır. Bu kitab Prezident İlham Əliyevin dövlətçilik həyatında keçdiyi ən məsuliyyətli yolun ən çətin başlanğıcı haqqındadır. Bu kitab Azərbaycan millətinin XXI yüzillikdə, üçüncü minillikdə gələcəyi, müqəddəratı ilə bağlı keçdiyi yol haqqındadır.

Sanki hər on ildən bir Azərbaycan xalqı tarixin çox ciddi seçimlər təklif edən yolayrıcında qalır. Bu kitab 2003-cü il haqqındadır. 2003-cü ildə Azərbaycan tarixin çox ciddi seçim təklif edən yolayrıcında idi. Amma 2003-cü ildən əvvəl 1993-cü il də olmuşdur. 1993-cü ildə də Azərbaycanın taleyi, müqəddəratı yolayrıcında idi, cox ciddi taleyüklü bir seçim qarşısında idi.

Süleyman Dəmirəlin unudulmaz Heydər Əliyev haqqında dediyi çox dəyərli bir söz var: Böyük dövlət adamları, böyük siyasətçilər dövlət işindən, siyasətdən aralananda belə, köhnə insanların dar günə saxladığı altun kimi dəyərini qoruyub hifz edir. Heydər Əliyev sanki taleyin, tarixin, Allahın o altun kimi, 1993-cü ildə Azərbaycanın müqəddəratının həll edildiyi günlərdə bu xalqa bağışladığı bir sərvət oldu. Azərbaycan istiqlalını qorudu, hifz etdi. Azərbaycanın müstəqilliyini arxada qalan illərin burulğanlarından, fırtınalarından keçirərək möhkəmləndirdi, sabit, güclü, iqtisadi cəhətdən yüksələn bir Azərbaycan yaratdı.

Heydər Əliyev, hər halda, çox xoşbəxt bir insan idi. Xoşbəxt bir insan idi ki, ömrü boyu yaratdığı ən böyük əsəri olan müstəqil, güclü, azad Azərbaycanı etibarlı əllərə, inandığı əllərə təhvil verərək dünyadan getdi. Məhz buna görə dünyadan nigaran getmədi.

Prezident İlham Əliyev 2003-cü ilin avqustunda Baş nazir təyin ediləndən az sonra, oktyabrın son günündə, Prezident seçildikdən sonrakı ilk böyük bəyanatında Heydər Əliyev xəttinə, Heydər Əliyev yoluna, Heydər Əliyev irsinə sadiq olacağını, Azərbaycanda bu siyasətin alternativi olmadığını bildirdi.

1918-ci ilin yay günlərində Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti ilk addımlarını atırdı və ilk Baş nazirimiz Fətəli xan Xoyski o zaman tarixdə hər zaman yaşayacaq sözlər dedi. Söylədi ki, biz istiqlalımızı qazanmışıq, müstəqilliyimizi elan etmişik. Bu istiqlal nə qədər yaşayacaq, bunu zaman göstərəcəkdir. Amma tarix qarşısında ilk ən böyük xidmətimiz bundan ibarətdir ki, bu istiqlalı yaratmışıq. Demək, artıq biz irs yaradırıq, bizim varislərimiz olacaqdır.

Prezident İlham Əliyev özündən əvvəlki yola sadiqliyini, varisliyini, sədaqətini elan edəndə təkcə Heydər Əliyev yoluna sadiqliyini bəyan etmirdi. Əslində, o, həm də Fətəli Xan Xoyskilərin, Əlimərdan bəy Topçubaşovların, Məmmədəmin Rəsulzadələrin, Nəsib bəy Yusifbəylilərin Azərbaycan istiqlalının tarixin içərisindən keçib gələn bu yoluna sədaqətini, sadiqliyini bəyan edirdi.

Düşünürəm ki, Azərbaycan xalqı 2003-cü ildə ən böyük seçimini etdi. Tarix felin şərt şəklini sevmir - filan cür olsaydı, filan cür olardı. Amma bir anlıq düşünək ki, tarix o cür yox, başqa cür cərəyan etsəydi, Azərbaycan hansı təhlükələrlə, hansı qorxulu uçurumlarla üzbəüz qala bilərdi? Nə yaxşı ki, tale Azərbaycan üçün, xalqımızın gələcəyi üçün dünya səviyyəsində düşünə bilən, müasir ağıl, zəka, intellekt sahibi, iradə sahibi, əzm sahibi İlham Əliyev kimi bir şəxsiyyət yetirmişdir. Əslində, İlham Əliyevi Azərbaycandan daha əvvəl Avropa seçmişdi. Çünki 2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası İlham Əliyevi bu təşkilatın vitse-prezidenti seçmişdi və 8 milyonluq bir xalqın övladı 800 milyon Avropa insanını birləşdirən mötəbərdən-mötəbər bir təşkilatın rəhbərlərindən birinə çevrilmişdi.

Mən xatırlayıram, 2002-ci ildə ümummilli liderimiz Avropa Şurası Parlament Assambleyasında iştirak edən nümayəndə heyətimizi qəbul edirdi, fəaliyyətlərimizi təhlil edirdi. Mən orada da söylədim ki, Siz bir ata olaraq fəxr edə bilərsiniz ki, bu cür yetkin, bu cür böyük ağıl, zəka sahibi olan övladınız var. Çünki biz Avropa Şurasında mübarizə meydanında onun hansı böyük üstünlüyə malik olduğunu, Avropa siyasətçiləri ilə müqayisədə bir baş ucada durduğunu yaxın məsafədən hər an görürük.

Azərbaycan tarix içərisindən keçərək çox mürəkkəb, enişli-yoxuşlu bir yolla irəliləyir. Bu kitab 2005-ci ilin yalnız 5 ayı haqqındadır və düşünürəm ki, bu, çox rəmzidir. Məhz o beş ayda Azərbaycanın gələcək taleyi müəyyənləşdi. Məhz o beş ayda Azərbaycanın bəlkə də yeni min ildə ən düzgün seçimi ortaya qoyuldu. Orta əsr müdrikinin sözü var ki, dünyanın qarışıqlığı təəccüblü deyil, təəccüblü olan insanların bu qarışıqlıqdan necə baş çıxarmasıdır. Prezident İlham Əliyevin böyük gücü ondan ibarət oldu ki, Azərbaycanı o çətin durumdan yeni yüksəlişlərə doğru ağılla, məharətlə, böyük siyasətçi və dövlətçi gücü ilə aparmağa qadir oldu.

Azərbaycan prezidentləri içərisində İlham Əliyevdən çətin bir yol başlayan olmayıbdır. Ən əvvəl ona görə ki, son dərəcə böyük bir sarsıntıdan, böyük bir itkidən sonra bu yol başlayıbdır. İkincisi isə o, Heydər Əliyevdən sonra Prezident kürsüsündə hakimiyyətə başlayıbdır. Hətta Heydər Əliyev hakimiyyətə gələrkən, Prezident kürsüsünə keçərkən onun vəziyyəti İlham Əliyevlə müqayisədə daha rahat idi. Çünki özündən daha zəif insanların yerinə gəlmişdi.

Təsəvvür edin ki, Heydər Əliyev kimi böyük bir siyasət nəhəngindən sonra Prezident kürsüsündə əyləşmək və bu yolu davam etdirmək nə qədər ağırdır, nə qədər çətindir. İlham Əliyev bu yükün öhdəsindən gələ bildi. İlk bəyanatlarından, ilk çıxışlarından birində söyləmişdi ki, mən hər bir azərbaycanlının Prezidenti olacağam və yaxşı Prezident olacağam. 2004-cü il, 2005-ci il arxada qalıb, Prezident İlham Əliyev fəaliyyəti ilə sübut edib ki, o, hər bir azərbaycanlının Prezidentidir və yaxşı Prezidentdir.

Mən inanıram ki, 2004-2005-ci illər haqqında da sənədləri, müsahibələri, fotoları bu cür xronoloji ardıcıllıqla düzən bir kitab, əsər ortaya qoyulacaqdır. Amma 2003-cü ilin 5 ayı haqqında bu kitabın mənası, fəlsəfəsi çox dərindir. Çünki bütün kitabların mahiyyəti, vəzifəsi yalnız suallara cavab vermək deyil, həm də çox suallar ortaya qoymaqdır. Bu kitab çoxlu suallar ortaya qoyur, düşüncələr oyadır. Bu sualların, düşüncələrin hamısı Azərbaycanın gələcəyi ilə bağlıdır.

İki min dörd yüz il əvvəl böyük yunan filosofu Epikur deyirdi: “Gərək, yol gedərkən elə gedəsən ki, yolun sonu yolun əvvəlindən daha yaxşı olsun”. Bu sözü ağıllı bir insan bu gün də deyə bilər. Amma iyirmi dörd əsr əvvəl söylənmiş bu sözü indi iqtibas gətirərkən məqsədim bir də odur ki, yol haqqında düşüncənin, qənaətin iki min il keçəndən sonra dəyişmədiyini bir daha göstərim.

Bu kitabın üz qabığında Prezident İlham Əliyevin şəkli var. Kitabın üz qabığında Prezident İlham Əliyevin bir mühüm dövlət sənədini imzalayarkən çəkilmiş fotosu da ola bilərdi. Prezident İlham Əliyevin böyük bir müəssisənin açılışının lentini kəsərkən çəkilmiş fotosu da ola bilərdi. Bu kitabın üz qabığında Prezident İlham Əliyevin hansısa mötəbər bir kürsüdən çıxışı zamanı çəkilmiş fotosu da ola bilərdi. Amma bu kitabın üz qabığında yol gedən Prezident İlham Əliyevin şəkli var. Prezident İlham Əliyev yol gedir, Azərbaycan tarixi içərisində yol gedir. Mən inanıram ki, Prezident İlham Əliyev Azərbaycanı, millətimizi tarixin sınaqlarından uğurla keçirərək, layiq olduğu xoşbəxt, uğurlu gələcəyə çatdıracaqdır. Mən buna bütün varlığımla inanıram.

Sağ olun.

X X X

RAMİZ MEHDİYEV: Beləliklə, nəzərdə tutulmuş bütün məruzəçilər öz sözlərini dedilər. Eşitdiyimiz sözlərə, fikirlərə görə mən öz təşəkkürümü, minnətdarlığımı bildirirəm. Gəlin, Rafael müəllimin dediyi kimi, bu yolda cənab Prezident İlham Əliyevə sədaqətli yolçu olaq və kömək göstərək. Sağ olun.

X X X

Təqdimat mərasimində Prezidentin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin yüksək vəzifəli şəxsləri, nazirlər, komitə, şirkət rəhbərləri, deputatlar, elm xadimləri, ziyalılar iştirak edirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb