Prezidentin köməkçisi: Bu il startapların sayı 3 dəfə artıb

Bakı, 30 noyabr, AZƏRTAC
“Ötən illə müqayisədə bu il startapların sayı 3 dəfə artıb”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “InMerge Innovation Summit”də çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hökumətlər sənaye, elmi dairələr və startaplar arasında əlaqələrin gücləndirilməsi istiqamətində işlər görməlidirlər.
“Xalqımızın innovasiyaların öncüllüyündə böyük tarixçəsi var. Azərbaycan öz unikal mədəni tarixini qorumaqla innovasiyaların mənimsənilməsi istiqamətində öz səylərini göstərir. Texnoloji parkların yaradılması, əlverişli biznesin yaradılması sahəsində bütün sektorlarda innovasiyalara nail olmuşuq, BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri üçün kompleks tədbirlər nəzərdə tutulur. Milli prioritetlərimizdən biri də təmiz mühit və yaşıl artım ölkəsinin yaradılmasıdır. Hər bir xalqın rifahı üçün təhsilin mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq hökumət tərəfindən gənclərin dünyanın ali təhsil müəssisələrində təhsil alması üçün əlverişli mühit yaradılıb. Gənclərin İKT sahəsində bacarıqlarının inkişafı üçün təqaüdlər verilir", - deyə Ş.Mövsümov qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2025 [17:09]
® “Birbank”ın dəstəyi ilə Vəfa Musayeva bayrağımızı Everest zirvəsinə sancıb
- 22.05.2025 [17:05]
“Vergi və hesabatlılıq” işçi qrupunun iclası keçirilib
- 22.05.2025 [15:25]
® “Azerçay” çay plantasiyalarına mediatur təşkil edib
- 22.05.2025 [15:20]
Dağıstan nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında olub
- 22.05.2025 [14:34]