Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezidentin növbəti uğurlu addımı: Çin səfərinin strateji-tarixi və geosiyasi aspektləri

Prezidentin növbəti uğurlu addımı: Çin səfərinin strateji-tarixi və geosiyasi aspektləri

Azərbaycan Prezidenti İlham Əliyevin hər bir xarici səfəri xüsusi əhəmiyyət kəsb edir. Növbəti Çin səfərinin də çox uğurlu olduğunu qətiyyətlə demək olar. Bunun strateji, tarixi və geosiyasi əhəmiyyəti barədə analitik və ekspertlər fikir bildirir, mətbuatda şərhlər verilir. Lakin məsələ o dərəcədə geniş və dərindir ki, yeni təhlillərə ehtiyac vardır. Səfər çərçivəsində olduqca vacib sənədlər imzalanıb. Dövlət başçılarının imzaladıqları bəyannamədə isə regional və qlobal əhəmiyyətli məqamlar öz əksini tapıb. Geniş bir geosiyasi məkanda keyfiyyətli və perspektivli əməkdaşlıq modelinin meydana gəlməkdə olduğunu vurğulamaq gərəkdir. Tərəflər həmin istiqamətdə birgə fəaliyyət göstərməkdə qərarlı olduqlarını, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığın Avropa ilə Asiya arasında möhkəm dostluq körpüsünün yaradılması prosesinə xüsusi töhfə verəcəyinə əminliklərini bəyan ediblər. Bu tarixi səfərin həm də Azərbaycan diplomatiyasının zəfəri olduğuna şübhə yoxdur.

Cənubi Qafqazın lideri: yeni tarixi imza

Azərbaycan Prezidentinin Çinə səfərinə əvvəlcədən böyük maraq vardı. Hazırda dünyada baş verən geosiyasi proseslərin fonunda iki ölkə arasındakı münasibətlərin məzmununun aktuallığı dərk edilirdi. Çünki Çin supergüclərdən biri, dünyanın ikinci iqtisadi gücü, Azərbaycan isə sürətlə inkişaf edən və Cənubi Qafqazın lider dövləti səviyyəsinə yüksəlmiş ölkədir. Onun coğrafi mövqeyi Avropa ilə Asiya arasında mühüm körpü rolu oynaya biləcəyinə dəlalət edir. Ən əhəmiyyətlisi isə ondan ibarətdir ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasi, iqtisadi və enerji sahəsindəki islahatlar çox səmərəlidir.

Pekində onu da yaxşı anlayırlar ki, rəsmi Bakı müstəqil xarici siyasət yeridir. Hansı dövlətlərlə necə əlaqələr qurmasını Azərbaycanın yalnız özü müəyyənləşdirir. Buna görə də dövlət başçısının hər hansı ölkəyə səfərinə çox ciddi yanaşılır, bir lider kimi söylədiyi fikirlərə etibar edilir. Rəsmi Pekinin Azərbaycan Prezidentini çox yüksək səviyyədə qarşılaması və onunla qlobal əhəmiyyətli problemləri müzakirə etməsi heç də təsadüfi deyil.

Bununla bağlı Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini, Administrasiyanın xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun ölkə rəhbərinin Çinə səfəri haqqında söylədiyi fikirlər bir çox istiqamətləri təhlil etməkdə faydalıdır. O, səfərdən sonra Bakıda jurnalistlərə verdiyi müsahibədə deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri forma, məzmun və status baxımından tarixidir" (bax: Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri tarixi hadisədir / AZƏRTAC, 14 dekabr 2015).

Novruz Məmmədov ona diqqəti yönəldib ki, hər bir dövlətdə ildə iki və ya üç səfərə dövlət səfəri statusu verilir. Prezident İlham Əliyevin "səfərinə bu statusun verilməsi xüsusi yanaşmanın göstəricisidir" (bax: əvvəlki mənbəyə). Azərbaycan Prezidenti Administrasiyasının rəhbərinin müavini daha sonra iki ölkə arasında imzalanan sənədlərin geniş sahələri əhatə etdiyini və dərin məzmunlu olduğunu ifadə edib.

Onu da deyək ki, Azərbaycan Prezidenti Çinə səfəri çərçivəsində İpək Yolunun başlanğıcı sayılan Sian şəhərinə də baş çəkib. Çin Xalq Respublikasının Sədri Si Cinpin bu şəhərdə anadan olub və onun indi əsas hədəflərindən biri İpək Yolu zolağının yaradılmasıdır. Bu aspektdə də səfərin forması ilə məzmunu arasında sıx əlaqənin olduğu aydın görünür.

Şübhəsiz ki, Novruz Məmmədovun vurğuladığı və geniş təhlilini verdiyi həmin məqamlar qürur hissi yaradır. Eyni zamanda, ölkə başçısının həyata keçirdiyi siyasət müstəvisində bunlar çox əhəmiyyətlidir. Lakin hazırda qlobal səviyyədə çox mürəkkəb geosiyasi-hərbi proseslər gedir, müxtəlif sahələri böhran bürüyüb. Geosiyasi proseslərin ağırlıq mərkəzi getdikcə Şərqə keçir. Belə bir şəraitdə Prezident İlham Əliyev strateji əhəmiyyətli addım atıb.

Reallıqlar və perspektivlər: iki məqamın sintezi

Həmin prizmadan Pekində imzalanan sənədlər olduqca perspektivli və real nəticələr verən məqam təsiri bağışlayır. Tərəflər ümumilikdə 10 sənəd imzalayıblar ki, onun da 6-sı iqtisadiyyatı, nəqliyyatı və enerji sahəsini əhatə edir. Digərləri hüquqi, elmi və ekoloji sferalara aiddir. Bir mühüm sənəd isə dövlət başçılarının imzaladıqları "Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə"dir.

Bakı və Pekin "İpək Yolu İqtisadi Kəməri"nin yaradılması və birgə həyata keçirilməsi haqqında razılığa gəliblər (bax: Баку и Пекин вместе займутся созданием "Шелкового пути"/"Вестник Кавказа", 11 dekabr 2015). Bu, geosiyasi əhəmiyyətli bir proqramdır. Faktiki olaraq söhbət Avropa ilə Asiyanın birləşdirilməsindən gedir.

Çin bu Yolun Şərq tərəfdə başlanğıcıdırsa, Azərbaycan mühüm tranzit məkanıdır. Özü də burada yalnız Qərb-Şərq istiqaməti nəzərdə tutulmur - ÇXR-in Sədri Si Cinpinin vurğuladığı kimi, Azərbaycan Şimal-Cənub istiqamətində də vacib rol oynaya bilər. Azərbaycana çatan istənilən malı hər iki istiqamətdə daşımaq mümkündür. Bununla da həm Qərb dövlətlərinin, həm də Uzaq Şərq ölkələrinin dünyanın müxtəlif regionları ilə ucuz, rentabelli əlaqələr yaratmaq imkanı meydana gəlir.

Həmin çərçivədə beynəlxalq münasibətlərdə vacib rol oynayan bir məqamı vurğulamaq gərəkdir. Biz Azərbaycanın bir dövlət olaraq etibarlı tərəfdaş və bütün dünya üçün əhəmiyyəti olan enerji layihələrinin təşəbbüskarı olmasını nəzərdə tuturuq. Rəsmi Bakı bu qüdrətini konkret addımları ilə sübut edib. Şübhə yoxdur ki, Çin kimi böyük bir dövlət bütün bunları yaxşı görür və buna görə də Azərbaycana stavka etməkdən çəkinmir.

Pekindəki görüş zamanı Azərbaycan Prezidentinin Çinin böyük şirkətlərini ölkəmizə sərmayə qoymağa dəvət etməsinin maraqla qarşılanmasının arxasında da həmin incə məqamlar dayanır. Prezident İlham Əliyev qeyri-neft sektorunun daha da sürətlə inkişafı üçün bunun vacibliyini xüsusi qeyd edir. Çinin informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, qeyri-ənənəvi enerji sahələri ilə məşğul olan şirkətləri də gözəl başa düşürlər ki, Azərbaycana yatırılan sərmayələr hədər getmir. Burada sabitlik hökm sürür, sahibkarlıq üçün əlverişli mühit var, iqtisadiyyat dinamik inkişafdadır, kənar təsirlərdən asılı deyil və bu səbəblərdən xeyli qazanc götürmək olar.

Neftin qiymətinin sürətlə aşağı düşməsi fonunda bu məsələ ciddi əhəmiyyət daşıyır. Azərbaycan dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatı ilə sıx əməkdaşlığa nail ola bilirsə, onda bütün sahələrdə irəliləyiş əldə etmək şansı da xeyli artır. Çin də bunda maraqlıdır.

Birincisi, qlobal səviyyədə Vaşinqton-Pekin rəqabəti davam edir. Çin üçün əməkdaşlıq dairəsini genişləndirmək çox vacibdir. İkincisi, Pekinin Avropa ölkələrinə qısa yolla çıxış əldə etməyə ciddi ehtiyacı var. Avropa İttifaqı bazarında öz varlığını genişləndirməklə Çin inkişaf templərini və bütövlükdə tərəqqi üçün perspektivlərini saxlamış olur.

Üçüncüsü, dünyada baş verən hadisələr göstərir ki, enerji sahəsində gözlənilməz trendlərin meydana gəlməyəcəyinə təminat yoxdur. Bu səbəbdən Pekin Mərkəzi Asiya, Qafqaz, Yaxın Şərq və Afrika istiqamətlərində xüsusi addımlar atmaqda maraqlıdır. Bütün bu marşrutlar isə Azərbaycandan keçir.

Dördüncüsü, son zamanlar KİV məlumat yayıb ki, Çinin bir sıra əyalətlərində iqtisadi inkişaf göstəriciləri bir qədər şişirdilib. Nəticədə, ölkənin inkişaf mənzərəsi reallıqdan uzaq olub. Rəqəmlərin saxtalaşdırılması (sovet dövrünün "pripiskaları") yanlış proqnozların verilməsinə yol açır ki, bu da strateji aspektdə Çini bir dövlət olaraq çox çətin vəziyyətə sala bilər. İndi mütəxəssislər Pekinin "orta gəlir" sindromu ilə mübarizə aparmalı olduğu qənaətindədirlər (bax: Первая пятилетка Си Цзиньпина: бой спиной к реке/"Независимая газета", 14 dekabr 2015).

Geniş əməkdaşlıq modeli: müxtəlif sahələrin vəhdəti

Yuxarıda vurğulanan məqamlardan aydın olur ki, rəsmi Pekinin Azərbaycan kimi tərəfdaşa böyük ehtiyacı var. Ekspertlər həmin reallığı nəzərdə tutaraq imzalanan sazişlərin həyata keçəcəyinə əmindirlər. Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Prezidenti ilə görüşündə hər iki ölkənin 2020-ci ilə qədər xüsusi inkişaf konsepsiyasının olduğunu ayrıca qeyd edib. Çin supergüc kimi böyük planlar üzərində işləyir. Çin şirkətləri energetika, yüksək texnologiyalar, kənd təsərrüfatı, informasiya-kommunikasiya sistemləri və başqa sferalarda geniş fəaliyyət göstərirlər. Azərbaycanla Çin arasında bu istiqamətləri əhatə edən əməkdaşlığın qurulmasında heç bir maneə yoxdur.

Bunlardan başqa, Pekin humanitar, mədəni, parlamentlərarası əlaqələrin, gənclər təşkilatları arasında əməkdaşlığın perspektivlərinə də inandığını nümayiş etdirib. Dünyada terrorizm, təcavüzkar separatizm təhdidlərinin olduğu bir şəraitdə Azərbaycanla Çin arasında təhlükəsizlik sahəsində də əməkdaşlığa ehtiyac yaranıb. Bu, regionda baş verən proseslərə çox müsbət təsir göstərə bilər (bax: Azərbaycan-Çin sənədləri imzalanıb/AZƏRTAC, 10 dekabr 2015).

Bütün bu məqamların strateji əhəmiyyətini əlavə qeyd etməyə ehtiyac yoxdur. Çünki indi dünyada cərəyan edən və təşviş doğuran çoxlu sayda proseslər sübut edir ki, dünyada gərginliyin zəiflədilməsində qarşılıqlı faydalı əməkdaşlıq modelləri böyük rol oynayır. Təhlükəsizlik sahəsində geniş əlaqələrin qurulub inkişaf etdirilməsi Asiya ilə yanaşı, Cənubi Qafqazda da geosiyasi mənzərəyə müsbət təsir göstərə bilər. Bu bağlılıqda dövlət başçılarının imzaladıqları birgə bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə xüsusi yer ayrılıb.

Pekin münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə tərəfdar olduğunu bəyan edib. Birgə bəyannamədə həmin müddəanın yer alması siyasi və geosiyasi məna daşıyır. Çünki bununla Çin rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü nəinki dəstəkləmiş olur, həm də münaqişənin bu prinsip əsasında aradan qaldırılmasını istədiyini bildirmiş olur. Beynəlxalq təşkilatların da analoji sənədləri qəbul etdikləri məlumdur. Deməli, Ermənistanın beynəlxalq qanunlar çərçivəsində Azərbaycana qarşı hansısa iddia irəli sürmək şansı qalmır.

Çin tərəfinin Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində ədalətli həllinə tərəfdar olması hər şeydən əvvəl Azərbaycan rəhbərliyinin yeritdiyi uğurlu xarici siyasi kursla bağlıdır. Ölkə başçısı Pekində bəyan edib ki, Azərbaycan "Vahid Çin" prinsipinə dəstək verir (bax: Geniş tərkibdə görüş/AZƏRTAC, 10 dekabr 2015).

Bunun rəsmi Pekin üçün nə dərəcədə aktual olduğu məlumdur. Məsələ burasındadır ki, bir sıra xarici qüvvələr Çində radikal və separatçı əhval-ruhiyyə yaratmağa cəhdlər edirlər. Hətta bu məqsədlə dəfələrlə terror aktları da törədilib. Dünyanın bir sıra regionlarında separatizmin kənardan alovlandırılması mexanizminə diqqət etsək, analoji halların Çində də baş qaldırması ehtimalının mövcudluğunu qəbul etməliyik. Konkret deyilsə, Çin nə qədər güclü olsa da, onu da terrorun təhdid etdiyini etiraf etmək gərəkdir. Separatçılıq bu böyük ölkəni də ciddi çətinliklərə düçar edə bilər.

Ortaq fəaliyyətin istiqamətləri: separatizmlə mübarizə və regional təşkilatlarla əməkdaşlıq

Buradan iki mühüm nəticə çıxarmaq olar. Əvvəla, Çin dünyanın hər hansı bir regionunda separatizmə dəstək verərsə, onda bundan özü ziyan çəkər. O cümlədən Dağlıq Qarabağdakı separatçı rejimi heç bir geosiyasi bəhanə ilə dəstəkləmək doğru addım sayıla bilməz. İkincisi, Pekin nəinki radikal separatizmi dəstəkləməməli, həm də ona qarşı mübarizə aparmalıdır.

Azərbaycan da terror və separatizmdən əziyyət çəkən bir ölkə kimi məsələnin bu aspektində maraqlıdır. Təbii olaraq, rəsmi Bakı bütün dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır. Bu səbəbdən dövlət başçısının "Vahid Çin" prinsipinə tərəfdar olduğunu xüsusi vurğulaması bütövlükdə Azərbaycanın xarici siyasətinin məzmunu ilə sıx bağlıdır.

Çox əlamətdardır ki, Azərbaycan rəhbəri bu məsələyə geniş siyasi, geosiyasi və iqtisadi kontekstdə qiymət verib. O, Si Cinpinlə görüşdə deyib: "Bu gün biz münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək bir sıra mühüm sənədlər imzalayacağıq. Onların arasında, əlbəttə, Sizinlə bərabər imzalayacağımız Bəyannaməni xüsusi qeyd etmək istərdim. Həmin Bəyannamə bizim niyyətlərimizi əks etdirir. Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə Sizin təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk" (bax: əvvəlki mənbəyə).

Prezidentin yuxarıdakı fikirlərindən aydın olur ki, iki ölkə nəzərdə tutduqları əməkdaşlığı inkişaf etdirmək üçün müxtəlif istiqamətlərdə, o cümlədən regional və beynəlxalq təşkilatlarda daha sıx əlaqələr qurmağı planlaşdırırlar. Həmin xüsusda Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BMT-nin rolunu ayrıca vurğulamaq istərdik.

ÇXR-in Sədri Azərbaycanın ŞƏT-də "Dialoq üzrə tərəfdaş" statusunu almasına böyük önəm verdiyini və Azərbaycan Prezidentinin bu istiqamətdə fəal addımlar atdığını xüsusi vurğulayıb. Çin rəhbəri həmin kontekstdə bildirib: "Cənab Prezident Çin xalqının köhnə dostudur. Siz Çin-Azərbaycan münasibətlərinin inkişafı üçün daim səy göstərirsiniz. Keçən ilin mayında Siz Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Sammitində iştirak edirdiniz. Bu Sammit çərçivəsində biz ikitərəfli münasibətlərə və qarşılıqlı maraq doğuran problemlərə dair fikir mübadiləsi apardıq, geniş əhatəli məsələlərə dair qarşılıqlı anlaşmaya nail olduq" (bax: əvvəlki mənbəyə).

Öz növbəsində Azərbaycan Prezidenti Çin dövlət başçısının ölkəmizin ŞƏT-ə "Dialoq üzrə tərəfdaş" statusunda qoşulmasında böyük dəstəyini xatırladıb. Deməli, artıq iki ölkə rəhbərliyinin əməkdaşlığının konkret nümunələri də mövcuddur. Regional səviyyədə həmin istiqamətdə yeni addımlar atılması və Çindən başlayaraq Mərkəzi Asiyanı da əhatə etməklə Qafqaza qədər geniş bir ərazidə Azərbaycan-Çin əlaqələrinin yeni nümunələrinin meydana gəlməsi mümkündür. Bununla yanaşı, iki dövlətin siyasi dialoq və beynəlxalq təşkilatlarda ortaq fəaliyyətlərini genişləndirmək haqqında razılığa gəlməsinin də çox mühüm tərəfi var.

BMT faktoru: "ağıllı güc"lə "Böyük Çin səddi"nin aşılması

Biz, hər şeydən əvvəl, BMT çərçivəsində mümkün əməkdaşlığı nəzərdə tuturuq. Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Onun hər hansı qərara veto qoymaq, konkret təşəbbüslərlə çıxış etmək hüququ vardır. Azərbaycanla Çin arasında geniş strateji tərəfdaşlığın yaranması hər iki ölkə üçün BMT çərçivəsində uğurlu fəaliyyət göstərmək şansını artıracaq. Xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş 4 qətnamənin yerinə yetirilməsinə Pekin təkan verə bilər.

Məsələnin bu cür qoyuluşu Novruz Məmmədovun səfərin tarixiliyi ilə bağlı yuxarıda vurğuladığımız tezisinin işığında daha dolğun görünür. Çünki ortada iki dövlətin müxtəlif sahələr üzrə real əməkdaşlıq imkanları vardır. Müasir dünyanın geosiyasi mənzərəsini və Qərbin enerji xəritəsini dəyişə biləcək nəhəng layihələrdə Azərbaycan və Çin ciddi rol oynayırlar. İpək Yolu İqtisadi Kəməri və yeni enerji layihələri bu xüsusda daha çox önəm verilməli olan faktorlardandır.

Burada Mərkəzi Asiya ölkələrinin də prosesə dəstək verdiyini ayrıca qeyd etmək gərəkdir. Hazırda Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Qırğızıstan Çinlə müxtəlif sahələrdə sıx əməkdaşlıq layihələri üzərində işləyirlər. Bu sırada həmin region dövlətlərinin Pekinlə birgə enerji layihələrini reallaşdırması və sərmayə qoyuluşunu artırması diqqəti çəkir. Belə çıxır ki, Azərbaycanla Çin arasında əməkdaşlığın bir neçə "aralıq məntəqələri" vardır ki, onların da strateji və geosiyasi əhəmiyyəti danılmazdır.

Bunlar təsdiqləyir ki, iki ölkə arasındakı əlaqələrə sadə hal kimi baxmaq düzgün deyil. Söhbət strateji mənalı böyük əlaqələr sisteminin iki mühüm tərkib hissəsindən gedir. Əhməd Davudoğlunun "Azərbaycan regionun parlayan ulduzudur" tezisinin məna çalarlarından biri də məhz bundan ibarətdir. Deməli, Çin BMT çərçivəsində Azərbaycana dəstək verə bilər və bu həm də onun maraqlarına uyğundur.

Maraqlıdır ki, Bakı ilə Pekin arasında əlaqələrin strateji aspekti yuxarıda vurğulanan məqamlarla məhdudlaşmır. Si Cinpinin də xüsusi qeyd etdiyi humanitar və mədəni sahələrdə əməkdaşlıq perspektivlərinin yüksək olması faktı ayrıca təhlil tələb edən mövzudur. Məsələnin iki tərəfini göstərmək olar. Birinci tərəf həmin sahələrdə əlaqələrin dərin tarixi köklərinin olması ilə bağlıdır.

Çinin Renmin Universitetinin rektoru Liu Vey Azərbaycan Prezidentinə tarix üzrə fəxri professor diplomunu təqdim etmə mərasimində çıxışı zamanı bu bağlılıqda deyib: "Çin və Azərbaycan qədim tarixə, parlaq sivilizasiyaya malik olan ölkələrdir. Azərbaycan Avrasiyanın ürəyində yerləşir. Bu ölkə Şərq və Qərb mədəniyyətlərinin birləşməsinə şahidlik edir, habelə müxtəlif xalqların, dinlərin və mədəniyyətlərin bir-biri ilə kəsişdiyi məkandır. Xalqlarımız arasındakı uzunmüddətli dostluq əlaqələri iki min il əvvələ - qədim İpək Yolunun başlanğıcına qədər uzanır. İpək Yolu və onun üzərindəki şəhərlər müntəzəm inkişaf edirdi. Bu qədim şəhərlərdən biri olan Bakı İpək Yolunun incisi kimi dünyada məşhurlaşmışdı. İpək Yolu vasitəsilə Çinin gözəl ipəyi Azərbaycana, Azərbaycanın nadir xalçaları və daş duzu isə Çinə gətirilirdi" (bax: Azərbaycan Prezidenti İlham Əliyevə Çinin Renmin Universitetinin "Tarix üzrə fəxri professor" diplomu təqdim edilib/AZƏRTAC, 12 dekabr 2015).

İkinci tərəf isə Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqda fəal iştirakı, onun sözün həqiqi mənasında multikulturalizm məkanı olması ilə əlaqəlidir. Təbii ki, Pekin belə bir ölkə ilə humanitar sahədə əməkdaşlığın yalnız səmərəli olacağını qəbul edir. Əsas isə odur ki, Azərbaycanın xarici siyasətində bu məqam ciddi yer tutur. Müasir geosiyasi nəzəriyyə terminologiyası ilə deyilsə, rəsmi Bakı "ağıllı güc" strategiyasını həyata keçirir. Məlumdur ki, Çin də daha çox "müdrik güc" deyilən strategiyanı reallaşdırır. Beləliklə, hər iki ölkə "ağıllı güc" aspektində perspektivli tərəfdaş olmaq şansına malikdirlər. Bunun nə dərəcədə əhəmiyyətli olduğunu qeyd etməyə ehtiyac yoxdur.

Yuxarıda aparılan təhlil Azərbaycan Prezidentinin Çin səfərinin zəngin strateji və tarixi aspektlərinin olduğunu təsdiqləyir. İki ölkə rəhbərliyinin qarşılıqlı səmimi əməkdaşlığı inkişaf etdirməsindən bütövlükdə dünyanın faydalana biləcəyinə şübhə yoxdur. Bunun məhz belə olacağına inanırıq.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanovun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb

Vaşinqton razılaşmaları: Sülh və strateji tərəfdaşlıq oyun qaydalarını dəyişir – TƏHLİL