Azərbaycan Dövlət İnformasiya Agentliyi

“PROFESSOR ƏZİZ ƏLİYEV” TANKERİNİN İSTİSMARA VERİLMƏSİ VƏ YAXT-KLUBUN TƏNTƏNƏLİ AÇILIŞ MƏRASİMİ

Sentyabrın 5-də Xəzər Dəniz Gəmiçiliyinin yeni inşa edilmiş “Professor Əziz Əliyev” tankerinin istismara verilməsi və Milli Parkda tikilmiş Yaxt-klubun açılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.

Azərbaycanın Baş naziri İlham Əliyev mərasimdə iştirak etmişdir.

Baş nazir Gəmiçiliyin əməkdaşlarını, mərasimdə iştirak edən dövlət və hökumət nümayəndələrini səmimiyyətlə salamladı, xarici qonaqlarla görüşdü. O, tankerin istismara verilməsini və Yaxt-klubun rəsmi açılışını bildirən qırmızı lenti kəsdi və uğurlar arzuladı.

Kapitan Faiq Xəlilov “Professor Əziz Əliyev” adına tankerin hazırlıq vəziyyəti barədə raport verdikdən sonra Baş nazir gəmi ilə yaxından tanış oldu. Məlumat verildi ki, avqustun 18-də Rusiyanın Nijni Novqorod şəhərindəki “Krasnoye Sormovo” zavodunda “Professor Əziz Əliyev” tankerində Azərbaycanın dövlət bayrağı təntənəli şəkildə qaldırılmışdır. Tanker Xəzər Dəniz Gəmiçiliyinin “Krasnoye Sormovo” zavodu ilə bağladığı müqaviləyə əsasən inşa olunmuşdur. Bu, Gəmiçiliyin sifariş etdiyi 4 gəmidən birincisidir. 8 min ton neft və neft məhsulları daşımaq gücünə malik olan, ən müasir texniki avadanlıqla təchiz olunmuş tankerin uzunluğu 141, eni isə 16,9 metrdir. Əsas sistemləri İngiltərədə istehal olunmuşdur və gəmi kompüter sistemi ilə idarə edilir.

Baş nazir İlham Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazdı və tankerin istismara başlamasını bildirən düyməni basdı.

Kapitan Faiq Xəlilov xatirə olaraq “Professor Əziz Əliyev” tankerinin maketini Baş nazirə təqdim etdi.

Sonra Baş nazir İlham Əliyev Yaxt-kluba gələrək, burada idmançılar üçün yaradılmış şəraitlə yaxından tanış oldu, ayrı-ayrı otaqlara baxdı.

Sonra Yaxt-klubun iclas salonunda təntənəli açılış mərasimi oldu.

Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.

Mərasimi Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirov açaraq dedi ki, Prezidentimiz Heydər Əliyevin Gəmiçiliyin kollektivinə bəslədiyi xüsusi münasibət hər bir dənizçiyə yaxşı məlumdur. Onlar bu diqqət və qayğını gündəlik işlərində daim hiss edir və yüksək etimadı öz fədakar əməkləri ilə doğrultmağa çalışırlar.

Azərbaycanın Xəzərdəki mövqeyini zəiflətmək üçün 1990-cı illərin əvvəllərində müəyyən qüvvələrin təsiri ilə Gəmiçiliyi parçalamağa cəhdlər göstərilsə də, o zaman məhz cənab Heydər Əliyevin qətiyyəti respublika üçün strateji əhəmiyyəti olan dəniz nəqliyyatını qoruyub saxlamağa imkan verdi. Daha sonra Prezidentimizin köməyi ilə dəniz nəqliyyatının inkişafına təkan verən bir çox ciddi addımlar atıldı. Onların nəticəsidir ki, biz nəinki milli nəqliyyat donanmamızı qoruyub saxlamağa, hətta, onu planlı şəkildə yeniləşdirməyə nail olmuşuq.

A.Bəşirov bildirdi ki, keçən il quru yük daşıyan “Maestro Niyazi” gəmisini almışıq. “Professor Əziz Əliyev” gəmisi də Gəmiçiliyin, “Krasnoye Sormovo” zavodu ilə bağladığı müqaviləyə əsasən, öz vəsaiti hesabına inşa etdirdiyi 4 tankerdən birincisidir.

Gəmiçiliyin rəisi Yaxt-klubun da qısa bir vaxt ərzində özlərinin vəsaiti və qüvvəsi ilə tikildiyini, Milli Parkımızın yaraşığına çevrilən bu obyektdə Prezident Heydər Əliyevin köməyi sayəsində açılışı mümkün olmuş Azərbaycan Dövlət Dəniz Akademiyası müdavimlərinin məşqlər keçdiyini, keçən ilin oktyabr ayında Həştərxanda yarışlarda onların ikinci yer tutduğunu vurğuladı.

A.Bəşirov mərasim iştirakçılarını təbrik etdi, Baş nazir İlham Əliyevə və qonaqlara, Əziz Əliyevin ailə üzvlərinə minnətdarlığını bildirdi.

Sonra çıxış edən Nijni Novqorodun “Krasnoye Sormovo” zavodunun direktoru Nikolay Jarkov başçılıq etdiyi kollektivin Azərbaycanla əməkdaşlığının tarixindən, müasir dövrdə bu əməkdaşlığın konkret nəticələrindən danışdı, indi istismara verilən tankerin texniki imkanlarının Avropa standartlarına uyğun olduğunu söylədi.

İkinci tankerin hazırda sınaqdan çıxarıldığını, oktyabrın əvvəllərində Bakıda olacağını vurğulayan qonaq dedi ki, biz 1990-cı illərə qədər əslində, yalnız sualtı atom və dizel qayıqları inşa edirdik. Bunların inşası məsələsinə Siyasi Büroda daim baxırdılar. Siyasi Büroda Heydər Əliyeviç Əliyev tərəfindən həmişə çox böyük dəstək olurdu. O, sualtı atom qayığı inşa etməyin nə demək olduğunu yaxşı bilirdi və biz onun dəstəyini həmişə hiss edirdik. Odur ki, indi biz Heydər Əliyeviç Əliyevə ürəkdən cansağlığı diləyirik. Arzu edirik ki, ölkənizdə hər şey yaxşı və daim əmin-amanlıq olsun. Biz bu ümidlə yaşayırıq ki, münasibətlərimiz daha da yaxşılaşacaq, möhkəmlənəcəkdir. Prezidentlərimiz Vladimir Vladimiroviç Putin ilə Heydər Əliyeviç Əliyev arasındakı dostluq onun rəhnidir ki, ölkələrimizin iqtisadiyyatı inkişaf edəcək, xalqlarımızın rifahı yüksələcəkdir. Zənnimcə, Sovet İttifaqının süqutundan sonra, hamımızın vəziyyətinin yaxşı olmadığı vaxtlarda düzgün xətt götürüldü və buna görə də biz əməkdaşlığımızın inkişafı üçün bir-birimizə çox kömək və etibar etməliyik.

Xəzər Dəniz Gəmiçiliyi istismar idarəsinin işçisi Sakit Məlikov, əməkdar idman ustası, boksçu Rövşən Hüseynov mərasimdə çıxış edərək, Gəmiçiliyin kollektivindən 4 nəfərin “Şöhrət” ordeninə, 14 nəfərin isə “Tərəqqi” medalına layiq görülməsini dövlətin dənizçilərə böyük qayğısı kimi qiymətləndirdilər. Onlar bildirdilər ki, Azərbaycan məhz Prezident Heydər Əliyevin fəaliyyəti sayəsində beynəlxalq aləmdə tanınmış, dünya birliyində özünəməxsus yer tutmuşdur. Görülən işlər xalqımızın sabaha inamını möhkəmlətməklə yanaşı, gələcək uğurların da bünövrəsini qoyur.

Natiqlər dedilər ki, çox qısa bir zamanda respublikamızda idmanın hərtərəfli inkişaf etməsi hamını sevindirir. İdmançılarımızın müxtəlif beynəlxalq yarışlarda, olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında uğurlu çıxışları, qazandıqları qələbələr və hər bir qələbədən sonra müstəqil respublikamızın üçrəngli bayrağının qaldırılmasından, dövlət himnimizin səsləndirilməsindən xalqımızın keçirdiyi fərəh hissi – bütün bunlar İlham Əliyevin rəhbərliyi ilə Milli Olimpiya Komitəsinin gərgin fəaliyyətinin nəticəsidir.

Çıxış edənlər son illərdə Azərbaycanda beynəlxalq yarışların keçirilməsindən, respublikamızda olimpiya hərəkatının inkişafından, gənc nəslin sağlam böyüməsinə göstərilən qayğıdan da söhbət açdılar.

Akademik Cəmil Əliyev tarixdə yaxşı ad qoyub getmiş atasının xatirəsinin əbədiləşdirildiyi üçün Azərbaycan dövlətinə, hökumətinə Əziz Əliyevin ailəsi adından dərin minnətdarlığını bildirdi.

Baş nazir İlham Əliyev mərasimdə çıxış etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yeni geosiyasi mərhələ: Vaşinqton razılaşmaları və regional əməkdaşlıq - RƏYLƏR

Qobustanda avtomobil dirəyə çırpıldı: sürücü həyatını itirdi

Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Qlen Hovard: Son bir ildə ABŞ-Azərbaycan münasibətlərinin inkişaf trayektoriyası diqqətəlayiq olub

Göz sağlamlığının qorunmasında Azərbaycan modeli: müasir texnologiyalar və Səyyar Klinika

Cənubi Qafqazda tarixi ədaləti və sülhü bərqərar edən Vaşinqton zirvəsi

Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur

Böyük Britaniyada enerji borcları rekord həddə çatıb

Dünyada 2,2 milyard insanın görmə problemi var

Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər

Rusiya Kiyevi ballistik raketlər və dronlarla hədəfə alıb: 3 nəfər həlak olub YENİLƏNİB

ABŞ-nin “Qızıl Günbəz” raketdən müdafiə sistemi sınaq mərhələsinə qədəm qoyur

ABŞ mədən sənayesinə 3 milyard dollar sərmayə qoyacaq

İspaniyadan yeni qərar: sərhədlərdə şəxsiyyət sənədləri yoxlanılacaq

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim