PROFESSOR FRANK BAYER: “FİRƏNGİZ ƏLİZADƏ DÖVRÜMÜZÜN GÖRKƏMLİ BƏSTƏKARLARINDAN BİRİDİR”
Hazırda Almaniyada yaradıcılıq ezamiyyətində olan Azərbaycan bəstəkarı, xalq artisti, professor Firəngiz Əlizadə İncəsənət Akademiyasının xüsusi dəvəti ilə mərasimdə iştirak etmişdir.
Brandenburq darvazaları önündəki İncəsənət Akademiyasının möhtəşəm konsert salonunda keçirilən mərasimdə Almaniyanın adlı-sanlı simfonik musiqi kollektivləri dünyanın tanınmış bəstəkarları Feliks Mendelson-Bartoldinin, Messianın, Bramsın və Firəngiz Əlizadənin əsərlərini ifa etmişlər.
Almaniya Dövlət simfonik orkestrinin solistlərindən ibarət kamera ansamblı Azərbaycan bəstəkarının yeni bəstələdiyi “Abşeron kvinteti”ni və kamera musiqisini səsləndirmişdir.
İncəsənət xadimləri, musiqi tənqidçiləri, dinləyicilər həmyerlimizin musiqisini yüksək dəyərləndirmiş, bu musiqinin müəllifinin çağdaş klassik musiqi yaradıcılığı arenasında parlaq, görkəmli, dünya şöhrətli sənətkar olduğunu dönə-dönə qeyd etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:27]
CENL-nin növbəti illik iclası yekunlaşıb
- 16.06.2026 [12:11]
“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib
- 16.06.2026 [12:06]
Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb
- 16.06.2026 [10:50]
Milli Qurtuluş Günü Türkiyədə möhtəşəm konsert proqramı ilə qeyd olunub
- 16.06.2026 [00:50]