Azərbaycan Dövlət İnformasiya Agentliyi

Professor Həsən Hüseynov: Əziz Cəbrayıl, biz səninləyik

Professor Həsən Hüseynov: Əziz Cəbrayıl, biz səninləyik

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad edilmiş Cəbrayıla səfəri, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü ölkəmizdə geniş əks-səda doğurub. Cəbrayıl şəhərinin təməlqoyma mərasimi tarixi hadisə kimi dəyərləndirilir. Görüş iştirakçılarının biri - Azərbaycan Texniki Universitetinin professoru, Əməkdar elm xadimi Həsən Hüseynov səfər təəssüratlarını, son 28 ildə Azərbaycanda və Qarabağ münaqişəsi ətrafında baş verən hadisələrlə bağlı düşüncələrini AZƏRTAC-ın oxucuları ilə bölüşür.

Cəbrayılın düşmən əsarətindən azad olunmasının birinci ildönümü münasibətilə 28 illik həsrətdən sonra vətənə səfər etdik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin bərpasına start verdi, rayon iqtisadiyyatının və sosial infrastrukturun yenidən qurulmasına hədəflənmiş çox zəngin proqram üzrə strateji obyektlərin təməlini qoydu: Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı; “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzi; Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası; Akademik Mehdi Mehdizadə adına tam orta məktəbin binası və ilk çoxmənzilli yaşayış məhəlləsi. Prezident səfər zamanı, həmçinin Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin və 110/35/10 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının açılışlarını etdi. Bütün bunlar azad olunmuş torpaqlarda həyata keçirilən quruculuq işlərinin miqyasının nə qədər geniş olduğu barədə tam təsəvvür yaradır.

Kortejimiz yeni inşa edilən, hər tərəfində onlarla müasir tikinti texnikası işləyən altı xətli Şükürbəyli-Cəbrayıl yolu ilə irəliləyirdi. İstər-istəməz xəyal insanı 1993-cü ilin avqustuna aparırdı. O vaxt bu yollar var-yoxunu, ev-eşiyini, doğmalarının məzarlarını qoyub öz ölkəsində məcburi köçkünə çevrilmiş ümidsiz insan karvanları ilə dolu idi.

SSRİ-nin çökməsi nəticəsində yenicə müstəqillik qazanmış Azərbaycan dəhşətli bir geosiyasi oyunların poliqonuna çevrilmişdi. Postsovet ölkələrinin mərkəzdənqaçma qüvvələrini neytrallaşdırmaq üçün hədəflənmiş bu siyasət bir çox yerlərdə, o cümlədən Qarabağda münaqişə ocaqları alovlanmağa başlamışdı. Azərbaycanda bu məkrli plan Ermənistan kimi xəstə təxəyyüllü, cılız düşüncəli, gözünü qonşularının torpaqlarına tikmiş separatizmi dəstəkləyən dövlətlər tərəfindən həyata keçirilirdi.

Keçmişdən miras qalmış determinist qanunlarla idarə olunan qeyri-effektiv planlı iqtisadiyyata, 20 faiz işğal altında olan əraziyə, bir milyondan çox qaçqın və məcburi köçkünə, qeyri-nizami əliyalın orduya, yalnız kasad ehtiyaclara hədəflənmiş dövlət büdcəsinə, xüsusi xidmət orqanlarının poliqonuna çevrilmiş əraziyə malik Azərbaycanın belə bir mürəkkəb geosiyasi oyundakı maraqlarını bütün xalqı vahid ideologiya ətrafında birləşdirə bilən, dünya tərəfindən qəbul edilən, xarizmatik və təcrübəli bir lider müdafiə edə bilərdi.

Əsilli-nəcabətli xalq ən çətin anlarda öz tarixi qəhrəmanını yetişdirməlidir. Elə bir xarizmatik qəhrəman ki, ölkəni vahid ideologiya ətrafında birləşdirə bilsin, güclü iqtisadiyyat, nizami ordu, müdafiə sənayesi kompleksi yarada bilsin, müasir hərbi biliklərə malik zabit korpusu yetişdirsin, ölkəni texnoloji cəhətdən inkişaf etdirsin, elmə, təhsilə xüsusi diqqət ayırsın, güclü diaspor formalaşdırsın. Yaranmış vəziyyət diplomatik əlaqələr qurulmasını, əsl həqiqətləri bəyan etmək üçün dünyanın aparıcı təşkilatlarında - Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarda kürsülərə malik olmasını tələb edirdi. Ölkənin müstəqilliyini qorumaq üçün mövcud oyunçular arasında balanslı siyasət aparılması vacib idi. O vaxt xalqımıza belə bir lider hava və su kimi lazım idi.

Ruspərəst-kosmopolit liderləri, qeyri-peşəkar millətçi liderlər əvəz etdi. Ölkə çalxalanırdı, vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vəziyyətdə özündə güc tapan xalqımız çağdaş dünya tərəfindən qəbul olunan, yüksək xarizmə və təcrübəyə malik, Azərbaycanın potensial imkanlarını reallaşdırmağa və ölkə həqiqətlərini tanıtmağa qadir Ümummilli liderini - Heydər Əliyevi prezident seçdi.

Ölkənin intibah dövrü başlandı, xalq azərbaycançılıq ideologiyası ətrafında konsolidasiya olundu, əsrin müqaviləsi, milyardlarla investisiyalar, yeni texnologiyaların transferi Azərbaycanın siyasi-iqtisadi palitrasını dəyişdi. Yeni iqtisadi layihələr yeni tərəfdaşlar cəlb etdi, münaqişə ətrafında hüquqi baza yaradıldı, nizami ordu quruculuğuna, peşəkar zabit korpusu hazırlığına başlanıldı. Ölkə sistemli və intensiv inkişaf yoluna qədəm qoydu.

Azərbaycan, həmçinin həyati əhəmiyyət daşıyan digər vacib bir məsələni, əldə edilmiş müvəffəqiyyətlərin dayanaqlı və davamlı inkişafını təmin edə biləcək yeni liderin seçilməsi məsələsini dünyanı heyrətə gətirə biləcək yüksək müdrikliklə həll etdi. Ölkə keyfiyyətcə yeni

inkişaf mərhələsinə daxil oldu. Dünyanın ən məşhur diplomatiya mərkəzlərindən birinin məzunu, Heydər Əliyev məktəbinin yetişdirməsi və davamçısı, Avropanın aparıcı dillərini dərindən bilən və ən nəhayət böyük vətənpərvər İlham Əliyev prezident seçildi. Sənaye inqilabı başlandı, iqtisadiyyatın diversifikasiyası həyata keçirildi, qeyri-neft sektoru inkişaf etdirildi, güclü infrastruktur quruldu. İstehsal olunan neft-qaz məhsullarını xarici bazarlara çıxarmaq üçün tərkibinə transmilli korporasiyalar daxil olan konsorsiumlar, logistik sistemlər yaradıldı, Avropanın enerji təhlükəsizliyini təmin edə biləcək neft-qaz kəmərləri, dəmir yol şəbəkələri çəkildi. Bir sıra mühüm islahatlara start verildi.

Azərbaycanın iqtisadi qüdrəti artdıqca onun həqiqətləri çağdaş dünya tərəfindən daha adekvat qəbul edilməyə başlandı. Ölkəmizin iqtisadi tərəfdaşları onun ədalətli siyasi mövqeyinin müdafiəçilərinə çevrildilər. Türkiyə-Azərbaycan əlaqələri “Bir millət iki dövlət” devizi altında güclü inkişaf edərək strateji müttəfiqliyə çevrildi. Qardaş Pakistanla, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı ilə daha sıx əməkdaşlıq Azərbaycan ətrafında güclü və etibarlı təhlükəsizlik qurşağı formalaşdırdı. İqtisadi, siyasi, sosial sahələrdə məntiqi ardıcıllıqla atılan hər bir addım Azərbaycanı ərazi bütövlüyünün təmin olunmasına daha da yaxınlaşdırırdı.

Bu gün azərbaycançılıq ideologiyası ətrafında sıx birləşmiş xalqı, yüksək dəqiqlikli müasir silahlarla silahlanmış, ən modern hərbi texnologiyaların daşıyıcısı olan vətənpərvər orduya, mükəmməl diplomatiyaya, bilik bazasına, sistemli fəaliyyətə, dəmir məntiqə və siyasi iradəyə malik, xalqı iqtidarlı-müxalifətli yumruq kimi öz ətrafında birləşdirmiş Müzəffər Ali Baş Komandanı, şəfqətli, qayğıkeş və humanist birinci Vitse-prezidenti olan Azərbaycan öz torpaqlarını azad edilməsinin vaxtı çatdığını dünyaya bəyan etdi.

Azərbaycan Ordusunun tətbiq etdiyi taktiki və strateji innovasiyalar dünyanın aparıcı hərbi mərkəzlərinin təhlil obyektinə çevrildi. Möhtərəm Prezidentimizin dünyanın aparıcı kütləvi informasiya vasitələrinə çoxsaylı müsahibələri, o cümlədən tarixi gerçəkliklərə, təkzibolunmaz arqumentlərə və beynəlxalq hüququn norma və prinsiplərinə söykənən məntiqi və dəqiq cavabları informasiya müharibəsində də Azərbaycanın qələbəsini təmin etdi. Dost və qardaş Türkiyənin bütün dünyaya bəyan etdiyi Azərbaycana təmənnasız dəstəyi anti-azərbaycan qüvvələrini neytrallaşdırdı. Azərbaycan Ordusu və xalqı düşmən təxribatlarına cavab olaraq torpaqlarının azad edilməsi uğrunda müqəddəs Vətən müharibəsinə qalxdı. Minsk qrupunun 30 illik fəaliyyətinin səmərəsizliyi Azərbaycana BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərini dərhal və şərtsiz azad etməsi barəsində 4 qətnaməsini müvəffəqiyyətlə icra etməyə əsas verdi. Hər bir azərbaycanlıya hakim kəsilmiş natamamlıq -köçkünlük kompleksi döyüşkən xalqı, rəşadətli ordusu, şəhidləri və Ali Baş Komandanı sayəsində qürur və başucalığı kimi ali hisslərlə əvəz olundu.

Cəmi bir həftə müddəti ərzində Cəbrayıl şəhəri düşmən işğalından azad edildi. Xudafərində Azərbaycan bayrağı dalğalandı. Ordumuzun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Dəmir yumruq düşmənin 27 ildə yaratdığı istehkamları, super güclərin ona hədiyyə etdiyi müasir zirehli texnikanı 44 gün müddətində darmadağın edərək işğalçı ölkəni kapitulyasiya aktına imza atmağa məcbur etdi.

Budur reallıq, Azərbaycan xalqının dünyanı heyrətə gətirən həqiqətləri. Biz artıq Cəbrayıldayıq, Müzəffər Ali Baş Komandanın metaforaya çevrilmiş kəlamları ilə desək, əziz Cəbrayıl, biz qayıtmışıq, biz səninləyik, biz səni dirçəldəcəyik, erməni vandalizminin təzahürü olan bu xarabazarlıqları, dağıdılmış şəhər və kəndləri XXI əsrin ən qabaqcıl çağırışlarına cavab verən ekoloji təmiz texnologiyalarla yaşıl enerji, yaşıl şəhər, yaşıl kənd texnologiyaları ilə gülüstana çevirəcəyik və bir daha ucadan deyəcəyik: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib