Qadın əl işlərinin sərgi və satışı təşkil olunub
Bakı, 19 mart, AZƏRTAC
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafi Assosiasiyası və “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi tərəfindən “Agro Mall” və “Park Bulvar” ticarət mərkəzində sənətkar qadınların əl işlərinin sərgisi və satışı təşkil olunub.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, sərgidə 20 sənətkar qadın iştirak edib. Sərgi zamanı Səkinə Babayeva sənətkar qadınlarla həmsöhbət olub və onların diqqət mərkəzində olduqları və belə sərgilərin daim keçiriləcəyini vurğulayıb.