Qadın güləşçilər fərdi dünya kuboku yarışlarında mübarizəyə başlayırlar
Bakı, 14 dekabr, AZƏRTAC
Serbiyada güləş üzrə fərdi dünya kuboku yarışları davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin üçüncü günündə - dekabrın 14-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Qadın güləşçilərin yarışında ölkəmizi 3 idmançı təmsil edəcək.
Bu gün milli komandamızın üzvü Tatyana Omelçenko xalça üzərinə çıxacaq. Altmış iki kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimizin ilk rəqibi İspaniya idmançısı Lidiya Peres olacaq.
Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarında 1 gümüş və 1 bürünc medal qazanıb. Daha iki güləşçimiz isə bu gün bürünc medal uğrunda görüşə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [12:52]
Azərbaycanın 4 taekvondçusu beynəlxalq turnirdə mübarizə aparacaq
- 02.10.2026 [12:41]
AMADA Parisdə keçirilən beynəlxalq iclasda təmsil olunub
- 02.10.2026 [12:12]
UEFA Millətlər Liqası: Azərbaycan – Litva matçının hakimləri bəlli olub
- 02.10.2026 [12:07]
Elmar Baxşıyev: Milli komanda son iki oyunda hamının fikrini dəyişə bilər
- 02.10.2026 [10:09]
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
- 02.10.2026 [10:03]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün Belçika ilə qarşılaşacaq
- 02.10.2026 [09:50]