İDMAN
Qadınlardan ibarət sablya üzrə Azərbaycan millisi Dünya Kubokunda doqquzuncu olub

Bakı, 4 mart, AZƏRTAC
Sablya üzrə qadınlardan ibarət Azərbaycan millisi Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən Dünya Kubokunda doqquzuncu olub.
Azərbaycan Qılıncoynatma Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda mübarizə aparan Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Valeriya Bolşakovadan ibarət kollektiv ən güclü səkkizliyə yüksəlmək uğrunda keçirilən qarşılaşmada Bolqarıstan millisinə 44:45 hesabı ilə uduzub.
Yığma 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Meksika (45:39), Yunanıstan (45:34) və Polşa (45:44) sablyaçılarına qalib gəlib.
Qadın sablyaçıların şəxsi yarışında yalnız Palina Kaspiaroviç ən güclü “32-liy”ə kimi irəliləməyi bacarıb.