Qadınların tennis yarışında Türkiyə millisi Özbəkistana qalib gəlib
Bakı, 15 may, Elvin Camalov, AZƏRTAC
Türkiyənin qadınlardan ibarət milli komandası tennis yarışlarında növbəti qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, Özbəkistan yığması ilə qarşılaşan Türkiyə seçməsi fərdi görüşlərin hər ikisini qalibiyyətlə başa vurub. Yekun hesab 2:0 Türkiyənin xeyrinə başa çatıb.