Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qanlı Yanvar azadlıq uğrunda mübarizə yolunda dönüş nöqtəsi oldu

Müsahiblərimiz deyirlər: Biz Azərbaycanın dövlət müstəqilliyinə görə 20 Yanvar şəhidlərinə borcluyuq

Bakı, 20 yanvar, AZƏRTAC

Qanlı Yanvar azadlıq uğrunda mübarizə yolunda dönüş nöqtəsi oldu. Biz Azərbaycanın dövlət müstəqilliyinin bərpasına görə 20 Yanvar şəhidlərinə borcluyuq. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycanın yeni tarixi yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.

Bu fikirləri Şəhidlər xiyabanını ziyarət edən insanlar AZƏRTAC-a müsahibələrində səsləndiriblər.

Yanvarın 20-də səhər saatlarından başlayaraq paytaxt sakinləri, ictimaiyyət nümayəndələri və bölgələrdən gələn insanlar Şəhidlər xiyabanına gəlib, bu müqəddəs məkanda uyuyan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.

Bu dəhşətli faciədən uzun müddət keçsə də, baş verənlər unudulmur. Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı dillərdə dastan olub. Çünki azadlığa gedən yolumuzda ilk cığırları onlar açıblar.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından hiddətlənərək küçə və meydanlara çıxan dinc əhaliyə 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Bakıya, eləcə də Azərbaycanın bir sıra bölgələrinə yeridilən ordu hissələri 147 dinc sakini amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 700-dən çox insan yaralandı.

Bu qanlı hadisələrin səhəri ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pislədi. 20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Bu siyasəti davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar əlilləri və şəhid ailələrinə böyük diqqət və qayğı göstərir. Dövlətimizin başçısı 2019-cu il dekabrın 13-də “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncam imzalayıb. Sərəncamda 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik mübarizəsində yeri və rolu xüsusi vurğulanır.

AZƏRTAC-ın müxbirləri 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Bakıda və respublikamızın bölgələrində keçirilən anım mərasimlərinin iştirakçılarından müsahibələr alıblar. Müsahibələri təqdim edirik.

Qarabağ qazisi Xəyyam İsmayılov: Bu gün Qanlı Yanvar faciəsindən 30 il ötür. Yanvarın 19-dan 20-nə keçən gecə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əzmkarlığı, mübarizliyi müstəqilliyimizə gedən yolun başlanğıcını qoydu. Həmin gecə törədilən faciəyə baxmayaraq, xalqı iradəsini qırmaq mümkün olmadı. Xalqımız öz qəhrəman övladlarının xatirəsini daim dərin ehtiram və hüznlə yad edir. Şəhidlərimizin fədakarlığı heç vaxt unudulmamalı, gələcək nəsillərə çatdırılmalıdır. Gənclər vətənimizin hər qarışının şəhid qanı ilə yoğrulduğunu bilməli, vətənpərvərlik ruhunda böyüməlidirlər. Hər bir Azərbaycan vətəndaşı kimi mənim də arzum odur ki, düşmən tapdağı altındakı torpaqlarımızı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edək və üçrəngli bayrağımızı Qarabağın hər bir güşəsində dalğalandıraq.

Gəncə şəhər sakini, şəhid anası Elmira Eyvazova: Mən 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün Gəncədən Bakıya gəlmişəm. Bu günü təkcə kədər və iztirab, ağrı və üzüntü ilə deyil, həm də qürur və iftixar hissi ilə yad edirik. Axın-axın ziyarətçilərin üz tutduğu qırmızı qərənfillərə bürünmüş Şəhidlər Xiyabanı xalqımızın and yeri, ən müqəddəs məkanlardan biridir. Burada kədərlə məğrurluq, ayrılıqla rəşadət, ölümlə qəhrəmanlıq bir-birinə qovuşur. Gəncədəki 42 nömrəli orta məktəbdə 45 il dərs demişəm, həmişə uşaqlara vətənpərvərlik hissi aşılamağa çalışmışam. Doğma övladlarımı da Vətənə məhəbbət ruhunda tərbiyə etmişəm. Oğlum Gəncə batalyonunda erməni işğalçılarına qarşı döyüşlərdə şəhid olub. O və döyüş yoldaşları Gəncədəki İmamzadə qəbiristanlığında dəfn edilib. Onlar müqəddəs bir yolda - Vətənimizin azadlığı uğrunda şəhid olublar. Bundan uca məqam ola bilməz. Ona görə də mən şəhidlərin ruhuna dualar oxuyanda həm də Qarabağın düşmən tapdağından azad edilməsi üçün də dualar edirəm.

Paytaxt sakini Səfayə Quliyeva: 20 Yanvar şəhidlərindən biri də mənim qardaşım Səxavət Quliyevdir. O gecə baş verənləri heç vaxt unutmuram. Səxavət yanvarın 19-u gecəsi güllə səsi eşidəndə küçəyə çıxdı. Onun qayıtmadığını görən qardaşı Səxavəti küçədə axtarmağa başladı. Qardaşı onu tapanda artıq Səxavət keçinmişdi, kürəyindən vurulmuşdu. Biz müstəqilliyimiz üçün şəhidlərimizə borcluyuq. Onların qəhrəmanlığı xalqımız və gənclərimiz üçün örnəkdir, bundan sonra da örnək olacaq. Keçmiş unudulmayanda tarixə çevrilir. Əminəm ki, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Bakı şəhər sakini Qulu Gülməmmədov: Şəhidlər xiyabanını ziyarət etməyi vətəndaşlıq borcum hesab edirəm. Burada xalqımızın mərd oğul və qızları uyuyurlar. Onların arasında mənimlə birlikdə Bakı batalyonunda vuruşmuş dostlarım da var. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Yanvarın 19-dan 20-nə keçən gecə Bakı qan ağlayırdı. Toplar, mərmilər guruldayır, şəhərdən ölüm qoxusu gəlirdi. Mərd, vətənpərvər oğullar tankların qabağından qaçmadılar, sinələrini düşmən gülləsinə sipər etdilər. Sovet ordusunun əsgərləri qarşılarına çıxan hər kəsə - uşaqlara, qocalara, qadınlara atəş açırdılar. Həyatını Vətənimizin müstəqilliyi yolunda qurban verən mərd oğul və qızlarımızın xatirəsi hər zaman qəlbimizdə yaşayacaq.

Mədəniyyət Nazirliyinin əməkdaşı Aydın Tağıyev: Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. 20 Yanvar şəhidlərinin qəhrəmanlığı xalqımız, xüsusən gənclərimiz üçün örnəkdir. Gələcək nəsillər də onlardan vətənpərvərlik nümunəsi götürəcəklər. Şəhidlər ölməzdir. Onları qəlbimizdə yaşatmaq, bu qəhrəmanlığı gələcək nəsillərimizə çatdırmaq hər birimizin vətəndaşlıq borcumuzdur.

Paytaxt sakini Sveta Rüstəmova: Mən Şəhidlər xiyabanına övladlarımla birlikdə gəlmişəm. İstəyirəm ki, onlar da şəhidlərimizi tanısınlar. 20 Yanvarda nələr baş verdiyindən xəbərdar olsunlar. Bu, Azərbaycanın tarixinə əbədi həkk olunmuş bir gündür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz haqqını tələb edən yüzlərlə insan - qadın, qoca və uşaq keçmiş sovet imperiyasının əsasən ermənilərdən təşkil olunmuş ordu birləşmələri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Azərbaycanın vətənpərvər övladları özlərini tankın, zirehli maşınların qarşısına ataraq, şəhidlik zirvəsinə ucalıblar. Həmin hadisələr yaddaşımızda daim qalacaq. İllər ötsə də, xalqımız azadlıq mücahidlərini heç vaxt unutmayacaq. Biz çalışmalıyıq ki, gələcək nəsillərə tariximiz haqqında ətraflı məlumat verək. Nəinki 20 Yanvar şəhidlərini, eyni zamanda, Vətən uğrunda canlarından keçən qəhrəman oğul və qızlarımızı heç vaxt unutmamalıyıq.

Əmək veteranı Akif Cabbarov: Mən hər il nəvələrimlə şəhidlərimizin məzarlarını ziyarət etməyi özümə borc bilirəm. Yanvarın 20-də Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanına minlərlə insan axışır. Azərbaycan xalqının tarixinə qanla yazılmış 20 Yanvar hadisələrindən 30 il ötür. Həmin gecə milli azadlıq hərəkatını boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu dinc əhalini atəşə tutdu. Yüzlərlə insan amansızcasına qətlə yetirildi və yaralandı. 30 il keçməsinə baxmayaraq, xalqımız bu faciəni unutmur və heç vaxt unutmayacaq. Şəhidlərimiz qanları ilə tarix yazdılar. Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilib. Nəsillər dəyişsə də, şəhidlərin xatirəsi hər zaman ehtiramla anılacaq.

Şəmkir rayonunun Sabirkənd kənd sakini Səyyar Musayev: Şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq Şəmkirdən Bakıya piyada gəlmişəm. Yanvarın 12-də səhər saatlarında Sabirkənddən çıxaraq Şəhidlər xiyabanına qədər 410 kilometr məsafə qət etmişəm. Xalqımız ana Vətənin azadlığı, müqəddəs torpağın müstəqilliyi uğrunda canını qurban verənləri qəlbində yaşadır, onları şərəf və qeyrət rəmzi kimi xatırlayır, gənc nəslə nümunə göstərir. “Torpaq - uğrunda ölən varsa Vətəndir!” - deyirlər. Şəhidlər xiyabanında uyuyan igidlərimiz - ölümü ilə ölümsüzlüyə qovuşanlar bunu bir daha sübuta yetirdilər. 20 Yanvar Azərbaycan xalqının yaddaşına dərin hüzn və kədər günü kimi həkk olunub. Amma bu gün həm də bizim qürur günümüzdür. Bu faciə heç vaxt yaddan çıxmayacaq. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq.

Quba şəhər sakini, 20 Yanvar əlili Malik Bayramov: Aradan 30 il keçsə də, həmin hadisələri bugünkü kimi xatırlayıram. O vaxt 19 yaşım vardı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin ikinci kurs tələbəsi idim. 1990-cı il yanvarın 16-dan tələbə yoldaşlarımla birlikdə meydanlara çıxdıq. Yanvarın 19-dan 20-nə keçən gecə biz metronun indiki “20 Yanvar” stansiyasının yaxınlığında barrikadalar qurmuşduq. Məqsədimiz sovet ordusu hərbçilərinin şimal istiqamətindən Bakıya girməsinin qarşısını almaq idi. Gecə bir qrup şəxs bizə yaxınlaşıb xəbərdarlıq etdi ki, sovet ordusu artıq Bakıya girib, təcili dağılışmaq lazımdır. Əvvəlcə inanmadıq, bunun təxribat olduğunu düşündük. Lakin bir neçə saatdan sonra bizi atəşə tutmağa başladılar. Əvvəlcə yanımdakı yoldaşım yaralandı. Ona kömək etmək istəyərkən, mən də qolumdan yaralandım. Güllə yağışının altında başımı qaldıra bilmirdim. Gözümü açanda özümü xəstəxanada gördüm. Çoxlu qan itirmişdim. Üç ay xəstəxanada qaldım. Həmin gün mənimlə birgə meydanda olan dostlarımdan bir neçəsi şəhid olub. Bütün şəhidlərimizin xatirəsini ehtiramla anıram. Əli günahsız insanların qanına batmış Mixail Qorbaçov və bu cinayətdə əli olanlar məsuliyyətə cəlb edilməlidir.

X X X

Hər il yanvarın 20-də olduğu kimi, faciənin 30-cu ildönümündə də yüz minlərlə insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər xiyabanını ziyarət etdi. Burada yaşanan izdiham xalqın şəhidlərinin əziz xatirəsinə hörmət və ehtiramını, 20 Yanvar faciəsinin milli birlik və vətənpərvərlik simvoluna çevrildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Biləsuvara qonaq gedən Cəlilabad sakinləri qidadan zəhərlənib

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib