Qar voleybolu üzrə Dünya Turunun üçüncü mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib
Bakı, 1 mart, AZƏRTAC
Qar voleybolu üzrə Dünya Turunun üçüncü mərhələsinin keçiriləcəyi ölkə müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, turnir avqustun 1-dən 4-dək Argentinanın Bariloçe şəhərində təşkil olunacaq.
Turun ilk mərhələsi martın 28-31-də Avstriyanın Vaqrayn şəhərində keçiriləcək. İkinci mərhələyə aprelin 4-7-də Kronplats (İtaliya) ev sahibliyi edəcək.
2020-ci ildə Lozannada keçiriləcək Avropa Gənclərinin Qış Olimpiya Festivalında qar voleybolu üzrə nümunəvi çıxışlar təqdim olunacaq.
Qeyd edək ki, idmanın bu növü üzrə ilk nümunəvi çıxışlar ötən il “Pxençan 2018” Qış Olimpiya Oyunlarında göstərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]